13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ən uca bayraq AzərbaycandadırTürkün bayraq sevgisi, bayraq qovğası həmişə böyük olub. Bu sevgi min illərdən keçib, min birəfsanəyə, rəvayətə çevrilərək bu günümüzə gəlib çıxıb. Həmişə onları dinlədikcə insanın qanı qaynayır,ürəyi böyüyür, düşüncəsi, şüuru dəyişir. Qardaş Türkiyədə yaşayan belə rəvayətlərin birində deyilir ki,düşmənlə son nəfəsə kimi vuruşan, əsgərlərin hamısını itirən sərkərdə Qaraca bəy sonda yağı əlinəkeçməsin deyə öz bədənini parçalayıb bayrağı ürəyinə soxur.İndinin özündə də bu müqəddəs qəbri ziyarətə gələn uşaqlı-böyüklü hər kəs özü ilə balaca bir bayraqgətirib Qaraca bəyin məzarı üstünə qoyur...Bu gün vətən, torpaq uğrunda şəhid olanlar bayrağa bükülərək son mənzilə yola salınır. Bunun mənasıçox böyükdür: ən ağır faciənin, dərdin qarşısına millət başı üstündəki bayraqla çıxır. Millət, dövlət, ölkəendirilmiş bayraqları ilə o dərdə, hüznə şərik olur...Əsrlər boyu Azərbaycan türkünün bayraq sevgisi də çox ürəklərdə gəzib, çox başlarda dolanıbdır. İstərAğqoyunlular, Qaraqoyunlular dövrü olsun, istər Atabəylər, Səfəvilər hakimiyyəti, istərsə xanlıqlar zamanıbayrağa münasibət dövlətə, dövlətçiliyə, türk adında bu böyük topluma sevgi kimi yaşayıb.1918-ci ildə Azərbaycanın şimalında qaldırılan üçrəngli bayrağı himnimiz, gerbimiz kimi gələcək nəsillərüçün müqəddəs bir amala, sönməyən məşələ çevrildi. İki il sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasada, bu bayraq qovğası həmişə davam etdi, Gəncədə, Lənkəranda, Qarabağda, Qubada, Zaqatalada və digərərazilərimizdə döyüşlər səngimədi. Uzun illərdən sonra üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevinböyük cəsarəti və əzmkarlığı sayəsində 1990-cı il noyabrın 17-də o vaxtkı Naxçıvan Ali Sovetinin binasında özşərəfli yerini tutdu. Bakıda Dövlət Bayrağının Meydanının təntənəli açılış mərasimində Azərbaycan Prezidentiİlham Əliyev bu barədə dedi: "1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətininbayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında NaxçıvanAli Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiqedildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraqAzərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz ogündən başlamışdı. Məhz Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyədaha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. Oillər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədəproseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişafperspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqınıntələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütünxoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bugün Azərbaycan vətəndaşları görürlər".Artıq o bayraq neçə illərdir paytaxt Bakıdadır. Ölkəmizin inkişafı, gücü bu gün dövlət atributlarına,xüsusilə bayrağımıza münasibətlə yanaşı gedir. İndi dünyada ən böyük və ən uca bayraq bizdədir - 162 metr.Bu, Ginnesin rekordlar kitabına düşən bir faktdır. Təbii, bayrağımız bundan da hündürdə dalğalanmağa layiqdir.Amma bu da faktdır ki, Azərbaycanın belə güclü inkişafı olmasaydı, bu, mümkün olmazdı. Şəhərimizin həryerindən görünən, gəlib-gedənləri heyran edən bu bayraq həm də ölkəmizin həyatında baş verən böyükdəyişiklikləri yada salır: "Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisəbaş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki,bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan dahündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılmasıAzərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir.Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bumöhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, onminlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlaryığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlərvardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinəçevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan daböyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!