13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────olundu. 1920-1991-ci illərdə Azərbaycan bayrağının təsviri bir neçə dəfə dəyişdirildi. 1921-1925-ci illərdəqırmızı parçanın sol tərəfinin yuxarı hissəsində yaşıl qumaşda A.S.S.R. abbreviaturası olan bayraq, 1925 -1931-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq - çəkic və ondan yuxarı hissədə aypara və beşguşəli ulduzolan və üzərində kiril və ərəb qrafikası ilə A.S.S.C. abbreviaturası olan bayraq, 1931-1937-ci illərdə qırmızıparçanın yuxarı sol tərəfində oraq - çəkic və ondan yuxarı hissədə aypara və beşguşəli ulduz olan və üzərindəkiril qrafikası ilə A.S.Z.C. abbreviaturası olan bayraq, 1937-1940-cı illərdə qırmızı parçanın yuxarı sol tərəfindəyuxarıda oraq-çəkic, Az. SSR abbreviaturası olan bayraq, 1940-1952-ci illərdə qırmızı parçanın yuxarı soltərəfində oraq-çəkic və ondan aşağıda kiril qrafikası ilə Az. SSR abbreviaturası olan bayraq, 1952-1991-ciillərdə isə aşağıdan dörddə biri göy zolaq, dörddə ikisi qırmızı zolaqdan ibarət olub üzərində oraq-çəkic vəbeşguşəli ulduz olan bayraq qüvvədə olmuşdur. Əlbəttə, bütün bunlar ölkədə baş verən dəyişikliklərin fonundabaş vermişdir.İkinci Dünya müharibəsində iştirak edən diviziyaların, o cümlədən Azərbaycan diviziyalarının,alaylarının, hərbi hissələrin, polkların, bölmələrin, donanmaların öz bayraqları olmuşdur.Milli partiyaların, siyasi təşkilatların və cəmiyyətlərin, təhsil müəssisələrinin də bayraqları olmuşdur.Bununla belə, SSRİ-də hökm sürən totalitar rejimin bütün qadağalarına baxmayaraq həm SovetlərBirliyində yaşayan, həm də xaricdə mühacir həyatı keçirən soydaşlarımızda xalqın yaddaşına köçən üçrənglibayrağa inam azalmamışdır.1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Gününəhəsr olunmuş yığıncaqda M.Ə.Rəsulzadə xanımı ilə birlikdə hazırladığı üçrəngli bayrağı başı üzərinə qadıraraqonu kimin Azərbaycana apara bilməsini soruşmuşdur. İştirakçılardan biri - Gülmirzə Bağırov həmin bayrağıAzərbaycana aparacağına söz vermişdir. Lakin bayrağın Azərbaycana aparılması uzun illər mümkünolmamışdır. Nəhayət, Gülmirzə Bağırov 70-ci illərdə bu bayrağı həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirəbilmişdir. O, həmin bayrağı 1990-cı il 20 Yanvar faciəsində Maştağadakı evinin damından asmışdır.1956-cı ildə Azərbaycan vətəndaşı Cahid Hilaloğlu sovet quruluşuna etiraz olaraq üçrəngli bayrağı Qızqalası üzərinə qaldırmışdır. Bu cəsarətinə görə o, 4 il azadlıqdan məhrum edilmiş, onun həmfikiri olan ÇingizAbdullayev adlı şəxs isə ruhi dispanserə salınmışdır.1988-ci ildə başlanan azadlıq hərəkatı zamanı xalq üçrəngli bayrağı indiki Azadlıq meydanınagətirmişdir.Bayrağa ilk hüquqi statusu ümummilli lider Heydər Əliyev vermişdir. 1990-cı il noyabrın 17- də HeydərƏliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağı muxtar respublikanın dövlətbayrağı kimi qəbul etmiş və Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycanın rəsmi dövlətrəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır. Nəhayət, 1991-ci il fevralın 5-də Ali Sovet “AzərbaycanRespublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etmiş, az sonra –1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbulolunmuşdur.Azərbaycan bayrağına əsl diqqəti və qayğını Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev göstərmişdir. 2007-ci il noyabrın 17-də cənab İlham Əliyev Bakıda dövlət bayrağı meydanınınyaradılması haqqında sərəncam imzalamışdır. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – HərbiDəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur. ABŞ-ın “TridentSupport” şirkətinin hazırladığı layihəni Azərbaycanın “Azenko” şirkəti icra etmişdir. İcra olunmuş dövlətbayrağının dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Meydanın ümum sahəsi 2450 kvadratmetr, bayrağın eni 35metr, uzunluğu 70 metr, çəkisi təqribən 350 kiloqramdır. 2010-cu il sentyabr ayının 1-də Dövlət bayrağımeydanının təntənəli açılışı olmuş və açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağınamus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Türk dünyasının böyükşairi Bəxtiyar Vahabzadə bayraq haqqında duyğularını belə ifadə etmişdir:Daim ucalasan savaş günündəSəni əsgər silahı ilə tən görüm.Yalnız zəfər çalmış zəfər günündəŞəhidlər önündə əyilən görüm.135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!