13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləriəks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünyademokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiyatəcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirənprinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycandademokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğuproseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları konstitusiya özündə əks etdirməlidir. Biz eləbir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasındauzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifəhəm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi,sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”.Həmin iclasda ulu öndər Heydər Əliyev özünü tamamilə yeni bir formada - konstitusiyaçı alim kimigöstərərək dünya konstitusiyaçılığının bütün problemlərini öyrəndiyini, görkəmli Qərb filosoflarınınkonstitusiya və dövlətlə bağlı elmi irsinə də mükəmməl yiyələndiyini nümayiş etdirdi. “Konstitusiya birincinövbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyətbölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkiləryolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və buprinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidirlər. …Müstəqil Azərbaycan dövlətinin Əsas Qanunundainsan haqları, insan azadlıqları, insanların cəmiyyətdə bərabər hüquqa malik olması, bütün azadlıqlar öz əksinitapmalıdır”.Oktyabrın 12-də keçirilən iclasda konstitusiya yaradıcılığı məsələləri müzakirə olundu. Ümummilli liderHeydər Əliyev layihənin giriş hissəsində milli dövlətçilik ənənələrini, Azərbaycanın dövlət müstəqilliyi iləəlaqədar fikirlərin əks olunması zərurətini qeyd edərək bu hissəsini Azərbaycanın dövlət müstəqilliyi iləəlaqələndirməyin vacibliyini vurğuladı. Qeyd etdi ki, insan hüquqları, azadlıqları haqqında olan maddələrdəqiqləşdirilməli, təkmilləşdirilməlidir. Vətəndaşların vəzifələri daha dəqiq ifadə olunmalı, bu maddələr daha dagenişləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının statusu, onun dövlət quruluşu haqqında maddələrolmalıdır.İki gün sonra Konstitusiya komissiyasının növbəti iclasında qərara alındı ki, hazırlanmış layihə oktyabrın15-də mətbuatda dərc edilsin. Azərbaycan Respublikasının Milli Məclisinə, dövlət orqanlarına, elm və tədrismüəssisələrinə, siyasi partiyalara və ictimai birliklərə konstitusiya layihəsini mütəşəkkil müzakirə etmək, təklif,düzəliş və əlavələrini komissiyaya təqdim etmək tövsiyə olundu. Həmçinin qərara alındı ki, edilmiş bütüntəkliflər komissiya tərəfindən nəzərə alınaraq layihə yenidən işlənsin və referenduma 10 gün qalmış respublikamətbuatında dərc edilsin.1995-ci il noyabr ayının 2-də və 5-də keçirilən iclaslarda bir məsələ - Azərbaycanın dövlət dili haqqındaməsələ müzakirə edildi. Taleyinə 18 ildən sonra ikinci dəfə öz dövlətinin konstitusiyasının layihəsini hazırlamaqqisməti düşən Heydər Əliyev yenidən oxşar xarakterli çətinliklə qarşılaşırdı. 1977-ci il SSRİ Konstitusiyasındahətta rus dilinin dövlət dili olması barədə müddəa olmasa da, о zaman Azərbaycana rəhbərlik edən HeydərƏliyev çox böyük qəhrəmanlıq göstərərək Moskvadakı partiya rəhbərliyinin ciddi narazılığına baxmayaraq,Azərbaycan dilinin respublikanın dövlət dili olduğunu Konstitusiyada təsbit edə bilmişdi. Bu dəfə narazılıqlarölkənin daxilində idi. Buna baxmayaraq son nəticədə Heydər Əliyev müdrikliyi qalib gəldi. Komissiyanınnoyabrın 5-də keçirilən iclasında çıxış edən 14 nəfər üzvünün demək olar ki, hamısı Azərbaycan dilinin dövlətdili olmasını təklif etdilər. Bununla da, ana dilimizin haqq etdiyi tarixi adı özünə qaytarıldı. Məsələnin dahaetibarlı həllinin təminatı kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu təsbit edən21-ci maddənin dəyişdirilməsi barədə təkliflərin gələcəkdə referenduma çıxarılması hüquqununməhdudlaşdırılması da konstitusiya səviyyəsində həllini tapdı. Təkcə bu işinə görə - belə işlər isə onun taleyindəkifayət qədər çox olmuşdur - Heydər Əliyevin adı Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır. Yenihazırlanan konstitusiya layihəsində dövlət dilinin Azərbaycan dili adlandırılması məhz öz xalqını böyükməhəbbətlə sevən, onun on illərdən sonrakı taleyini düşünən böyük şəxsiyyətin mövqeyindən xəbər verir.Ümumiyyətlə, dövlət dilinin müzakirəsinə həsr edilmiş yığıncaqlarda Heydər Əliyevin nitqləri, xüsusən,noyabrın 5-də keçirilən iclasdakı çıxışı Azərbaycan filologiya elmi tərəfindən on illər ərzində görülmüş işlərə,aparılmış tədqiqatlara məntiqi yekun vurdu. Təkcə dilimizin deyil, xalqımızın, bütün türk dünyasının tarixi ənyüksək elmi səviyyədə təhlil edildi. Bu çıxış hələ uzun illər ərzində mütəxəssislər tərəfindən öyrənilməli, tədqiqedilməlidir.192

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!