13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ümummilli liderin hüquqi baxışlarınınAzərbaycan Respublikasının Konstitusiyasında təzahürüRamiz Rzayev,Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri.Dövlət və hüququn ictimai–iqtisadi quruluşa xas olan bir formasından digərinə keçid mahiyyətinə görəolduqca mürəkkəb, çoxtərəfli, dövlət və hüquqda, həmçinin ictimai–siyasi həyatda baş verən kifayət qədərziddiyyətli prosesdir. Bu prosesin mərkəzində dayanıb və bir qayda olaraq prosesə böyük təsir göstərən dövlətbir–biri ilə qarşılıqlı əlaqədə olan və bir–birini tamamlayan iki qrup kompleks vəzifəni həll edir. Buvəzifələrdən bir qrupu dövlət mexanizminin — onun mahiyyətinin, məzmununun, formasının, fəaliyyətmetodunun, strukturunun yenidən qurulması ilə əlaqədardır. Digər qrup vəzifələr cəmiyyətin dəyişdirilməsinə,iqtisadiyyatda islahatlar, xarici və daxili siyasətin yeni istiqamətlərinin müəyyən edilməsi, yeni rəsmiidealogiyanın yaradılması ilə bağlıdır.Keçid dövründə dövlətin fəaliyyətinin əsas istiqamətləri qarşıda duran vəzifələrin xarakter və növündənbirbaşa asılıdır. Dövlətin fəaliyyətinin əsas istiqamətlərinin məzmunu və həll etdiyi vəzifələr konkret cəmiyyətininkişafının tarixi təcrübəsi, konkret ölkənin iqtisadiyyatının inkişaf səviyyəsi, cəmiyyətdə formalaşmışmünasibətlərin xarakter və növü ilə şərtlənir.Dövlətin qarşısında yeni maliyyə sisteminin yaradılması zəruriliyi, ölkənin təhlükəsizliyinin təmini, hüquqsisteminin köklü dəyişikliyi kimi xüsusi vəzifələr durur. Dövlət bu dövrdə həyata keçirilən iqtisadi və sosial–siyasi islahatların dinamizmini, cəmiyyət daxilində və dövlətdə stabilliyi təmin etməklə yanaşı, həyatın bütünsahələrində tam müstəqilliyini qorumalı və xarici təsirlərdən qeyri–asılılığı təmin etməlidir.Keçid dövründə dövlət və cəmiyyətdə əvvəllər heç vaxt olmayan inamsızlıq və tərəddüdlər baş verdiyinə,mərkəzdənqaçma qüvvələri gücləndiyinə, dağıdıcı proseslər sürətlə inkişaf etdiyinə görə dövlətin dağılması vəcəmiyyətin süqutu ehtimalı dəfələrlə artır. Odur ki, həmin mərhələdə dövlət yalnız yenidənqurma fəaliyyətinədeyil, həm də mühafizə funksiyasına önəm verməli, özünü, iqtisadiyyatı və cəmiyyəti süqut etməkdənqorumalıdır.Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ölkənin ağır keçid dövrünə təsadüfetdi. Tarix üçün son dərəcədə qısa olan bir müddətdə keçid dövrünün səmt küləklərinin hakimiyyətə gətirdiyi,dövlət idarəçiliyi sahəsində təcrübəsi olmayan insanların ölkəni böhrandan çıxarmaq üçün rəhbərliyə dəvətetdikləri ulu öndərin qarşısında çətin — müstəqilliyin qorunub saxlanılması, erməni təcavüzünündayandırılması, vətəndaş müharibəsinin qarşısının alınması, ərazi bütövlüyünün təmini, cinayətkarlıqlamübarizə, dağılmış iqtisadiyyat və maliyyə sisteminin bərpası, sabitliyin təmini, hüquq sistemindədəyişikliklərin həyata keçirilməsi, yeni qurulan demokratik dövlətin hüquqi əsaslarının yaradılması kimivəzifələr dururdu. Dövlətin hüquqi əsaslarının yaradılması müstəqil, demokratik Azərbaycan dövlətininkonstitusiyasının hazırlanıb qəbul edilməsi ilə birbaşa bağlı idi.Ulu öndər konstitusiya komissiyasının ilk iclaslarında komissiyanın sədri kimi Azərbaycanın əvvəlkikonstitusiyalarının təhlilini verərək yeni qurulan müstəqil Azərbaycan Respublikasının konstitusiyasının qəbuledilməsinin zəruriliyini əsaslandırmış, konstitusiyada ifadəsini tapmasını vacib hesab etdiyi əsas məqamlarıkomissiya üzvlərinin nəzərinə çatdırmışdı: “İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycandövlətinin ilk konstitusiyasını qəbul edirik. Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədəAzərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyiniqoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratikprinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiyasahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasınınözünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.Ulu öndər konstitusiyanın demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təminetmək üçün bütün şərtləri, müddəaları özündə əks etdirməli olmasını ümumi şəkildə qeyd etməkləkifayətlənməyib, həmin məfumların nəyi ifadə etməsini sadə, anlaşıqlı dildə izah edirdi: “Demokratiyaprinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsiprinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişafetdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasınatəminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır.295

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!