13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────sektoruna, regionların inkişafına yönəldilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradanqaldırılması iqtisadi siyasətin prioritet istiqamətləri olmuşdur. Bunun nəticəsində müstəqil Azərbaycan qısamüddətdə iqtisadiyyatı sürətlə inkişaf edən ölkəyə çevrilmiş, ümumi daxili məhsul istehsalı həcminin artımınagörə bir neçə ildir ki, liderlik mövqeyini qoruyub saxlamışdır. Sosial-iqtisadi yüksəliş, ilk növbədə,vətəndaşların Konstitusiya ilə qorunan rifah halının yaxşılaşmasında mühüm rol oynayır.Gələn ilin fevralında qüvvəyə minməsinin beş ili tamam olacaq regionların sosial-iqtisadi inkişafı dövlətproqramında nəzərdə tutulan tədbirlərin böyük əksəriyyəti vaxtından əvvəl yerinə yetirilmiş, bölgələrininkişafına <strong>dair</strong> bir sıra yeni qərarlar qəbul olunmuşdur. Son beş ildə ölkənin sosial-iqtisadi yüksəlişini statistikrəqəmlər daha aydın əks etdirir.2003 - 2008-ci illərdə respublikanın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM)2,7 dəfə artmışdır. ÜDM-in adambaşına düşən həcmi isə 4300 ABŞ dolları səviyyəsinə çatmışdır. İqtisadiyyatıninkişafı neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də sürətli artımı hesabına baş vermişdir. Bu isəiqtisadiyyatın şaxələndirilməsinə <strong>dair</strong> Konstitusiya müddəası ilə bağlı dövlətin gördüyü məqsədyönlü tədbirlərindüzgünlüyünü təsdiq edir. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənayesahələrində son beş ildə 2,7 dəfə artım olmuşdur. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühümsahə olan aqrar sektorda artım sürəti ötən ilin doqquz ayı ilə müqayisədə 8,3 faiz təşkil etmişdir. Bunu, ilknövbədə, son vaxtlar aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin nəticəsi kimiqiymətləndirmək olar.Bütün bunlar sübut edir ki, dövlət vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbitedilmiş hüquq və maraqlarının həyata keçirilməsinə, ölkənin iqtisadi inkişafının təmin olunmasına hər cüryardım göstərmişdir. Buradan irəli gələn nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasıhəyatın iqtisadi və sosial-siyasi sahələrini tam əhatə edir.Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahınınyüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Təbii ki, bu müddəadan irəligələn vəzifələri yerinə yetirmək üçün dövlətin kifayət qədər maliyyə ehtiyatları olmalıdır. Azərbaycanda həyatakeçirilən islahatlar ölkəmizin maliyyə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Dövlətin ümumivalyuta ehtiyatları cari ilin əvvəli ilə müqayisədə 80 faizdən çox artaraq 17 milyard ABŞ dollarına çatmışdır.Dövlət Neft Fondunda toplanan vəsaitlərin hazırda 12 milyard dollar təşkil etməsi də uğurlu neftdiplomatiyasının nəticəsidir. Maliyyə imkanlarının artması investisiya siyasətinin həyata keçirilməsinə müsbəttəsir göstərmişdir. 2008-ci ilin doqquz ayında bütün mənbələr hesabına əsas kapitala yönəldilən investisiyalarınhəcmi 38 faiz artmışdır. Son beş ildə isə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur.Bu müddətdə sənayenin qeyri-neft sahələrində yüksək inkişafa nail olunmuşdur. Bu, Konstitusiyada qarşıyaqoyulan iqtisadiyyatın şaxələndirilməsi vəzifəsinin uğurla yerinə yetirilməsi sayəsində mümkün olmuşdur.Əsas Qanunumuzun 15-ci maddəsinin 2-ci bəndində deyilir ki, Azərbaycan dövləti bazar münasibətləriəsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdəinhisarçılığa və haqsız rəqabətə yol vermir. Bu vəzifənin yerinə yetirilməsi elmi əsaslara söykəndiyindən, bazariqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait,iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyənziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindənəldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsininyaxşılaşdırılmasına yönəldilir. Ötən beş ildə minimum əməkhaqqının 5,4 manatdan mərhələlərlə 70 manataçatdırılması, yoxsulluq səviyyəsinin 49 faizdən 15,7 faizə düşməsi deyilənləri bir daha təsdiqləyir.Son bir neçə ayda minimum əməkhaqqının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosialpensiya və müavinətlərin artırılması dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.İqtisadiyyatın liberallaşdırılması bazar iqtisadiyyatı prinsiplərinə mütərəqqi yeniliklər gətirmişdir.Müstəqil respublikamızda qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlifsahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyindəəsaslı dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinininkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayıştərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət dəyişikliklər, hər bir hüquqi dövlətdəictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərininildən-ilə möhkəmlənməsi ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvatdərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına yaxşı imkanlar açır.254

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!