13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Həqiqətən də bəşəriyyət öz yaşayışında müasir sənaye və texnoloji avadanlıqlardan başqa mənəvi amillərə dəehtiyac duyur. Əgər cəmiyyətin ictimai-siyasi qurumları həyatın əsl fəlsəfəsindən ayrılsa və mənəvi dəyərlərəəsaslanmayaraq. yalnız maddi tələbatların ödənilməsinə yönəlsə. onda həyata zalımlıq. rəhmsizlik hakim olar.Böyük İslam mütəfəkkirlərindən biri deyir: "Biz demirik ki, düşüncə və rəftarımızda özünütəcrid yolunuseçək və tarixin sivilizasiyalı inkişafından geri qalaq. Biz də karvanın sərnişinləriyik və orada öz payımız var.Daha doğrusu, biz müsəlmanlar, bəşər mədəniyyətinə misilsiz töhfələr vermişik. Amma təəssüflər olsun ki, bugün öz qədir-qiymətimizi bilmirik. Parlaq və şanlı keçmişimizi düzgün qiymətləndirməyincə, dünya ictimaiyyətiarasında öz layiqli yerimizi tutmayınca, fikir və düşüncələrimiz köləlikdən azad olmayacaqdır. Yadlara əlaçmaq adətini tərk edə bilsək, onların bizlərə necə itaət etdiyinin şahidi olarıq"(3, s. 28). Doğrudan da biz özparlaq keçmişimizi əldən verməməli və daimi yaşayış prinsiplərimizi həyat təcrübəmizlə uyğunlaşdırmalı vəqorumalıyıq. Biz öz mədəni dəyərlərimizin qiymətləndirilməsinə hər yerdə çalışmalıyıq. Biz hələ də İslamındünyada tam təbliğinə nail ola bilmirik. Bir də ki, müsəlman xalqları və dövlətləri arasındakı münaqişə vəçəkişmələr onların zəifləyərək dünyanın böyük ölkələrinin təsiri altına düşmələrinə səbəb olur.Həqiqətən də hazırda İslam dini dünyada sürətlə yayılmaqdadır. çünki xalqlar bu dinin necə sülhsevər,ədalətli, insanpərvər bir din olduğunu dərk edirlər. Parisdə çıxan jurnallardan birində şərqşünas Marsel Karderyazır: "Əvvəllər hökmdarların və şahzadələrin dini olan İslam bu gün ümumxalq dininə çevrilmişdir. Sel kimicoşqun olan xalqlar onun bayrağı altında birləşirlər. İslam Şimali Afrikadan həmin qitənin cənubuna doğrusürətlə və ardıcıllıqla irəliləməkdədir. Statistika da inkar olunmaz faktı təsdiq edir" (8, s. 48).Bu gün əcnəbi təşkilatlar İslam ölkələrində illərlə güclü təbliğat aparsalar da dini xalqdan ayırabilməmişlər. Görəsən, bu dinin daxilində hansı qüdrət var? Elə İslamın sirri də bundadır. Görkəmli filosofVolter qeyd etmişdir: "Məhəmmədin gətirdiyi din şübhəsiz xristianlıqdan üstündür. Onun ayinində heç vaxtməsihilikdə olduğu kimi. dəlilik dərəcəsinə çatan küfr mövcud olmayıb. İslamda tək Allahı üç Allah və ya üçAllahı tək Allah saymayıblar. Yeganə inam bu dinin əsasıdır. İslam dini öz vücudu ilə həmin etiqadlarınbanisinə borcludur. Xristianlıq qılınc və odla öz ayinlərini başqalarının boynuna yükləyir. Ey Rəbbim. kaş bütünAvropa xalqları özləri üçün müsəlmanları nümunə hesab edəydilər" (7, s. 134).Volter xristianlıqda protestant məzhəbinin banisi sayılan Martin Lüter haqqında belə yazır: "LüterMəhəmmədin ayaqqabısının bağını açmağa belə layiq deyil". Daha sonra bildirir: "Şübhə yoxdur ki,Məhəmməd (s) çox böyük şəxsiyyət olmuş və həm də böyük şəxsiyyətlər yetişdirmişdir. O, çox ağıllı başçı,ədalətli hakim. gözəl əxlaqlı bir peyğəmbər olduğu üçün yer üzündə ən böyük inqilab etmişdir" (9, s. 35).L. Tolstoy isə bu fikirdə idi: "Məhəmməd (s) üçün təkcə vəhşi və qaniçən bir milləti yüksək tərəqqi vəmədəniyyətə çatdırmaq işi kifayət qədər İftixarlı hesab edilə bilər. Məhəmmədin şəriəti ağıl və hikmətə uyğunolduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək".İslam ədaləti və sülhü təkcə müsəlmanlar üçün yox, eyni zamanda bütün qeyri-müsəlmanlar üçün dəbərqərar etmişdir.Vaxtı ilə görkəmli filosof əl-Kindi "dil əhli" - əhli-lisan üçün çalışırdı. Bu, hər halda bir çox sahələrdədini separatizmi tarazlaşdırılmış ümumi mədəniyyətin hamı tərəfindən başa düşülməsi zərurətinin yaranmasınaçox mühüm sübutdur. Böyük müsəlman filosofları əl-Fərabinin və ibn-Sinanın bir fəlsəfi dildə danışmalarıbundan xəbər verir. Məhz İslamın vasitəçiliyi ilə yunan fikri ilə ilk dəfə geniş ümumi əlaqə yaranmışdı.Qrünebaum "Klassik İslam" əsərində İslam mədəniyyətinin tarixi inkişaf yolunu izləmiş, sosial-iqtisadimünasibətlərin təhlilini vermiş, Şərq-Qərb şəhərlərinin ticarət naminə, mülkiyyət məsələlərinin şəhər əhalisininmilli-etnik xüsusiyyətlərinin, hərbi quruculuq və siyasi idarəetmə aparatının müqayisəli təhlilini göstərmişdir.Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qrünebaum İslamın irəli sürdüyü qayda-qanunları tam demokratikolduğunu və bundan bütün dünya ölkələrinin quruculuq işlərində istifadəsini tam məqbul saymışdır.O yazır: "Xristian dünyası yalnız fəlsəfədə və elmdə İslamın əxz etdiyi və ərəb dilində ifadə olunmuş,XII əsrdən başlayaraq təzədən xristian mərkəzlərinə çevrilmiş şəhərlərdə, geniş tərcüməçilik işinin aparıldığıToledoda diqqətlə öyrənildikdən sonra latın dilinə tərcümə edilmiş klassik irsin qorunub saxlanılmasına görəminnətdardır" (6, s. 304).Tarixi faktlara nəzər yetirərkən, görürük ki, İslamı qəbul edən xalqlar elm və mədəniyyət sahəsində yenikonsepsiyalar işləyib hazırlamağa başladılar. Məhz bunun qarşısını almaq üçünS. Hantinqton Avropa ölkələrini müsəlman ölkələrinin daxildən məhv edilməsinə çağırırdı. O yazır: "İqtisadicəhətdən Qərb digər sivilizasiyalarla müqayisədə daha zəngindir. Lakin təbii artımın çox zəif olması, mənəvidurğunluq, mədəniyyətin geriyə doğru inkişafı, zəif iqtisadi artım, qeyri-qərb xalqlarının Qərb ölkələrinə kütləvi507

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!