13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────edilir. Hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, kazual təfsir formal baxımdan konkret işlə bağlı olsa da,faktiki olaraq presedent xarakteri daşıyır [10, s. 69].Təfsir normativ və kazual olmaqla yanaşı, icbarilik xarakterindən asılı olaraq, rəsmi və qeyri-rəsmitəfsirə bölünür. Rəsmi təfsir - müvafiq normanın üçüncü şəxslər üçün səlahiyyətli orqan tərəfindənaydınlaşdırılmasına yönəlmiş prosesdir ki, bunun nəticəsində qəbul edilən şərh ümumməcburi xarakter daşıyır.Rəsmi təfsir autentik və qanuni təfsirə bölünür. Autentik təfsir normativ aktları qəbul etmiş orqantərəfindən verilir. Bunun üçün xüsusi razılıq və səlahiyyət tələb olunmur. Autentik təfsir hüququ məntiqi olaraqhüquq normasının qəbulu ilə şərtlənir, əgər orqan norma yaradıcılıq səlahiyyətinə malikdirsə, deməli, öznormativ aktını təfsir etmək hüququna da malikdir.Qanuni təfsir - qanunla təfsir etmək səlahiyyəti verilmiş orqan tərəfindən edilən təfsirdir. Belə orqanlaraməhkəmə orqanları, icra hakimiyyəti orqanları, nəzarət orqanları və s. aid etmək olar [21, s. 156].Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə KonstitusiyaMəhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Təfsirlə bağlı qərar damüvafiq olaraq ümumməcburi xarakter daşıyır. Görünür elə bu səbəbdən də bəzi müəlliflər, əsasən dəM.V.Baqlay təfsiri müstəsna olaraq Konstitusiya Məhkəməsinin fəaliyyətinə aid edir, digər subyektlərtərəfindən verilən təfsirə isə əhəmiyyət vermir [3, s. 86-89].Konstitusiyanın və qanunların alimlər tərəfindən verilən doktrinal təfsiri rəsmi təfsirlərdən əsasənicbariliyin olmaması ilə fərqlənir. Lakin, bu təfsir növünün əhəmiyyətini nəzərə almamaq olmaz. Belə ki, çoxvaxt doktrinal təfsir hüquq sahəsində fəaliyyət göstərən alimlərin, elmi işçilərin şərhi olduğu üçün həttaKonstitusiya Məhkəməsinin hakimləri tərəfindən qəbul olunaraq, istifadə edilir, bu mənada doktrinal təfsirnormanın təfsiri barədə aktın mənbəyi kimi çıxış edə bilər.Elmi təfsirin spesifik növü kimi Konstitusiya Məhkəməsi hakiminin «xüsusi rəyi» də çıxış edir.«Konstitusiya Məhkəməsi haqqında»Qanunun 64-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin hakimi onun qərarının təsviriəsaslandırıcıvə ya nəticə hissəsi ilə razı olmadıqda, yazılı şəkildə xüsusi rəy tərtib edə bilər. Hakimin xüsusirəyi Məhkəmənin qərarı ilə birlikdə dərc edilir [2, s. 155].Təfsir adı altında Konstitusiya Məhkəməsi tərəfindən yeni norma yaradılması yolverilməzdir. Qanununtəfsiri zamanı nəzərə almaq lazımdır ki, təfsir yaradıcı və əqli fəaliyyət olmaqla, yalnız hüquq normasının real,konstitusiya hüquqi məzmununu ortaya çıxarmaq məqsədini daşımalı, bu məzmunu və iradəni dəyişdirməklə,qanuna yeni məna verməməlidir [22, s. 111-113]. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın təfsiredilməməsi nəticəsində Konstitusiyanın kazual təfsiri (xüsusilə də ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən)geniş miqyas ala bilər ki, bu da o qədər də arzuolunan hesab edilə bilməz.Konstitusiyanın aşağıda qeyd olunan xüsusiyyətləri onun təfsirinin spesifikliyini şərtləndirir. Burada ilknövbədə konstitusiyanı qəbul edən xüsusi subyekti qeyd etmək lazımdır. Bir qayda olaraq, o cümlədənAzərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilir və bu haldakonstitusiyanı qəbul edən subyekt kimi xalq çıxış edir. İkincisi, konstitusiyanın müəyyən etdiyi qaydalarınaliliyi konstitusiya müddəalarının təfsiri üzrə çıxanları qərarların aliliyini də şərtləndirir. Hüquq ədəbiyyatındakonstitusiyanın təfsirinə ehtiyac yaradan amillər kimi hüquq subyektləri tərəfindən konstitusiya normalarınıneyni cür başa düşülməməsi və bunun nəticəsində hüquqi mübahisələrin yaranması, eləcə də konstitusiyanınuzunmüddətli fəaliyyətinin və onun inkişafının təkamül xarakterinin təmin edilməsi göstərilir [14, s. 92-93].“Hüquqi dövlət və qanun”.-2009.-№4.-S.18-21244

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!