13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dünyanın ən uca Bayrağı AzərbaycandadırHər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həmdə zəngin milli-mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasındamüəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan milli-mənəvi dəyərlər hərbir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasınadəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın mənəvi sərvəti,toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır.Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərləriniyaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin əndəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcudolmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə Bayraq xalqınmüstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC)hökumətinin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəliulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Noyabrın 9-da həmin bayraq üçrəngli -yaşıl, qırmızı və mavi zolaqdan ibarət olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq Cümhuriyyətininhimninin qəbul edilməsi ilə də əlamətdar oldu. Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasıda AXC hökumətinin qısa müddət ərzində həyata keçirdiyi tarixi hadisə idi.1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdansonra Azərbaycanda bu bayraq aradan götürüldü. Azərbaycanın üçrəngli Bayrağı ikinci dəfə ümummilli liderHeydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı.Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı iləbərpa olundu və muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan MuxtarRespublikası Ali Soveti Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlətrəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası AliSovetinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqındaqərar vermişdir. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş ümummilli liderin Naxçıvanda əvvəlcə deputat,sonralar isə muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi bu bölgədən başlanan müstəqillik yolununbütün Azərbaycan boyu genişlənməsinə, nəticədə milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlarınatılmasına gətirib çıxardı. Keçmiş sovetlər birliyinin mövcud olduğu bir dövrdə ulu öndərin cəsarətli addımlarıhesabına Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsiistiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın,texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərti ilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. NaxçıvanMuxtar Respublikasının Ali Sovetində 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət verildi, həmin günün millimatəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrarislahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonraölkədə ictimai-siyasi sabitliyi təmin etməklə həm də Azərbaycanın üçrəngli bayrağını uca tutmuşdur.Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişAzərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Əsas Qanunun 23-cümaddəsinin II bəndində göstərilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdanibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasındabayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğunanisbəti 1:2-dir".Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində isə qeyd olunur ki, "Hər bir vətəndaş AzərbaycanRespublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir". Ulu öndər HeydərƏliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işiningücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır."Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hərbir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hərbir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!