13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Əliqismət BƏDƏLOVAna dilimizin qorunması hər bir azərbaycanlının müqəddəs borcudurDil millətin təsdiqi, onun milli varlığını müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvisərvətimizdən, mənəviyyatımızdan söhbət düşəndə, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana diliyoxdursa, demək həmin xalqın özü də yoxdur.Dövlət müstəqilliyimizin atributlarından biri hesab edilən ana dilimizi qorumaq, inkişaf etdirmək vəyaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Belə olan halda xalqımız zəngin dil mədəniyyətinə sahibolar. Bu da müstəqil dövlətimizin gələcək inkişafına zəmin yaradar.SSRİ dövründə Azərbaycan dilinin inkişafına süni maneələr yaradılırdı. Lakin xalqımızın müdrik oğlu,ümummilli liderimiz Heydər Əliyevin Vətəninə, millətinə sonsuz məhəbbəti bu maneələri aradan qaldırdı.1978-ci ildə SSRİ Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edildi. Onu daqeyd edək ki, həmin dövrdə Azərbaycan buna nail olan 3 respublikadan biri idi.Sovet İttifaqının süqutundan sonra müstəqillik yolunda ilk kövrək addımlarını atan respublikamıza rəhbərliktəəssüf ki, idarəetmədə naşı, savadsız şəxslərin əlinə keçdi. Onlar düşünülməmiş qərarlar qəbul edir,demokratiyanı, müstəqilliyi mahiyyətini dərindən dərk edə bilmir, ölkədə xaos, anarxiya və başıpozuqluğunyaranmasına zəmin yaradır, yenicə əldə edilmiş müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdılar. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə qəbul edilən qərarlar Azərbaycanın varlığına, milli-mənəvidəyərlərimizə daha ciddi zərbələr vurdu. Belə zərbələrdən biri də Azərbaycan dilinin dövlət dili kimi ləğvedilməsi oldu. 1992-ci il noyabrın 25-də (İsa Qəmbərin Ali Sovetin sədri olduğu vaxt) Milli Şuranın iclasıkeçirildi. O vaxt Milli Şuranın 50 üzvü vardı. Onlardan yalnız 24-nün iştirak etdiyi iclasda Azərbaycanın dövlətdili məsələsi müzakirə olundu. İştirakçıların sayından da görünür ki, iclasın keçirilməsi üçün yetərsay olmayıb.Ona görə də iclasın keçirilməsi, qəbul etdiyi qərarlar qanunsuz hesab edilməlidir. Lakin buna baxmayaraq, İsaQəmbərin sədrliyi ilə Milli Şuranın 24 üzvünün iştirakı ilə iclas keçirildi və bu iclasda Azərbaycan dilinindövlət dili kimi ləğv olunması barədə qərar qəbul edildi.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətəqayıtdıqdan sonra öz müdrikliyi, təcrübəsi, iradəsi, zəhməti və gərgin səyi sayəsində Azərbaycanı bəlalardanqurtardı, onu parçalanmaq, yer üzündən silinmək təhlükəsindən xilas etdi. Milli-mənəvi sərvətimiz olan anadilimiz özümüzə qaytarıldı. Hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini,görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı və Azərbaycan dilinin dövlət dili kimi ləğvolunmasının düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqildövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapdı. Konstitusiyanın 21-cimaddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan RespublikasıAzərbaycan dilinin inkişafını təmin edir”.2001-ci il iyulun 18-də Prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: “İnkişaf etmişzəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulubabalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daimqayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.Ana dilinin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlətbaşçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci ilinsentyabrında qəbul olunmuş “Dövlət dili haqqında” Qanun, 2003-cü ilin yanvarında imzalanmış “AzərbaycanRespublikasında dövlət dili haqqında” fərman, həmin il qəbul olunmuş “Azərbaycan dilinin işlənməsi vəqorunması haqqında” qanun və digər sənədlər ana dilinin işlənməsi və qorunmasına xidmət edir.“Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanunda Azərbaycan dilinin geniş tətbiq edilməsi vəqorunması irəli sürülmüş, buna qarşı çıxanların isə məsuliyyətə cəlb olunması və cəzalandırılması öz əksinitapmışdır. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri, reklam agentlikləri, radio verilişlərinin aparıcıları,xüsusilə də bəzi televiziya kanallarının idman şərhçiləri ana dilimizin işlənməsi və qorunması ilə əlaqədarimzalanmış fərmanlara, habelə qanunlara əhəmiyyət vermir, dilimizin saflığına xələl gətirirlər. Bu gün Bakışəhərində elə küçələr var ki, oradan keçərkən özünü hansısa xarici ölkələrin birində hiss edirsən. çünkimağazaların, yeməkxanaların, çil-çırağa qərq olmuş gecə barlarının, restoranların qarşısından asılmış reklamlövhələri xarici dillərdə yazılmış və burada milliliyimizi əks etdirən əlamətlərdən əsər-əlamət belə yoxdur. Bu397

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!