13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributu: dövlət himnimiz“Himn” sözü yunan sözü “humons” sözündən olub qədim Yunanıstanda allahları və qəhrəmanlarınşərəfinə oxunan nəğmə mənasında işlənmişdir. Himn Avropa ölkələrində XIX əsrə qədər dini nəğmə vəmahnıları səciyyələndirən söz olmuşdur.Müasir dövrdə “himn” sözü beynəlxalq dövlətçilik terminologiyasında “dövlət tərəfindən qəbul edilənmilli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş” mənasında sabitləşmişdir.Həmin termin Azərbaycan dilində də eyni məna və funksiyanı istifadə etməkdədir. Ulu Öndər Heydər Əliyevmüstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “Azərbaycanın gözəl himni var... Bunun müəllifi bizimböyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onunmusiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”. Dövlət himni dövlətçiliyimizin əsas atributu olub,milli birliyimizin - azərbaycançılığımızın müqəddəs rəmzidir.A. Məmmədov və Ə. Quliyevin qeyd etdikləri kimi, dövlət himni müstəqilliyin musiqi və sözlə ifadəedilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmimərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digərhallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.Himn həmişə milli bayraqla-dövlət bayrağı ilə bərabər tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilikbaxımından müqəddəslik və önəmliliyinə görə milli himn-dövlət himnini obrazlı şəkildə hər bir dövlətin,millətin ölkənin musiqi bayrağı adlandırırlar. Bu da həqiqətdir ki, dövlət himni çalınarkən, paralel olaraq mütləqdövlət bayrağı da qaldırılmalıdır. Digər tərəfdən, təsadüfi deyildir ki, bir çox dövlətlərdə əsas dövlətçilikatributları məhz təkcə bayraq və himndən ibarətdir...Azərbaycan dilində “milli himn”, “dövlət himni” terminləri artıq sabitləşsə də, tarixən “milli marş”terminindən də istifadə edilmişdir. “Marş” sözü fars mənşəli olub dilimizdə “əsgərlikdə yürüş üçün verilən əmr”dövlət tərəfindən qəbul edilmiş və milləti, dövləti təmsil etmək üçün hazırlanmış musiqi əsəri, nəğmə”, yaxud“əsgəri xidmətdə istifadə olunan musiqi əsəri, nəğmə” anlamlarında işlədilir. Azərbaycan RespublikasınınDövlət Himninin sözlərini Əhməd Cavad yazmışdır. Himnin sözlərinin ilkin variantı 1919-cu ildə AzərbaycanXalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə getmişdir. Himnə musiqinidahi bəstəkarımız Üzeyir Hacıbəyov 1919-cu ildə yazmışdır. Bu marş 1989-cu ildə bəstəkar Aydın Əzimovtərəfindən bərpa edildi.Azərbaycan Respublikasının Ali Soveti həmin marşı öz iclasında geniş müzakirə etdi və qəbul etdiyi“Azərbaycan Respubliknsının Dövlət Himni haqqında” 27.05.1992-ci il tarixli Azərbaycan RespublikasınınQanunu ilə təsdiq etdi.Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları 2 mart 1993-cü il tarixli AzərbaycanRespublikasının Dövlət Himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan RespublikasınınQanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə tənzimlənir.Adıçəkilən Konstitusiya Qanunları və Əsasnamə ilə Azərbaycan Respublıkasının Dövlət Himni Azərbaycandövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onunhər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur.M. Mərdanov və Ə. Quliyev düzgün olaraq dövlət himninin ideya-məzmun baxımından azərbaycançılıqideologiyasını əks etdirdiyini xüsusi qeyd edirlər. Azərbaycan Respublikasının Dövlət Himni istər ideyaməzmun,istərsə də, musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olanazərbaycançılığı, Vətənçiliyi, Vətən sevgisini və vətənpərərlik hisslərini dövlət müstəqilliyini, gənclərdəVətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir. “Azərbaycan marşlarınınmelodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından coşqun və mübariz ruhludur. Yuxarıdadeyildiyi kimi, bu marşda - dövlət himnimizdə də əsərin şeiriyyəti musiqi əzminə tabe edildiyindən, onunmusiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi çağlayır. Onun əzəməti, coşqunluğu, mübariz ruhuda məhz musiqi ilə qəlblərə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, doğmaAzərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi yolunda mübarizəyə səsləyir. Milli himnimiz səslənəndə insandamilli ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və qürur hissi coşub-daşır...”. Heydər Əliyev dövlət himnimizinməziyyətlərindən danışarkən, onun azərbaycançılığın rəmzi olmasını xüsusi diqqətə çatdırırdı: “Mən bu günbildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkünəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadəetdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.171

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!