13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────yazıblar. Bu dil vasitəsilə nəsillər arasında əlaqə qurublar. Bir sözlə, bu dil vasitəsilə həm özlərini yaşadıblar, bugünümüzə gəlib çıxıblar, biz onları oxuyuruq, öyrənirik, həm də dili inkişaf etdiriblər, zənginləşdiriblər, yənidili yaşadıblar.Beləliklə, dil xalq və onun içərisindən çıxan ziyalılar tərəfindən qorunur, işlənir, yaşadılır. Əgər ya xalq, yada ziyalılar bu işə ögey münasibət bəsləsələr, onda dilin yaşamasından və inkişafından danışmaq əbəs bir söhbətolar. Bax bu baxımdan da Heydər Əliyev məsələlərə elə aydın izahlar verirdi ki, bu izahları hər bir kəs çox asanbaşa düşürdü. O, deyirdi: “Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimizcübəcür şahlıqların, sultanların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz itməyib, yaşayıb. Onuxalq yaşadıbdır, eyni zamanda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıblar”. Heydər Əliyev bununlaəcdadlarımızın qədir – qiymətini bilməyi, eyni zamanda xalqımızın görkəmli şəxsiyyətlərinin xidmətləriniunutmamağı, qədirbilənlik göstərməyi vacib sayırdı. Hətta bu istiqamətdə elə incə məqamlara diqqət yetirirdi ki,onu yalnız həmin sahəni dərindən bilənlər duya və mütəxəssis kimi fikir yürüdə bilərdi. Məsələn, o,qədirbilənliklə xalqımızın görkəmli şəxsiyyətlərinin bir qismi barədə deyirdi: “Böyük şairimiz, filosofumuz,mütəfəkkirimiz Nizami Gəncəvi əsərlərinin hamısını fars dilində yazmağına baxmayaraq, yenə də türk dilihaqqında öz sözünü deyibdir. Böyük Füzuli əsərlərinin əksəriyyətini ərəb dilində yazmağına baxmayaraq, türkdilində də yazıbdır və dilimizi yaşadıbdır. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə dünyaya gəlmişböyük şəxsiyyətlər – yazıçılar, o cümlədən Cəlil Məmmədquluzadə, şairlər, dövlət xadimləri və mütəfəkkirinsanlar Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Fətəlixan Xoyski, MəmmədəminRəsulzadə, Nəriman Nərimanov, Dadaş Bünyadzadə və başqaları öz əsərləri ilə, verdikləri qərarlarla,dekretlərlə, sənədlərlə bizim dilimizi yaşadıblar”.Heydər Əliyev dilimizin inkişafını elmin, mədəniyyətin, ictimai – siyasi həyatın inkişafı ilə bağlayırdı.Dilimizin XX əsrin 20-ci, 30-cu, 40-cı illərindəki səviyyəsi ilə 90-cı illərdəki səviyyəsini nəzəri və praktikbaxımdan müqayisə edirdi. Bu illər ərzində dilimizin nə qədər zənginləşdiyini, görkəmli dilçi alimlərimizin,şairlərimizin, yazıçılarımızın, jurnalistlərimizin yetişdiyini Azərbaycan xalqının böyük nailiyyəti kimiqiymətləndirirdi. Doğrudan da dilçilər, ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusunun yaranmasıdilimizi inkişaf etdirib, zənginləşdiribdir. Bu böyük ordu xalqımıza dilimiz vasitəsilə xidmət göstəribdir.Dilimizin imkanları onların hər birini xalqın gözündə böyüdübdür. Odur ki, Heydər Əliyev deyirdi: “...1920-ciildə dilimiz bu qədər zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qədər təmiz və cazibədar olmayıbdır. 30-cuildə də, 40-cı ildə də belə olmayıbdır. Demək, həyat inkişaf etdikcə, xalqımız mədəniyyət yolu ilə, elm yolu iləinkişaf etdikcə, irəliyə getdikcə, dünya mədəniyyətindən bəhrələndikcə öz dilini də ilbəil inkişaf etdiribdir. ƏgərXX əsri götürsək, xüsusən 20-ci ildən indiyədək Azərbaycanda böyük dilçi alimlər ordusu, böyükədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusu yaranıbdır”.Heydər Əliyev XX əsri Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin tədqiqində, təbliğində vədünyada tanınmasında xüsusi bir mərhələ sayır, əvvəlki əsrlərlə müqayisədə bu əsrin (XX əsrin) xalqımızaverdiyi imkanları dövrümüzün bəhrəsi kimi dəyərləndirir. Əlbəttə, bu prosesdə Azərbaycan adı hər bir şeyinfövqündə dayanır: “Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda bilmişik. MəhəmmədFüzulini də, Nəsimini də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim Şirvanini də, Abbasqulu AğaBakıxanovu da tanıtmışıq və bütün bunların hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə,dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir vəbunların hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur”.Heydər Əliyev dilin yarandığı vaxtdan inkişaf etdiyini, lüğət tərkibinin zənginləşdiyini, dilin qrammatikquruluşunda gedən unifikasiya prosesini nəzərə alırdı və Azərbaycan dilinin də belə inkişaf mərhələlərindənkeçib gəldiyini, bu gün zəngin dilimizin olduğunu qeyd edirdi. Onun məntiqi belə bir düzgün qənaəti ortalığaqoyurdu ki, hər bir dövrün, əsrin, mərhələnin dili öz fonetik, leksik, qrammatik quruluşu baxımındanözünəməxsusluğu ilə fərqlənir. Əlbəttə, dil nə qədər zəngin olarsa, orijinaldan tərcümə olunan əsərlər də bir oqədər kamil və dolğun olar. Bu mənada Azərbaycan dilinin zənginliyi imkan verir ki, orijinaldan dilimizətərcümələr edilsin və bu istiqamətdə də dilimizin ənənəsi var.Heydər Əliyev tərcümə, tərcümənin təkmil olması, tərcüməçilərin rolu və s. məsələlər barədə NizamiGəncəvinin “Xəmsə”sinin orijinaldan Azərbaycan və rus dillərinə olunan tərcümələri əsasında maraqlı fikirlərsöyləyirdi: “Biz Nizami Gəncəvinin əsərlərini, bütün poemalarını, “Xəmsə”sini ilk dəfə 1948-ci ildən sonra özdilimizə, yəni indi danışdığımız Azərbaycan dilinə tərcümə etdirmişik və xalqımıza çatdırmışıq. Siz bunu dabilməlisiniz ki, mən Nizami Gəncəvinin “Xəmsə”sinin ilk dəfə rus dilinə tərcümə edilib Moskvada nəşredilməsinə nail olmuşam... Mən bununla bir neçə il məşğul olmuşam. Nizami Gəncəvinin poemaları rus dilində463

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!