13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Hazırda Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri fəaliyyət göstərir. Gəlin diqqət yetirək, görəkonların hansı biri Azərbaycan dilinə hörmətlə yanaşır. Yalnız ABŞ səfirinin bu sahədə irəlidə olduğunu qeydetmək olar. Belə ki, Azərbaycana gəldiyi gündən milli dilimizi öyrənməyə cəhd göstərir. Digərləri isə belə biraddım atmağa heç cəhd də göstərmirlər. Ancaq hansısa bir millətin hörmətini qazanmaq üçün onun dilindədanışmaq lazımdır.Nizami Cəfərov:- Mahmud Kaşğari belə bir ifadə işlətmişdir ki, hər hansı bir millətin dilini öyrənmək ona hörmətəlamətidir. Buradan belə çıxır ki, digər millətlər M.Kaşğarinin fikrini bizdən yaxşı bilirlər. O məqama bir dahatoxunmaq istəyirəm ki, Heydər Əliyev türkdilli ölkələrin toplantısında belə bir mövqe ortaya qoymuşdur ki,Azərbaycan dilini türk dilləri qrupuna aid etmək lazımdır. Baxmayaraq ki, onun adı Azərbaycan dilidir.Vilayət Əliyev:- Mən burada başqa bir məqama, doğulan uşaqlara adların düzgün qoyulmasına diqqət yetirmək istədim.Bu mənada Türkiyə türklərinin ad seçimi çox doğru və düzgün olduğunu nəzərinizə çatdırıram. Onlarınqoyduğu adlar çox gözəl və mənalı adlardır. Onlar uşaqlarına elə bir ad verirlər ki, ömrü boyu o adla fəxr etsin.O ki qaldı televiziyalara şou məqamına daha çox diqqət yetirmək istərdim. Biz şounun əleyhinə deyilik. Lakinonlar insanların mənəviyyatını korlamamalıdır. Azərbaycan dilinə nöqsanlar gətirməməlidir.Milləti yaşadan onun dilidir(II)"Səs" qəzeti "Azərbaycan dili və onun müasir dövrdə aktual problemləri" mövzusunda dəyirmi masa keçirdiArtıq iki ildən çoxdur ki, "Səs" qəzeti ənənəvi olaraq Azərbaycanın ictimai-siyasi, sosial-mədənihəyatında baş verən mühüm hadisələr ətrafında dəyirmi masalar təşkil edir. Bu ənənənin davamı olaraq, "Səs"qəzeti redaksiyasında "Azərbaycan dili və onun müasir dövrdə aktual problemləri" mövzusunda dəyirmi masatəşkil olunmuşdur. Dəyirmi masada Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının sədri, millətvəkili, professor Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının üzvü, millət vəkiliAynur Quliyeva, ADPU-nun elmi işlər üzrə prorektoru, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləridoktoru, professor Vilayət Əliyev, BDU-nun şərqşünaslıq fakültəsinin türk filologiya kafedrasının müdiri,filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqojielmlər namizədi Vaqif Qurbanov, filologiya elmləri namizədi, dosent, ADPU-nun Azərbaycan dili və onuntədrisi metodikası kafedrasının müdiri, professor Həsən Balıyev, AMEA Nəsimi adına Dilçilik İnstitutununaparıcı elmi işçisi Sevinc Məmmədova, Qaradağ rayon 16 saylı Bakı Peşə Liseyinin direktoru ƏlizamanBabaşov və Səbail rayon 8 saylı orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimiBədircahan Ağabəyli iştirak edirdilər.Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev açaraq, müasir dövrümüzdəAzərbaycan dilində olan müəyyən problemlərin dövri mətbuatımızda qəzet və televiziyalara öz təsirini bildirdi.O, qeyd etdi ki, Azərbaycan dilinin saflığı, təmizliyi ümummilli lider Heydər Əliyev tərəfindən hər zamanqorunmuş və 2001-ci il tarixində Azərbaycan dilinin təkmilləşməsi ilə bağlı imzaladığı sərəncamı əsasındadilimizə diqqət və qayğı daha da artmışdır. çağdaş dövrümüzdə dil siyasəti ölkə Prezidenti İlham Əliyevcənabları tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.Qəzetin şöbə müdiri dəyirmi masa iştirakçılarına "Azərbaycan mətbuatında, eləcə də, danışıq dilindəmövcud olan halların aradan qaldırılmasında hansı addımlar atılmalıdır" sualı ilə müraciət etdi:SƏHNƏ MƏDƏNİYYƏTİ, SƏS İMKANLARI OLMAYANLARIN YARIŞLARDA YER ALMALARINIBİRMƏNALI QARŞILAMAQ OLMAZAynur Quliyeva:- Mən bəzi məsələdə, əsasən, telekanalları günahlandırıram. Bu baxımdan ki, həyata keçirilən müəyyənlayihələri telekanallardan izlədikdən sonra mənfi fikirlər formalaşmağa başlayır. Məsələn, ANS TV-ningerçəkləşdirdiyi "Toylar kralı" layihəsinin təsadüfən son buraxılışına tamaşa etdim və mənim diqqətimi çəkdi.429

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!