13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qədim pullar silinməz tarixdir(Tariximiz sikkələr güzgüsündə)Əski zamanlardan bizə gəlib çatmış maddi mədəniyyət abidələrinin böyük bir qismini çeşidlimetallardan (əsasən qızıl, gümüş, misdən) kəsilmiş pullar—sikkələr təşkil edir. Sikkələrin tədqiqatı iləməşğul olan elm numizmatika (yun. :—adət, qanun, sikkə) adlanır.AMEA-nın Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Şöbəsinin NumizmatikaFondu respublikamızda numizmatika irsimizin qorunub saxlandığı yeganə elm mərkəzidir. Müsahibimizmuzeyin Numizmatika və Epiqrafika şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəblidir.—Əli müəllim, ilk öncə, xahiş edirəm Azərbaycan numizmatikasının təşəkkülü, numizmatikabidələrin toplanılıb saxlanması və uçotu haqqında bilgi verəsiniz.—Sualınıza keçməmiş düşünürəm ki, müsahibəmizdə tez-tez rast gələcəyimiz iki numizmatik ifadə— pulvə sikkə istilahları haqqında bir neçə kəlmə demək gərəkdir. Pulun tarixi ictimai-iqtisadi anlam, kateqoriya kimiçox uzaq zamanlardan, demək olar ki, tunc dönəmindən başladığı halda, pulun xüsusi növü - forması olan sikkəisə e.ö. VII yüzilin başlanğıcında meydana çıxmışdır.Lakin hər iki istilah əcnəbi mənşəli olub, eyni zaman və məkan mühitindən qaynaqlanır. Pul, Bizansimperiyasının mis pul vahidi "follis"in (lat.: follis—pul kisəsi, köhnə metal, mis pul) Ərəb xilafətində də missikkələrin adı olaraq, "fəls" kimi işlənməsi, daha sonra türk dünyasında, Türk - Altay dil qrupunun fonetikasınauyğun f-p dissimilyasiyası və son "s" səsinin düşməsi nəticəsində, "sikkə" isə (ərəb.: Sekkatun—döymə,zərbetmə) eynilə dilimizin lüğət tərkibinə daxil olub vətəndaşlıq hüququ qazanmış istilahlardır.Sualınıza cavab olaraq, ilk öncə, qeyd edim ki, ümumiyyətlə, numizmatika elmi bir sıra elmlər kimi,Qərbi Avropa renessansı dönəmində təşəkkül tapmış, XVIII-XIX yüzillərdə avstriyalı abbat-numizmat JozefHilarius von Eckel tərəfindən yunan numizmatikasının, rusiyalı akademik-şərqşünas Xristian Fren tərəfindən isəmüsəlman numizmatikasının elmi əsasları qoyulmuşdur.Azərbaycan numizmatikası isə nisbətən daha gənc elmdir. Yüz il öncə Azərbaycanda nə bir sikkəkolleksiyası, nə də numizmat vardı. Azərbaycan sikkələri əcnəbi numizmatların nəzər-diqqətini cəlb etsə də, sonzamanlaradək bu sahədə hökm sürən kolleksiyaçılıq ənənələri üzündən ciddi araşdırmalardan kənarda qalmışdı.Azərbaycan Cümhuriyyətinin təsis etdiyi Azərbaycan Dövlət Universitetinə (indiki BDU) dəvət olunanxarici alim-mütəxəssislər sırasında 1919-cu ildə Tiflisdən Bakıya köçərək universitetdə mühazirə oxumaqlayanaşı, yenicə yaradılmış İstiqlal Muzeyində işə başlayan məşhur numizmat-alim Yevgeni AleksandroviçPaxomov bir neçə sikkədən ibarət numizmatika kabinəsi fondu təşkil etmiş və Azərbaycanda numizmatikaelminin təməl daşını qoymuşdur. Tarix elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,professor Y. Paxomov Azərbaycanda və Qafqazda aşkar olunan numizmatik abidələrin, özəlliklə, sikkədəfinələrinin toplanması, qeydə alınması və tədqiqi sahəsində misilsiz xidmətlər göstərmiş, numizmatika üzrərespublikada ilk aspirant kimi mənim və arxeologiya üzrə ilk azərbaycanlı qadın Güllü Əbilovanın namizədlikdissertasiyasının elmi rəhbəri olmuşdur.—Hazırda muzeydə nə qədər sikkə və maddi mədəniyyət abidəsi mühafizə olunur, numizmatikaelminin ictimai-iqtisadi, siyasi, dövləti əhəmiyyəti nədən ibarətdir?—Azərbaycan sikkələrinin toplanıb saxlanıldığı, tədqiq, nəşr və nümayiş etdirildiyi respublikanınNumizmatik Tədqiqatlar Mərkəzində Numizmatika Fondunda 150 mindən çox sikkə və digər maddi mədəniyyətabidəsi (möhür, medal, orden, nişan, kağız pul, marka) mühafizə olunur. Muzeyin eksponatlarının sayı isə 300mindən çoxdur. Muzeyin Numizmatika Fondunda saxlanılan materiallar əsasında doktorluq, namizədlikdissertasiyaları yazılmış, kitab, albom, kataloq və məqalələr çap edilmişdir. Numizmatika Fondunun sikkəkolleksiyalarının əksəriyyəti Azərbaycanda monetar pul dövriyyəsinin iki min ildən artıq bir zaman kəsiyindəAzərbaycan dövlətləri tərəfindən kəsilmiş, eləcə də Azərbaycan pul dövriyyəsində işlənmiş xarici ölkə sikkələritəşkil edir. Numizmatika Fondu əsasən respublika ərazisində tapılan pul-sikkə dəfinələri hesabına zənginləşir.Yeri gəlmişkən, qeyd edim ki, hər il Azərbaycanda, akademik İ. Meşşaninovun təbirincə desək, "yeraltımuzeylər ölkəsi"ndə aşağı-yuxarı 10-15 dəfinə aşkar olunur. Təəssüflər olsun ki, bu tapıntıların əksəriyyətimöhtəkirlərin təcavüzünə məruz qalır. Hər bir dəfinə son dərəcə qiymətli tarixi qaynaqdır. Hər hansı yeraltısərvət kimi, dəfinələr də xalqa məxsus olub qorunmalı, qeydə alınmalı və tədqiq olunmalıdır. Qocaman tarixindigər yardımçı sahələri (arxeologiya, etnoqrafiya, epiqrafika, tarixi coğrafiya və s.) ilə müqayisədə numizmatik345

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!