13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────S.Sadıqova bildirdi ki, neçə illərdir Dövlət Dil Komissiyası fəaliyyət göstərir, cənab Prezidentin qloballaşmaşəraitində Azərbaycan dilinin mühafizə və inkişafı ilə bağlı verdiyi sərəncam ana dilimizin yollarını daha hamaredir: "Azərbaycan dili dinamik inkişafa doğru gedir. Amma, təbii ki, dilimizin işlədilməsi məsələsində müəyyənpozuntular var. Hesab edirik ki, bir sıra məsələlərə Dövlət Dil Komissiyası son qoyacaq. Bəzi tədbirlər də dilxətalarını aradan qaldıracaq. Bizi tariximiz, dövlətimiz ətrafında birləşdirən məqamlardan biri, şübhəsiz ki, anadilimizdir. Dövlətin təşəkkülünün ana axarında dayanan amillərdən biri isə ana dilidir. Görürsüz, onlar birbirinənecəbağlıdır. Tariximizi yazanlar, mədəniyyətimizin, ədəbiyyatımızın yaradıcıları onu ana dili vasitəsilə yayıb".Dilçi Lətafət Məmmədovanın sözlərinə görə də, Azərbaycan dilinin inkişafına göstərilən qayğı ana dilimizinuzunömürlülüyünə, onun dövlət dili kimi özünü təsdiq etməsini bacarmasına təkan verib: "Dövlətimizin, onunmədəniyyətinin, təhsilinin, tarixinin inkişafında və müasir vəziyyətində ana dilimizin əvəzsiz rolu var.Azərbaycanın klassik yazıçı və şairlərinin hamısı ana dilindən bəhrələnib. Onun imkanlarından istifadə edərəkgözəl əsərlər yaradıb. Dövlətimizin bir sıra mənəvi məsələlərə sahib olmasında ana dilimizin əməyi böyükdür.Dil olmasa, milli anlayış da olmaz. Dil hər bir xalqın dünyada hörmətini artıran bir məfhumdur. Ana diliolmayan xalq xalq kimi dünya səhnəsində özünü təqdim etməkdə çətinlik çəkir. Bilirsiz ki, başqa xalqındəyərlərinə sahib olmağa çalışan xalqa oğru deyirlər. Bizim dilə hələ kənardan əl uzadanlar olmayıb, ammamədəni dəyərlərimizi oğurlayanlar az deyil. Dilimizi ona görə oğurlaya bilmirlər ki, onun zənginliyinə,özünəməxsusluğuna bələd deyillər. Çünki dili oğurlayanda onu işlətmək lazımdır... Ana dilimiz bizimmənəviyyatımızdır. Bu dəyərə dövlət səviyyəsində böyük qayğı var. İnsanlar da dilimizə qayğı ilə yanaşmalıdır.Bilməlidirlər ki, Azərbaycan dili bizim dövlətimizin atributlarından biridir. Dövlətçiliyimizin əsaslarını ilkolaraq ana dilimiz təşkil edib həmişə. Ana dilimiz xalqımızı küll halında mədəniyyətimizin ətrafında birləşdirir.Dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar ana dilimiz vasitəsilə ünsiyyət qurur, əlaqələr yaradır.Dilimizin vasitəçiliyi, iştirakı olmadan bu əlaqələr yarana bilməz. Azərbaycan xalqının ümummilli lideri HeydərƏliyevin Azərbaycan dilinə qayğısı dilimizin inkişafına daha böyük təkan verdi. Heydər Əliyev Azərbaycan dilivə azərbaycançılığı bir-birindən ayırmırdı. O, ana dilimizlə bağlı çıxışlarında dilimizin müqəddəsliyi, saflığı,onun qorunması ilə əlaqədar elə fikirlər səsləndirib ki, hər zaman öz aktuallığını saxlayır. Heydər Əliyevəqədərki böyük şəxsiyyətlərimiz də dövlətimiz və ana dilinin vəhdəti haqda fikirlər səsləndirib. Azərbaycanınçox böyük ziyalılarından olan, qüdrətli vətəndaş Cəlil Məmmədquluzadənin ana dililə bağlı çox maraqlı yazısıvar:- Mənim anam kimdir?- Rəhmətlik Zöhrəbanu bacı?- Bəs ana dilim?- Azərbaycan dili.Bu yazının yazılmasının üstündən illər keçib, amma ana dilimiz haqda yazılan ən aktual yazılardan biridir ki,bu gün də istinad edilir. Dilimizin dövlətçiliyimizin təşəkkülünə təsiri bax budur. Dil hər şeyi yaşadır.Mədəniyyəti də, mənəviyyatı da, ədəbiyyatı da. Ana dilini mükəmməl bilməyən şəxslərin də dilimizi öyrənməsivacibdir".Tariximizin, dövlət maraqlarımızın dünyada yayılması, sözsüz ki, hər bir azərbaycanlının üzərinə düşənvəzifədir. Ana dilimizin də təbliğinin bir missiya kimi soydaşlarımızın üzərinə düşdüyünü deyən L.Məmmədovahesab edir ki, vaxtaşırı olaraq Dilçilik İnstitutu və digər qurumlar tərəfindən dövlətimizin inkişafında,təbliğində, yaşamasında ana dilinin rolu barədə "dəyirmi masa"lar, tədbirlər, geniş müzakirələr keçirilməlidir:"Azərbaycan dili mövzusu daim gündəmdə olmalıdır. Dilçilik İnstitutu və Akademiyanın müvafiq institutlarıbirləşərək Azərbaycan dili və dövlətimizin təşəkkülü haqda ciddi müzakirələr aparmalıdır. Bu vəhdətinincəlikləri, əsasları gənc nəslə təlqin edilməlidir. Azərbaycan dövləti babalarımızın əmanətidir. Onu gözbəbəyimiz kimi qorumalıyıq. Azərbaycan dövləti və ana dilimiz mövzusu bizi hər zaman düşündürməlidir.Dünyanın hansı yerində Azərbaycan dili səslənirsə, orada bizim tariximizin, mədəniyyətimizin bir parçasıyaşayır. Böyük şairimiz Səməd Vurğun deyirdi ki, dünyanın bütün dilləri gözəldir, amma mənim üçünAzərbaycan dili bütün dillərdən əzizdir. Böyük Şəhriyar da Azərbaycan dilinin qüdrətini göylərə qaldırırdı.Bütün mütəfəkkirlər dili təbliğ etməklə mədəniyyətimizi təbliğ edirdilər. Bilirdilər ki, xalqın, dövlətin inkişafı,dünyada tanınması həm də dilin və milli çoxəsrlik mədəniyyətin vəhdətindən keçir".“Bakı Xəbər”.-2014.-18-20 iyul.-N 152.-S.15.478

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!