13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ümumiyyətlə, oxuculara çatdırmaq istəyirəm ki, bu və ya digər məxəzlərdəki müddəalar hələ də Bağırovkimi bir şəxsiyyətin müsbət və mənfi cəhətlərini özündə cəm edən səviyyədə deyildir.Belə deyək: Cəmil müəllimin bəxtinə elə bir zəmanə gəldi ki, gözlənilmədən fələyin çərxi əksinə dövreləməyə başladı, əski olaylar aşkarlandı və az qala bir əsr, söhbətləri dünyanı bürümüşlər və bütün haqlarınınüstündən qara karandaşla xətt çəkilmişlər başqa görkəmdə mizan-səhnəyə çıxarıldılar. Həssas tarixçi isə fürsətiəldən vermədi, beynəlxalq mövzuları milli dəyərlərlə əvəz etməli oldu. Güman edirəm ki, tarixçinin sonəsərlərini oxuyanlar mənimlə razılaşar. O, keçmiş şəxslərlə bağlı Plutarx sayağı isti rənglərlə işləməyə lüzumgördü. Onlardan biri də uzun müddət Azərbaycan sovet respublikasına başçılıq etmiş M.C.Bağırovdur.Doğrudur, fikir qətiyyətində ürkəklik - ehtiyatlılıq hiss olunur. Bu da təbiidir. Cənub məsələsində, Azərbaycanınbütövlük amalı uğrunda baş verənlərdə iştirakını bəlağətli sözlə yox, hətta Stalin kimi ağır zabitəli bir rəhbərlə,Sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılması məsələsində razılığa gəlmədiyini sezdirməklə də nəzərəçatdırmışdır.Təbii ki, milli oyanış təkamülünün şah dalğaları İ.V.Stalinin ölümü ilə "doqquz bal"a qalxmışdı. Kitabdabu, dönə-dönə tədqiqata gətirilir. Xarakterik olan birində deyilir: 1963-cü ildə Sumqayıtda, "ellər atası"dünyasını dəyişəndən on il sonu iğtişaş baş vermişdi. Bunu iki yerə yozmaq olar. Stalin hələ ürəklərdənçıxmayıb və Xruşşova nifrət səbir kasasını daşdırmışdı. "May nümayişi zamanı qəzəblənmiş kütlə şəhərinmərkəzi meydanındakı tribunanın aşağısına vurulmuş N.Xruşşovun böyük portretinin üzərinə yeriyərək onudaşa basdı. Daha sonra Stalinin nəhəng portreti nümayişçilər tərəfindən meydana gətirildi". Arxivdən kitabasalınmış bir məlumat da xarakterikdir. Hərbi hissənin xidmət rəisi M.Napaxin cəsarətlə iki epoxanı beləqiymətləndirir: "Stalin bütün hakimiyyəti öz əlində cəmləşdirmişdi. Və hamı Stalinin qorxusundan vicdanlaişləyirdi. Stalinin ölümündən sonra hər kəs hakimiyyətdə olmaq istəyir".Bu, Stalinin ölümündən sonra vəzifə uğrunda, kimliyindən, rəhbərliyə layiq olub-olmamasından asılıolmayaraq başlanan hərki-hərkiliyə dəlalət edir. Bizim nəsil 80-ci illərin xalq hərəkatı zamanı və az sonra bununAzərbaycan timsalının şahidi olmuşdur. Savadsız fəhlə şöhrət qazanmaq üçün xalqa mərkəzi meydanda siyasigimnastika təlimi keçirdi. Heydər Əliyevin qayıdışı ilə belələrinin yüksək vəzifə arzusu gözlərində qaldı,sabitlik yarandı.Təəssüf ki, belə hadisələrə münasibətdə hələ də tarixçilər yekdil fikrə gəlməmişlər və həmin dövr əsaslısurətdə tədqiqata cəlb olunmamışdır. Yazılarda iki rəng var: ağ və ya qara!Cəmil müəllim bu kitabında siyasi rəhbərlərdən danışarkən, Stalinin totalitarizm dövrünə daha çox 50-ciillərdə ölkədə cərəyan edən kontekstdən, necə deyərlər yeri gəlmişkən atüstü toxunur.Ancaq tarixçi vicdanı bunun da üstündən keçməməyi gərəkli sayıb, kitabda oxuyuruq: "N.Xruşşov ilkdəfə olaraq qurultayda Almaniyanın SSRİ-yə hücumu ərəfəsində müharibənin başlanacağı haqqında çoxqiymətli kəşfiyyat materiallarının və bir sıra xarici dövlət xadimlərindən zəruri materiallar alındığını, lakinİ.Stalinin bunlara məhəl qoymadığını açıqladı, ümumilikdə məruzədə Sovet hakimiyyətində, ictimai fikirdəmöhkəmlənmiş İ.Stalinin müharibədəki böyük sərkərdə obrazı şübhə altına alındı".Mən bu yarımcümləni vacib saydığımdan xüsusi nəzərə çarpdırmalı oldum. Axı, sabiq başçı nə qədərmüxtəlif rakurslardan baxışa gətirilsə də, tarix dediyində durur: İ.Stalin Makedoniyalı İsgəndər, Sezar,Napoleon kimi möhtəşəm sərkərdə olmuşdur. Kimliyindən asılı olmayaraq tarixi şəxsiyyətlərin portretiniyaradarkən onlara ehtiramla yanaşmaq lazımdır. Dahi Nizamidən isə onu öyrənmək gərək olar ki, İsgəndər kimifateh, cahangir bir sərkərdənin obrazını necə sevgi ilə yaratmışdır.N.Xruşşova da, M.C.Bağırova da - birincinin ölkədə islahat aparmaq səyinə, ikincinin gəlmə siyasirəhbərlərlə müqayisədə Azərbaycanın iqtisadi - mədəni inkişafının tərəqqisində oynadığı rola, incəsənətinMoskvada ləyaqətlə təqdim olunmasında və "Bütöv Azərbaycan" iddiasında sabitqədəm olmasına görə, tarixisaxtalaşdırmadan həqiqət meyarı ilə yanaşmaq lazımdır.Haşiyə.N.Xruşşovun siyasi və şəxsi qəbahətlərindən kitabda kifayət qədər bəhs edilmişdir. Onun bəzi qəbahətləriadi bir Azərbaycan vətəndaşı kimi məni indinin özündə də həyəcanlandırır. Üç hadisəni qısaca xatırlatmalıoluram. Ən qəlizi Avropanın ürəyi Avstriyanın paytaxtı Vyanada baş vermişdi. Gənclərin ümumdünyafestivalına gedən Azərbaycan nümayəndələrinin əhvalımıza soğan doğrayan ovqatla qarşılanmağı olmuşdu.Vyana qəzetləri Xruşşovun nitqlərinə istinadən Azərbaycan rəhbəri İ.Mustafayevin hərəkətlərini bu xalqıngeriliyi kimi qiymətləndirmişdilər. Qəzeti Pasternakin "Doktor Jivaqo"su ilə birlikdə balışımızın altınaqoymuşdular. Bundan əvvəl Moskvada oxuyarkən M.C.Bağırovun məhkəməsində aşkara çıxarılanlardan411

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!