13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qanunların aliliyinin qorunmasının təminatçısıFərhad ABDULLAYEV,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədriXX əsrin sonlarında Azərbaycan Respublikası öz siyasi müstəqilliyini bərpa etsə də, ölkədə hökmsürən siyasi qeyri-sabitlik və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizinreallaşdırılmasını qeyri-mümkün edirdi.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkəmizdə siyasisabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasınaşərait yaratdı. Məhz bu dövrdən başlayaraq, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqəraredilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi. Şübhəsiz ki, buirimiqyaslı tədbirlər sisteminin əsasında 1995-ci ildə qəbul edilmiş, hazırlanmasında və qəbulunda ümummillilider Heydər Əliyevin müstəsna rolu olan Azərbaycan Respublikasının Konstitusiyası durur.1995-ci il Konstitusiyası insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi, müdafiə mexanizmlərininyaradılmasını isə başlıca vəzifə olaraq özündə əks etdirmişdir.Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmazatributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılmasının əsasını təşkiletməsi olmuşdur. Konstitusiyada əksini tapan prinsiplər çərçivəsində ölkəmizdə daha sonra həyata keçirilmişməhkəmə-hüquq islahatları məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsinə genişimkanlar yaratmışdır. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək üçün müstəqilməhkəmə hakimiyyətini yaratmağa yönəlmiş qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq vəazadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə üçpilləli məhkəmə sistemi yaradılmışdır.Konstitusiya ölkə və cəmiyyət həyatı üçün nə qədər əhəmiyyətli bir sənəd olsa da, cəmiyyətin və insantəfəkkürünün inkişafı, yeni ictimai-siyasi münasibətlərin yaranması bu sənəddə də islahatların aparılmasınızəruri edir. Azərbaycan Konstitusiyasında da bu cür islahatların aparılması ictimai, siyasi, iqtisadi və digərsahələrdə inkişaf dinamikası ilə əlaqəlidir. Azərbaycanın sosial-iqtisadi inkişafı, siyasi modernləşmənin vüsəti,demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyada bir sıra müddəaların daha datəkmilləşdirilməsini tarixi zərurətə çevirmişdir.Eyni zamanda, Konstitusiyanın qəbulu sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən faktdeyil, həmçinin ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələisə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın hüquq və azadlıqlarının, demokratik vəhüquqi dövlət ideyalarının durması ilə səciyyələnir.Azərbaycan Respublikası Konstitusiyasının xarakterik xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdəməhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq KonstitusiyaMəhkəməsinin təsis edilməsi olmuşdur. On dörd il əvvəl - 1998-ci il iyul ayının 14-də Azərbaycan RespublikasıMilli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi nəticəsində və iyul ayının 18-dəAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini vəhakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətəbaşlamışdır.Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya ədalət mühakiməsi ölkəmizdə məhkəmə hakimiyyətininyeni fəaliyyət istiqaməti kimi nəzərdən keçirilir. Əsas yurisdiksiyası konstitusiya nəzarətini həyata keçirməkolan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məqsədləri Konstitusiyanın aliliyini təminetməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir. Məhz buna görə konstitusiyaədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsi, insan hüquqlarının müdafiəsi və hüququnaliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul olunur. Bu anlayış normativ-hüquqi aktlarsisteminə nəzarət, qanunvericiliyə uyğun olaraq bu sistemin Konstitusiyaya müvafiqliyinin yoxlanılması,Konstitusiya və qanun normalarının rəsmi və məcburi xarakter daşıyan şərhi vasitəsilə hüququn inkişafı, hüquqtətbiqi təcrübəsinin təkmilləşdirilməsi və düzgün istiqamətləndirilməsi, qanunvericilik, icra və məhkəməhakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı yaranmış mübahisələrin həlli və sair kimi əhəmiyyətlisəlahiyyətləri ehtiva edir.278

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!