13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────tədqiqatçıların fikrincə, həmin söz “batırak-batrak-bayrak” semantik-struktur təkamül modeli əsasında batır(batırmaq, “sancmaq”) felindən törəmişdir.Bayraq sözü bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq, dövlətimizin, millətimizin müstəqillik,suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraqmüqəddəs anlam daşıyır. Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunmuşdur. Çünkibayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin vərolunun təcəssümüdür. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər ikiüzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağımızın mavi rəngini mənalandıran“türkçülük” milli kimliyimizi dərk etmək, milli ənənələri dirçəltmək, soykökünə bağlılıq, dilimizin qorunması,tariximizin qorunması, milli inkişaf, milli istiqlal, milli mücadilə deməkdir. Bayrağımızın mavi rəngiAzərbaycan xalqını türk milli kimliyi ətrafında birləşdirir və bizə bir xalq olaraq özümüzü dərindən dərk etməküçün istiqamətləndirir.Müasirləşmək dedikdə isə xalqımızın bundan sonra keçəcəyi inkişaf, tərəqqi yolu nəzərdə tutulur. Həmindövrdə Avropa dünyanın elmi-texniki nailiyyətlər baxımından son modern qütbü sayıldığından, milli düşüncəliuzaqgörən ziyalılarımız mənəviyyatca Avropasayağı yox, elmi inkişaf, qabaqcıl düşüncə baxımındanAvropasayağı olmağı tövsiyyə edir və bu prinsipi müasirlik kimi qiymətləndirirdilər. Nəticə etibari ilə müasirlikbayrağımızda qırmızı rəngi özündə əks etdirir və ölkəmizin gələcək inkişaf yolunu göstərməkdədir.İslamlaşmaq deyəndə isə ilk növbədə xalqımızın uzun əsrlərdir ki, mənəvi aləmini zənginləşdirən, əxlaqdəyərlərini, mərdliyi, cəsarəti və ilk növbədə Allaha olan sonsuz inamı təcəssüm etdirən məhfumdan söhbətgedir ki, bu da öz növbəsində milli bayrağımızda yaşıl rənglə mənalandırılır. Çünki yaşıl həqiqətən bir İslamrəmzidir. İslamın ta qədimdən bütün bayraqları yaşıl olmuşdur.Bunun da əsas səbəbi təbii ki, İslamın qayəsiolan həyat və yaşamaqla bağlı olan hər şeyin təbiətlə əlaqəli olmasıdır. İslamçılıq ideyaları azərbaycanlılarınmilli mənlik şüurunun, milli istiqlal uğrunda mübarizəsinin, islam dünyası ilə sıx əlaqələrin yaranmasına vəmöhkəmləndirilməsinə xidmət edir.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq-indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-daAzərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1991-ci il fevralın 5-də AzərbaycanRespublikasının Ali Soveti indiki üçrəngli və ayulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağıelan edib.Noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur. Prezident İlham Əliyev2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isəDövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Artıq 2010-cu il sentyabrın 1-də isəBakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.Xalqımız hədsiz qürur hissi keçirir ki, dünyanın ən böyük və ən uca bayrağı hazırda məhz Bakının DövlətBayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır. Şəhərimizin hər yerindən görünən bayrağın hündürlüyü162 metrdir. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir.Dövlət atributları xalqın qurur mənbəyi, fəxri sayılır. Bayrağımız, himnimiz və gerbimiz özunə - Mənazərbaycanlıyam! - deyən hər bir vətəndaş üçün əziz, müqəddəs və toxunulmazdır.Fəxriyyə İkramqızı,“İki sahil”.-2012.-7 noyabr.-№204.-S.16.106

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!