13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────maraqlı sikkə nümunələrindən Qızıl Orda hökmdarı Şadi bəyin adından Bakıda zərb edibn gümüş dirhəmlərinnümunələri" İçəri şəhərin tarixi" muzeyinin fondunda saxlanılır.Bakıda XV əsrin ikinci yarısında qısamüddətli bir zamanda Şadi bəyin adından gümüş dirhəmlərindövriyyədə olmaları haqqında ilk dəfə Y.A. Paxomov qeyd etmişdir. Müəllif bu hadisəni Şeyx I İbrahiminAzərbaycan uğrunda Cəlairilərin, Cucilərin və Teymurilərin apardıqları gərgin mübarizə illərində uzaqgörənsiyasətlə sikkə zərbi işini Teymurun, Toxtamışın və yaxud Şadi bəyin adından həyata keçirilməsi ilə Şirvanıdağıntılardan xilas etməsini göstərirdi. Sonralar həm Azərbaycanın qədim ərazilərdən, həm də başqa ölkələrdənaşkar edilən bəzi sikkə nümunələrinin araşdırmaları nəticəsində daha dəqiq nəticələr əldə edilmişdir (1,c.91-99).Belə ki, Bakıda XIV əsrin II yarısından XV əsrin sonlarına qədər ayrı-ayrı monqol-türk hökmdarlarınınadından zərb edilən sikkələr Rusiyadan, indiki Ermənistandan, Orta Asiyadan, Dağıstandan,Tatarıstandan,Gürcüstandan və digər ərazilərdən aşkar edilmişdir. Hesab edirik ki, Bakı zərbxanasının məmulatlarının beləgeniş ərazilərdə yayılmasının bir səbəbi də Azərbaycanın XII-XV əsrdə ticarət əlaqələrinin daha dagüclənməsidir. Burada həm ticarət yollarının dəyişilməsi, həm də Bakı limanının rolunun güclənməsini xüsusiqeyd etmək lazımdır. Bu zaman avropalıların Şamaxı ipəyinin sorağı ilə ucuz su yolu olan Qara dəniz - Xəzərvasitəsilə Şirvana çatmaları əslində Avropa pullarının bura axınına rəvac verdi. Şirvan ipəyi Bakı limanı vasitəsiilə Həştərxana daşınır, sonra Volqa və Dona keçirilir, oradan da Venesiya tacirləri öz ticarət gəmilərindəqalerlərdəAzov dənizi ilə Avropaya aparırdılar. Əmir Teymur l395-ci ildə Həştərxanı dağıtdıqdan sonra ticarətyollarının istiqaməti dəyişildi. Azərbaycandan Avropaya gedən malları İran və Suriyadan keçməyə başladı (5,s.106). Bu zaman ilk dəfə Avropa mənşəli mənbələrdə indiki Xəzər dənizinin adı Bakı dənizi adlanır (48, s. 177;7, s.86; 47, s.145-146).Həm keçən əsrin tapıntıları, həm də son i illərdə aparılan arxeoloji qazıntılardan aşkar edilən numizmatikmateriallar Bakının XV-XVI əsrin əvvəllərində tanınmış liman şəhəri kimi tanınmasını sübut edir. Bu fakthəmçinin əmtəə-pul münasibətlərinin inkişafının ən yüksək mərhələsinə çatmasını göstərir. Göstərilənyüzilliklərdə hakimiyyətdə olan Dərbəndilər sülaləsinin apardığı uzaqgörən siyasət nəticəsində Bakı həm dəYaxın Şərqin mühüm şəhərlərindən birinə çevrilmişdir.Beləliklə, VII əsrdən başlayaraq qədim Azərbaycan torpaqlarında fəaliyyət göstərən "Bakı" adındakızərbxana çox qısa fasilələrlə XIX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmişdi. Şəhərin Şirvanşahlarınpaytaxtına çevrilməsi ilə pul və pul işi ehtimal ki, elə İçəri şəhərdə Şirvanşahlar sarayının daxilində yerləşmişdi.1000 illik tarixə malik olan Şirvanın dövlətçiliyinin mərkəzi şəhəri kimi Bakı məşhur Şamaxı zəlzələsindən1191-1538-ci ilə kimi öz statusunu saxlamışdı. 600 ilə yaxın paytaxt olan Bakı sözsüz ki, öz zərbxanasınıhəmişə qorumuşdu.861-ci ildən rəsmi olaraq yaranan Şirvanşahlar dövlətinin Kəsranilər və Dərbəndilər sülaləsininnümayəndələri demək olar ki, öz sikkələrini əsasən Şamaxıda və Bakıda zərb etdirmişlər. Bəzi vaxtlarda, həttavassal dövlətə belə çevrildikdə belə, Şirvanşahlar bu statusu saxlamağa müəyyən qədər nail olmuşlar, yəni bugün XXI əsrin birinci onilliyində numizmatika elmi ilə az-çox məşğul olan hər kəs Şirvanşahların zərbetdirdikləri sikkələri yalnız onlara aid olan elementlərinə-xətt üslubuna, bəzək vasitələrinə və yaxud metalınrənginə, zərb formalarına görə, hətta anepiqrafiq (lal pullar-yazıları olmayan, yalnız bəzəklərdən ibarət olan)olsalar belə, təyin etməkdə çətinlik çəkmir. 1538-ci ildən sonra, yəni Səfəvi hökmdarlarının bu dövlətə sonqoymasından sonra Bakıda zərb edilən sikkələr əsasən mis fuluslardır. Bu cür mis sikkələrin üzərində mövcudolan elementlərin ciddi araşdırması nəticəsində onların üz və əks tərəfində Bakının dövlətçilik rəmzlərinin"üstüörtülü" şəkildə olması aydınlaşır. Bu cür sikkələrin üzərində Bakının adı ərəb əlifbası ilə "Bakuyya,Bakua" kimi cürbəcür yazılışlarla zərb edilmişdi. Mis sikkələr üzərində apardığımız elmi analizlər nəticəsindəhesab edirik ki, artıq XIV əsrin II yarısından başlayaraq fulusların zərbetmə hüququ şəhərlərin iqtisadi yüksəlişiilə onlara həvalə edilmişdir. Bundan istifadə edən şəhər zərbxanaları dövriyyəyə buraxdıqları mis fuluslarınmöhüründə əksər hallarda zərb yeri və tarixini kifayət qədər aydın vururdular. Anonim xarakterli bu pulların üzvə əks tərəflərində əsasən cürbəcür balıq, şir, dəvə, suitiyə bənzər məməlilər sinfinə aid canlıların obrazları,həmçinin Bakı zərbxanası üçün xarakterik olan xətli <strong>dair</strong>ə və ətrafında altı ədəd nöqtəvari bəzək elementi ortaəsrlərin sonuna qədər pul zərbi işində istifadə edilmişdi. Qeyd etmək lazımdır ki, analoji balıq obrazları İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan saxsı qabların oturacaq hissəsində aşkar edilmişdi (32; 35;36; 38 və s.).İçəri şəhərdən aşkar edilən numizmatik materiallar sırasında, əsasən XVI əsrdən Azərbaycanın bütünərazilərindən tapılan Avropa ölkələrinin gümüş və digər ucuz metalların qarışığından hazırlanan pulları da qeydetmək lazımdır. Belə dəyər vahidləri arasında say hesabına görə Rusiya dövlətinə aid olan "qrivenniklər" çoxluq354

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!