13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Respublikasının Konstitusiyası milli-mənəvi vəbəşəri dəyərləri özündə birləşdirən ali hüquqi sənəddirFərhad ABDULLAYEV,Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin sədriXX əsrin sonlarında tarixi əhəmiyyətinə görə Azərbaycan Respublikasının dövlət müstəqilliyininbərpası ilə müqayisə edilə biləcək əlamətdar hadisələrdən biri də ilk milli Konstitusiyanın qəbul olunmasıdır.1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin vəhər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsiniistəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini anlayaraq ümumxalq səsverməsi -referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir.Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyevolmuşdur. Ümummilli liderin birbaşa rəhbərliyi altında hazırlanaraq 13 il əvvəl qəbul olunmuş Konstitusiya bugün sözün həqiqi mənasında Əsas Qanuna çevrilmiş, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edəngeniş qanunvericilik və institusional islahatların mənbəyi kimi çıxış etmişdir.Müasir cəmiyyətlərin həyatında vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləritənzimləyən, ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini müəyyənləşdirən konstitusiyalarxüsusi yerə malikdir.Konstitusiya özündə hüquqi və siyasi sistemin təməlini əks etdirir. Onun ən yüksək və ali hüquqiqüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur, qəbulu, xüsusən də davamlıolaraq reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir. Başlıcatəyinatı konstitusiya quruluşunun, insan hüquq və azadlıqlarının müdafiəsi olan bu ümummilli sənəd cəmiyyətinaparıcı institutlarının tanınması və hüquqi əsaslarının yaradılması kimi mühüm təsisedici funksiyaya malikdir.Qeyd olunan funksiyanı yerinə yetirməklə yanaşı, Konstitusiya dövlət hakimiyyəti orqanlarının və konstitusiyahüququnun digər vacib subyektlərinin hüquq və vəzifələrinin konkret siyahısını əks etdirir və bununla da onlarınƏsas Qanunun ümumi konsepsiyasına müvafiq fəaliyyətini istiqamətləndirmiş olur.Konstitusiya cəmiyyətin və dövlətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyənləşdirir, hüquqixarakterlə yanaşı siyasi aspektə də malik olmaqla siyasi proseslərə və siyasi münasibətlərə tənzimləyici təsirgöstərən siyasi akt rolunu oynayır.Milli strateji sənəd olan Konstitusiya dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyənedir, insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çoxnövlüyü və bərabərliyi, hakimiyyətin qanuniməhdudlaşdırılması və hamılıqla qəbul olunmuş digər demokratik dəyərləri özündə cəmləşdirir. Bu mənadaKonstitusiya həm də ideoloji funksiyanı həyata keçirmiş olur. Lakin bu ideologiya totalitar rejimlərdə olduğukimi, hər hansı qrupun və ya siyasi qüvvənin mövqelərinin qorunmasına deyil, ümumilikdə cəmiyyətindemokratik-hüquqi inkişafının təmin edilməsinə yönəlmiş olmalıdır.Konstitusiyaların cəmiyyətdə çox mühüm birləşdirici funksiyaya malik olması da mühüm şərtlərdəndir.Xüsusilə də müasir dünyanın reallıqları milli konstitusiyalar qarşısında siyasi radikalizmin cəmiyyəti qarşıduran tərəflərə bölən ən kəskin formaları ilə mübarizə aparmaq, dövlətin vahidliyini və bölünməzliyini təminetmək, onun parçalanmasının qarşısını almağa hazır olmaq kimi vacib tələblər qoyur.Azərbaycanın keçmiş Sovetlər İttifaqının tərkibində olduğu dövrlərdə bir neçə dəfə konstitusiyası qəbuledilsə də, həmin sənədlər totalitar sistemin ümumi tələb və prinsiplərinə uyğun olduğu üçün xalqın iradəsini,milli maraqlarını əks etdirmir, insan hüquqları sahəsində beynəlxalq normaların tələblərini tam ehtiva etmirdi.Ötən əsrin sonlarında postsovet məkanında və bütün dünyada baş verən irimiqyaslı sosial-siyasidəyişikliklər, bu geosiyasi məkanda bir çox dövlətlərin, o cümlədən Azərbaycanın öz müstəqilliyini elan etməsiyeni dünya düzümünün ortaya çıxmasını şərtləndirməklə yanaşı, müstəqillik əldə etmiş ölkələr üçün də bir sıravəzifələr yaratdı. Bu vəzifələr isə ilk növbədə hüquqi və siyasi sistemin hamılıqla qəbul edilmiş dəyərlərüzərində yenidən təşkili ilə bağlı idi.Bu mənada 1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsindən sonraqarşıda duran həyati vacib məsələlərdən biri ölkənin gələcək inkişafının müasir dövrün tələblərinə uyğun əsasistiqamətlərinin müəyyən olunmasından ibarət idi. Bu isə öz növbəsində ölkənin idarə olunmasının təməl181

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!