13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bu bayraqdan ötrü ölümə gedənlərimiz olacaqdı, onun rənglərinə şəhidlərimizin müqəddəs qanıqarışacaqdı!Azərbaycan uğrunda şəhidlik şərbətini içib məzara bu bayrağın qucağında gömülmək ən böyük arzuyaçevriləcəkdi!Həm də yüzlərin, minlərin arzusuna...1992-ci ildə italiyalı fotomüxbir Enriko Sarzininin Dağlıq Qarabağ döyüşləri zamanı çəkdiyi bir şəkil"Oqonyok" jurnalında işıq üzü görüb dünyanı heyrətə gətirmişdi.O şəkil indi də internet portallarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün dövr edir, bu gününgəncliyinə vətən, bayraq sevgisinin nə demək olduğunu göstərir.Enriko Sarzininin öz fotoobyektivi ilə zamandan tutub saxladığı cəmi bircə saniyə əsrlərə də, nəsillərədə dərs keçir. Şəkildəki idman geyimli, sünbül kimi sarışın, ipək saçları alnına dağılmış Azərbaycan gəncidir,adı Natiq Qasımov, yaşı cəmi 21...5 gün mühasirədə, ermənilərlə təkbətək döyüşüb, çoxlu sayda düşmən məhv edib, təkbaşına elə birşücaət göstərib ki, hətta ermənilər qarşılarında bir yox, 30-a qədər Azərbaycan igidinin olduğunu zənn ediblər.Fotoşəkildə bu qəhrəmanlığın son anlarıdır, əli avtomatlı iki erməni saqqallısı artıq gülləsi tükənmişNatiqi əsir aparır. Natiqsə bir anlıq italiyalı fotomüxbirin ona tuşladığı fotokameranın obyektivinə baxır, 5günlük təkbaşına çarpışmadan, ac- susuzluqdan, yorğunluqdan solğun çöhrəsində əks olunmuş əzab-əziyyətlərino üzündən tarixin gözünə məğrurca bir sakitliklə, mətanətlə gülümsünür.Doğma vətəninə, xalqına bu son baxışının ardınca başlanan itkinlik taleyində onu görmək istəyən hərkəsin bu qəhrəman Azərbaycan oğlunu qəlblərə asılmış son fotosunda tapacağına əminmiş kimi...O, iki silahlı düşmənin əhatəsində addımlasa da, əlində bərk-bərk tutduğu üç rəngli Azərbaycanbayrağını buraxmır!..Bu müqəddəs əmanəti sonsuzluğa qədər daşımaq əzmində olan Azərbaycan gəncliyinin simvolu kimidünəndən bu günə, bu gündən gələcəyə doğru irəliləyir!..Baxdıqca düşünürəm, dünyada ilk bayrağın qaldırıldığı anları, Adəm övladını belə bir yeniliyə sövqetmiş zərurəti xəyalımda şəkilləndirmək istəyirəm. Görəsən insan dünyanın ilk bayrağını harada yaratdı, necəyaratdı?! Necə oldu ki, insan özünü başqalarından əlvan bir parça ilə fərqləndirdi?! Onun altında döyüşdü, onunyüksəlişi ilə öyündü?!Hazırlanması adi geyimlərin, toxuculuq məmulatlarının istehsalından zərrəcə fərqlənməyən, üzərindəkirənglər dünyadakı yeddi rəngin müxtəlif çalarından ibarət olan bir parça qumaşı, insan necə oldu özünün qeyrətqalasına çevirdi, uğrunda qan tökdü, uğrunda ölümə getdi?!Etiraf edim ki, bu suallara tam cavab vermək insan xarakterinin sirlərini açmaq qədər müşküldür.Amma xəyallarımı məşğul edən bu suallar cavabsız da deyil.Dünyada bir insan digərinin təkrarı olmadığı kimi, xalqlar da konkret məkan daxilində onları başqatoplumlardan fərqləndirən milli xüsusiyyətləri, dili, dini mənəvi-əxlaqi keyfiyyətləri ilə özünü tanıyır,fərqləndirir.Bayraq, insanların konkret sərhədlər çevrəsində qurduqları milli dövlət qədər, bu dövlətdə yaşayanvətəndaşların yer üzündəki saysız-hesabsız insan qrupları arasındakı özünüifadəsinin, fərqləndiricixüsusiyyətlərinin ortaq rəmzidir.Bayraq vətən düşüncəsini maddiləşdirən, qaraca torpağı coğrafi, geoloji mənziləsinədən çıxarıb,vətənləşdirib ruh faktına çevirən mənəvi dəyərdir, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu şahmisralarından üstümüzə düşən kölgədir, işıqdır:Üçrəngli bayrağın kölgəsində mənQaraca torpağı vətən görmüşəm.Zəfər güllərini dövri-qədimdənBayraq işığında bitən görmüşəm.Bayraq mənliyimdir, bayraq kimliyim,Bayraq - öz yurduma öz hakimliyim...***122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!