13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────dilimizə diqqət və qayğı daha da artmışdır. çağdaş dövrümüzdə dil siyasəti ölkə Prezidenti İlham Əliyevcənabları tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.Qəzetin şöbə müdiri dəyirmi masa iştirakçılarına "Azərbaycan mətbuatında, eləcə də, danışıq dilindəmövcud olan halların aradan qaldırılmasında hansı addımlar atılmalıdır" sualı ilə müraciət etdi:SERİALLAR AZƏRBAYCAN DİLİNDƏ OLMALIDIRHəsən Balıyev:- Bizim millətin özünəməxsus xüsusiyyətləri var. Məsələn, biz öz qonaqpərvərliyimizlə seçilirik. Bunagörə də, Azərbaycandakı telekanallar geniş bir şəkildə Türk dilini təbliğ etməyə başlayıb. Belə bir xüsusiyyət -qeyri dilə sonsuz məhəbbət, isti münasibət heç bir yerdə yoxdur. Bu millətimizin həm mənfi, həm də müsbətxüsusiyyətidir. Ona görə də, ermənilər də daxil olmaqla bütün millətlər bizdən istifadə edirlər. Şəhərdə gəzibreklamlara baxarkən, onların ingiliscə variantının olduğunu görürük. Biz başqasını yamsılamağı xoşlayırıq.Azərbaycan dilində reklamların şəhərimizdə yer almasına nail olmalıyıq. Bizim dil dövlət dilidir.Türk seriallarına gəlincə isə, mən belə düşünürəm ki, onlar Azərbaycan dilində olmalıdır ki, bizimmillətimiz başqa millətlər arasında əriyib getməsin. Türk milləti, əlbəttə, bizim qardaşımızdır. Ammaunutmamalıyıq ki, dilimiz Azərbaycan dilidir. Türk millətinin türk dili var, Azərbaycan millətinin dəAzərbaycan dili var. Onları qarışdırmaq lazım deyil. Təkcə türk dili deyil, onun ideologiyasını da yamsılayırıqki, bu da çox mənfi cəhətləri ilə səciyyələnir.Rüfət Rüstəmov:- Azərbaycanın müstəqilliyini qorumaq şərtilə türk dünyası ilə biz əlaqələrimizi inkişaf etdirməliyik.Hazırda İran istehsalı olan filmlər nümayiş olunur. Mən istərdim ki, həmin filmlər də tərcümə olunsun. Əslində,kanallar türk filmini, türk verilişini yeri gəldikcə verməlidir. Amma bu qədər kütləvi şəkildə nümayişə lüzumbelə yoxdur.ŞİFAHİ VƏ YAZILI DİL ÜSLUBUNDA KİFAYƏT QƏDƏR ÇATIŞMAZLIQLAR VARSevinc Məmmədova:- Mən Dilçilik İnstitutunda kütləvi informasiya vasitələrində dilin nə dərəcədə düzgün işlədilməsibarədə araşdırmalar aparan bir mütəxəssisəm. Mütəmadi olaraq telekanallarda verilən verilişlərdə səhvləriaxtarmaq üzrə ixtisaslaşmışam. Dəyirmi masada elə mövzu bu məsələ ilə bağlı olduğundan, apardığımaraşdırmaları nəzərə çatdırmağa çalışıram. Şifahi və yazılı dil üslubunda kifayət qədər çatışmazlıqlar var.Məsələn, ən çox səhvləri ANS kanalında özünü büruzə verir. "Space" kanalının daha çox radio verilişlərindəbelə səhvlər olur və Xəzər televiziyasının titrlərində də Azərbaycan dilinin qrammatikasına riayət olunmur.Məsələn, ANS kanalında hava haqqında proqnozlar verərkən aparıcı tez-tez hidrometeorologiya sözünü səhvişlədir. Buna heç bir redaktor müdaxilə etmir. Hətta öz iradımızı da bildirsək nəticəsi olmur. Eləcə də, OrxanFikrətoğlunun müəllifi olduğu "Zorxana" verilişində də dərk edilməsi müşkül olan və qrammatik cəhətdəndüzgün olmayan cümlələr işlədilər. Bundan əlavə "Azadlıq" qəzetində türk dilindən gələn cümlələrdən istifadəolunur. Məsələn, "Bakının küçələrində mitinq keçirildi" əvəzinə "Bakının küçələrində mitinq yapıldı" ifadəsiniişlətmək dilimizə hörmətsizlik əlamətidir. Və yaxud "Onlar Bakıda sıcaq qarşılandı".Biz bilirik ki, qloballaşma ilə əlaqədar Avropa dillərinə bir sıra sözlər bizim dilə keçmişdir. Onlarınbəziləri anlaşır, bəziləri isə anlaşa bilmir. Başa düşülməyən sözlərin yanında mənasını yazmaq daha düzgünolardı. Məsələn, təhsillə bağlı kurrikulum sözü son vaxtlar daha çox işlənilir. Amma əksəriyyət bunun mənasınıbilmir. Ümumiyyətlə, mən sizə minnətdaram ki, belə bir mövzu ətrafında dəyirmi masa təşkil etmisiniz və mənidə iştirakçı olaraq dəvət etmisiniz.ULU ÖNDƏR HEYDƏR ƏLİYEV DİL MƏSƏLƏSİNƏ ÇOX BÖYÜK HƏSSASLIQ VƏTƏLƏBKARLIQLA YANAŞIBRüfət Rüstəmov:- Mən Sevinc xanımın fikir və araşdırmalarına münasibətimi bildirmək istərdim. Sözün həm lüğəvi,həm də konseptual mənası var. Bunları ayırd etmək, fərqləndirmək lazımdır. Sözlərin mətni situasiyada müxtəlifmənaları verə bilər. Məsələn, müasir türk ədəbi dilində açıq sözü iki mənada işlədilir. Onun bir mənası açıq-433

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!