13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────tipli bayraqlara "trikolor" (üçrənli bayraq) deyilir. 1918-ci ildə Şərqdə ilk demokratik quruluş olan AzərbaycanXalq Cumhuriyyəti meydana gəldi. Təbii ki, min bir əziyyətlə yaranan respublikaya milli atributlar olduqcagərəkli idi. Belə olduqda böyük ideoloqumuz Əli bəy Hüseyinzadənin irəli sürdüyü ölkənin baş ideologiyasıolan "Türkçülük, Müasirlik, İslamçılıq" siyasi xəttinə uyğun bir bayraq hazırlandı. O zaman cəhalət içindəboğulmaqda olan xalqımızın milli təəssübkeş ziyalıları, mənəvi, milli və müasir dəyərləri özündə ehtiva etdirənbir mübarizə xətti götürdülər ki, bu da sonda ölkənin müstəqilliyinin elan edilməsinə gətirib çıxardı."Türkləşmək, Müasirləşmək, İslamlaşmaq" düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyəninböyük ideoloqu Ziya Göyalp tərəfindən daha da inkişaf etdirilib konsepsiya halına salındı. AXC yarandıqdansonra da bu ideyalara sadiq qalaraq öz milli atributlarını həmin düsturun üzərində qurdu. Hələ AXC-nin ilkparlamentinin açılışını edən Azərbaycan Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımızıgöstərərək, onun əbədiyyətinə sonsuz inamını belə ifadə etmişdi: " Müstəqil Azərbaycanı təmsil edən o üçboyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsinitəmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq birdaha enməyəcəkdir..." Beləliklə, bayrağımızın mavi rəngini mənalandıran "Türkçülük" milli kimliyimizi dərketmək, milli ənənələri dirçəltmək, soykökünə bağlılıq, dilimizin qorunması, tariximizin qorunması, milli inkişaf,milli istiqlal, milli mücadilə deməkdir. Bayrağımızın mavi rəngi Azərbaycan xalqını türk milli kimliyi ətrafındabirləşdirir və bizə bir xalq olaraq özümüzü dərindən dərk etmək üçün istiqamətləndirir. "Müasirləşmək" dedikdəisə xalqımızın bundan sonra keçəcəyi inkişaf, tərəqqi yolu nəzərdə tutulur. Həmin dövrdə Avropa dünyanınelmi-texniki nailiyyətlər baxımından son modern qütbü sayıldığından, milli düşüncəli uzaqgörən ziyalılarımızmənəviyyatca yox, elmi inkişaf, qabaqcıl düşüncə baxımından avropasayağı olmağı tövsiyə edir və bu prinsipimüasirlik kimi qiymətləndirirdilər. Nəticə etibari ilə müasirlik bayrağımızda qırmızı rəngi özündə əks etdirir vəölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirir."İslamçılıq" deyəndə isə ilk növbədə xalqımızın uzun əsrlərdir ki, mənəvi aləmini zənginləşdirən, əxlaqdəyərlərini, mərdliyi, cəsarəti və ilk növbədə Allaha olan sonsuz inamı təcəssüm etdirən məfhumdan söhbətgedir ki, bu da öz növbəsində milli bayrağımızda yaşıl rənglə ifadə olunur. İslam dövlətlərinin qədimdən üzübəri əksər bayraqları yaşıl olmuş, bunun da əsas səbəbi təbii ki, İslamın qayəsi olan həyat və yaşamaqla bağlıolan hər şeyin yaşıl rəngli təbiətlə əlaqəli olmasıdır. İslamçılıq ideyaları azərbaycanlıların milli mənlikşüurunun, milli istiqlal uğrunda mübarizəsinin, İslam dünyası ilə sıx əlaqələrin yaranmasına vəmöhkəmləndirilməsinə xidmət edir.İslamçılıq ideyalarının milli ideyalarla dərindən bağlı olduğunu və milli inkişafa hər zaman təkan verənqüvvə olduğunu dünyada tanınmış böyük İslam filosofu Cəmaləddin Əfqaninin "Milli vəhdət fəlsəfəsi və dilbirliyinin həqiqi mahiyyəti" adlı əsərində dəfələrlə görmək olar. Cəmaləddin Əfqani konkret olaraq türk, fars,ərəb, və başqa milli kimliklərdən danışmır. O, bütün İslam ümmətindən bəhs edir və onu dönə-dönə birliyəçağırır. Millətlərin məhv olmaması və tərəqqisi üçün dil faktorunun vacibliyini qeyd edir. C. Əfqani qeyd edirki: " ictimai qüsurları birgə dəf etmək", milli çətinlikləri birgə aradan qaldırmaq", "millətin məqsədi olanümumxalq səadətinə nail olmaq", "müsibət və bədbəxtliklərdən nicat yollarını arayıb tapmaq", "yekdilhəmrəylik hissi yaratmaq" üçün dilin mükəmməl öyrənilməsi, qorunması vacibdir.Onu da qeyd edək ki, C. Əfqaninin bu əsəri İslam xalqlarının xüsusilə türk xalqlarının milli oyanışındamühüm rol oynamışdır. M.Ə Rəsulzadə bu əsəri Azərbaycan türkcəsinə tərcümə etmişdir. Ona görə dəbayrağımızdakı yaşıl rəngin İslamı bildirməsi böyük əlamətdar hadisə və milli imanın göstəricisidir.Azərbaycan Respublikasının milli bayrağındakı böyük məna kəsb edən nişanlardan biri də bayraqdakıqırmızı zolağın hər iki üzündə təsvir olunan ağ rəngli aypara və səkkizguşəli ulduzdur.Milli bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlərmövcuddur. Bəzi insanlar səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını ifadə etdiyini bildirir. Təbii kibu fikir yanlışdır. Çünki, Azərbaycandakı etnosların sayı səkkizdən çoxdur. Tarixi baxımdan üç min ildənçoxdur ki, bu rəmz qədim Türk-Şərq xalqlarının dövlətçilik atributlarında yer almışdır. Bəzi Qərb tədqiqatçılarıaypara simvolunu İslamın əlaməti kimi qələmə verirlər və belə hesab edirlər ki, aypara orta əsrlərdə QərbinŞərqə xaç yürüşləri ( xristianların xaç simvoluna qarşı olaraq) zamanı İslam birliyinin təcəssümü olmuşdur.Amma bunlar təbii ki, fərziyyələrdən başqa bir şey deyildir. Türkiyə tarixçisi Fevzi Qurdoğlu bu məsələdəndanışarkən qeyd edir ki, "hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan ön Asiyaya köç etmiş şumerlər,eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə SultanOsman qazinin məşhur röyasından, nə də Sultan Mehmet Fatehin İstanbulu fəthindən başlayır. Bunun köklərinidərinlərdə aramaq lazımdır. Hilal türk millətinin tarixi qədər əskidir..."35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!