13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Əsas Qanunumuz dövlətin fəaliyyətini və cəmiyyətin həyatınıyüksək səviyyədə tənzimləyən mükəmməl sənəddirMüstəqil Azərbaycanın tarixindəki çoxsaylı bayram və əlamətdar günlərin hər biri daim həm xalq, həm dədövlət tərəfindən yüksək qiymətləndirilir. Ancaq elə əlamətdar günlər vardır ki, insanlar həmin günlərin millitariximizdəki daha əlamətdar hadisələrlə bağlı olduğunu məxsusi qeyd edirlər. Azərbaycanın ilk müstəqil dövlətyaratdığı 28 may və 70 illik Sovet imperiyasından qurtulduğumuz, bir əsrdə ikinci dəfə dövlət müstəqilliyiqazandığımız 18 oktyabr tarixləri bizim üçün nə qədər əzizdirsə, 1995-ci il noyabrın 12-si də məhz o qədərehtiramla xatırlanan gündür. Çünki həmin gün müstəqil Azərbaycan dövləti özünün ilk milli Konstitusiyasınıqəbul etmişdir.Bu sənəd Azərbaycan xalqı tarixində ilk milli Əsas Qanun kimi böyük hörmətə və ehtirama layiqdir.Çünki 1918-ci ildə əldə etdiyimiz dövlət müstəqilliyinin ömrü qısa olduğuna görə o zaman Konstitusiya qəbuledə bilməmişdik. Daha doğrusu buna regionda gedən ictimai-siyasi proseslər imkan verməmişdi. Ona görə də“Azərbaycan Konstitusiyası” adıyla tarixə düşən ilk analoji dövlət sənədimiz 1921-ci ildə — Sovet Azərbaycanıdönəmində qəbul edilən Konstitusiya olmuşdur. Bu barədə və ümumiyyətlə, XX əsrdə beş dəfə qəbul edilmişAzərbaycan Konstitusiyası haqqında aşağıda söz açacağıq. Hələlik isə beynəlxalq aləmdə müstəqil Azərbaycanaböyük nüfuz qazandıran 1995-ci il Konstitusiyası barədə bir neçə kəlmə qeyd edək.Maraqlıdır ki, Azərbaycan tarixində iki Konstitusiya xalqın, mətbuatın və elmi ictimaiyyətin yaddaşında“Heydər Əliyev Konstitusiyası” kimi qalmışdır. Bunlardan birincisi 1978-ci il Konstitusiyası idi ki, oradaHeydər Əliyev Kremlin çoxsaylı təzyiqlərinə baxmayaraq Sovet Azərbaycanının dövlət dilinin Azərbaycan diliolduğunu sübut edən müddəanın yazılmasına nail olmuşdu. İkinci Konstitusiya isə indi haqqında söhbət açmaqistədiyimiz 1995-ci il Konstitusiyasıdır ki, həmin Əsas Qanun da bilavasitə ulu öndərimizin şəxsi təşəbbüsü vəiştirakı ilə hazırlandığına, çoxsaylı xarici və daxili maneələrin dəf edilməsindən sonra qətiyyətlə qəbuledildiyinə görə insanlar arasında “Heydər Əliyev Konstitusiyası” kimi tanınır.1991-ci ilin payızında özünün ikinci müstəqilliyinə qovuşan Azərbaycan dövləti sözün həqiqi mənasındaböyük məhrumiyyətlər, problemlər, ən başlıcası dövlət müstəqilliyimizi gözü götürməyən xarici qüvvələrinçoxsaylı təzyiqləri ilə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov da,onu silah gücünə devirib hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da bu problemləri həll edə bilməzdi. ÇünkiMütəllibov bu problemlərin xalqa yox, Moskvaya sərf edən şəkildə həllinə çalışırdısa, onu əvəzləmiş iqtidarınnümayəndələri siyasi diletantlıq ucbatından vəziyyəti daha da düyünə salırdılar. Nəticədə hər iki iqtidarmüstəqil Azərbaycan dövlətini xaos, anarxiya girdabına çevirmişdi. Bir tərəfdən də öz himayədarları tərəfindənşirnikləndirilən işğalçı ölkə Azərbaycanın bütün guşələrində qan tökməyə girəvə gözləyirdi. Belə bir zamandaxalqa Heydər Əliyev siyasi dühasının köməyi lazım idi. Xalqın istəyi, tanrının qisməti və ulu öndərin heç zamanöz xalqını darda qoya bilməmək keyfiyyətinin nəticəsində Heydər Əliyev yenidən siyasi hakimiyyətin olimpinəqayıtdı. Onun Naxçıvandan Bakıya gəldiyi gün türkiyəli ekspertlər yazırdılar ki, Azərbaycanın ikinci dövlətmüstəqilliyi uzunömürlü olacaq. Bu fikir səsləndiriləndə Heydər Əliyevin hələ heç bir səlahiyyəti yox idi.Ancaq xalq ona inanırdı.Xalqın inamı nəticəsində yenidən hakimiyyətə gələn ulu öndərin ölkədə həyata keçirdiyi tədbirlər barədəçox yazılıb, dəfələrlə söz açılıbdır. Ölkədə daxili sabitlik təmin edildi, cəbhədə atəşkəs haqqında sənədimzalandı, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanınaparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla “Əsrin müqaviləsi” adlandırılan nəhəng neft sazişi imzalandı,Azərbaycana xarici investisiya axını təmin edildi, ilk parlament seçildi və sairə. Ancaq Avropa politoloqlarıyazırlar ki, Heydər Əliyevin birinci prezidentliyi dövründə əldə etdiyi ən böyük nailiyyət ölkənin ilkKonstitusiyasının qəbul edilməsi idi. Çünki məhz bu Konstitusiyanın mətni göstərirdi ki, Azərbaycan dövlətihəqiqətən sivil, demokratik və dünyəvi dövlət quruculuğu kursu götürmüşdür. Çox sonralar avropalılar açıqşəkildə etiraf edirdilər ki, onlar bu Konstitusiyanın qəbul edilməsinədək keçmiş sovet rəhbərlərindən olan226

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!