13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────İlk baxışda hər şey qaydasında görünür. Belə: qeyri-azərbaycanlılar öz dillərini paralel işlədə bilərlər.Ancaq az sonra aşkarlandı ki, Azərbaycanda yaşayan qeyri-yerlilər üçün bu heç cür məqbul hesab edilmir,iştahları dil altında imiş...Hörmətli professor, Siz bu qeyri-məqbulluğun kökünü açmaqla, dilin ünsiyyət vasitəsi olmasından savayı,bir də həyat tərzinin münasibliyini, o dövrdə azlıqda qalan xalqların başqalarından yaxşı yaşamaq üçün öziddialarını həyata keçirmək cəhdini təzə arxiv sənədlərinə müraciət etməklə ətraflı şərh etmisiniz. Həm də çoxyaxşı ki, dövlət dili statusu məsələsinin təkcə qeyrətli azərbaycanlıların təşəbbüsü kimi anlama gətirilməsi iləkifayətlənmirsiniz. İctimai inkişafla bağlı tarixçi mövqeyinizi açmalı olmusunuz. Yazırsınız ki, bu təkcəAzərbaycan hadisəsi deyildi. İ.Stalinin ölümündən sonra, xüsusən reabilitasiya prosesinin başlanması ilə ölkədə- Ukraynada, Latviyada, Litvada, Estoniyada milli məsələ problemləri gündəmə gəlmişdi. Ancaq iki respublika -Gürcüstan və Ermənistan hələ 1937-ci ildə milli dillərini dövlət dili kimi konstitusiyaya daxil etmişdilər.Və "Azərbaycan tək respublika idi ki, Sov.İKP MK-nın razılığı olmadan 1956-cı ildə bu addımı atdı vəqonşuları ilə arasında yaranmış qeyri-bərabərliyi aradan qaldırdı".İki cəhət də diqqəti cəlb edir. Birisi budur ki, həmin dövrdə müttəfiq respublikaların hüquqlarınıngenişləndirilməsinə, təsərrüfat müstəqilliyinin müəyyən dərəcədə artmasına baxmayaraq, yerli millətlər bunlarlaqənaətlənmirdilər. İkincisi də o idi ki, digər respublikalardan fərqli olaraq Azərbaycan rəhbərliyi xalqa arxalanıbbelə qətiyyətli addım ata bilmişdir.İbrətli bir müqayisəniz fikrinizi tamamlayır. Bunu deyirəm: Mərkəzdə partiya diktaturasının güclənməsiilə bağlı yerli rəhbərliklər millətçilik ittihamından oddan qorxan kimi qorxur və milli məsələ ilə ehtiyatlı olmağaçalışırdılar.Həmin dövr Azərbaycan rəhbərliyini şərafətləndirən də məhz bu idi - onlar qorxmadan belə bir milliiradəni - qeyrəti ortalığa qoymuşdular. Halbuki, ara-fasilə vermədən Sov.İKP MK aparatının işçilərirespublikada yoxlamalar keçirirdilər. Onlar yerlərə gələndə özlərini əsl "satrap", müstəbid-ağa kimi aparırdılar.Və ölkə rəhbərliyinə bir qayda olaraq qərəzli məlumatlar çatdırırdılar.Ancaq mərkəzin başı hakimiyyətdaxili intriqalara, çəkişmələrə, kürsü şöhrəti qazanmaq marafonunaqatışmışdı. Stalinin şəxsiyyətinə pərəstişin ifşası ilə bağlı qaldırdığı siyasi şou partiyanın başçısı N.Xruşşovudaha çox aludə etmişdi. Bu hay-küylə o özünə nüfuz qazandırmağa çalışır və rəqiblərini bir-bir hakimiyyətdənkənarlaşdırırdı. Vəzifə varisliyinə sahib olmağa digərləri də tamarzı qalmaq istəmirdilər. Birinci rəhbər olmaqtamahı artmışdı.Monoqrafiya müəllifi "müəmmalı, bəziləri üçün də şirin bir xatirəyə çevrilən" bu dövrün, həmçinin siyasirəhbərlərin əsl simasını, obrazını arxiv materialları əsasında yarada bilmişdir.Doğrudur, bəlağətli, diqqət çəkən çıxışlarına baxmayaraq, Xruşşovun əməli fəaliyyəti çox çəkmədənxalqa əyan olmuşdu, məzhəkəli lətifələr yaranmışdı haqqında. Ancaq milli məsələyə münasibətindən, xüsusənAzərbaycan rəhbərliyinə təhqiramiz, mərifətsiz, ədəbsiz hücumlarından xəbərsiz idik.Bu həqiqətdir ki, Xruşşov dövrü indiki ifadə ilə demiş olsaq, siyasi şou, təmtəraqlı şüarlar dövrü idi. Oardı-arası kəsilmədən məruzələr eləyir, kütlə isə sürəkli alqışlarla onu ruhlandırırdı. Əl vuranlar arasında bizqəzetçilər də vardıq, bu çıxışları səhifə-səhifə yerləşdirməkdən bezikən daha çox da biz idik. Demə, yuxarılar dabizim əzabımızı qiymətləndirirmişlər. Xruşşov vəzifədən kənarlaşdırıldıqdan sonra Vəli Axundovun ilk görüşürespublika qəzetlərinin rəhbərləri ilə oldu. Dedi: biz də uzun məruzələri oxuyub başa çıxa bilmirdik, ancaq sizinüçün lap əzablı idi, dərhal tərcümə etmək, qəzetdə yerləşdirmək ağır iş idi.Ağırlıq təkcə bunda deyildi. Qara camaata nisbətən ayıq olan bizlər, bunların cəfəngiyyat olduğunuanlaya-anlaya geniş təbliğat-təşviqat işi aparırdıq. Tarixçilər də bizdən geri qalmırdılar. çağdaş qələm sahiblərimin dəfə şükür etməlidilər ki, belə bir vadarlıq yoxdur, hər kəs öz vicdanı nisbətində böyük məmurlaramədhiyyə oxuya və ya oxumaya bilər.Ancaq içimizdə təzadlı bir cərəyan var idi. Xruşşovun islahatlarından, insanlara nisbətən sərbəstlikverilməsindən, kök salmış inzibatçılıqdan xilas meyli ilə bağlı rahatlıq tapır, başqa tərəfdən dərk edirdik ki,mus-mus deyincə Mustafa demək lazımdır. Ölkədə az-çox baş verməkdə olan milli hərəkatlar bizləri kəndirbazehtiyatlılığına - gözümüzlə irəli baxıb ayaqlarımızı tarazla atmağa sövq etdirirdi. Bu nə qədər çəkəcəydi?!1954-1959-cu illərin hadisələrinin bu kitabda təfsilatı ilə verilməsi, gecikmiş olsa da, bizdə indi də bəziolaylara şiddətli qəzəb doğurur. Demə, ziyafət süfrəmizin başında oturtduğumuz qeyri-yerli millətə məxsusolanlar Kreml havadarlarına güvənib böyük millətçilik iddiası ilə yaşayırmışlar. Və bu indiki nəslə dərsolmalıdır ki, özgələri aralı məsafədə - öz marağımıza uyğun tərzdə kənarda saxlamalıyıq, yoxsa... aylar, illərkeçə, onların əsl maraqları üzə çıxar... Sonrakı peşmançılıq isə fayda verməz.404

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!