13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyəorqanları yaradılıb və fəaliyyətə başlayıb.Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən birixüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlarolmuşdur. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin<strong>dair</strong>əsini xeyli genişləndirmiş, mülki dövriyyəni zənginləşdirmiş, əhalinin xüsusi mülkiyyətinin həcminiəhəmiyyətli dərəcədə artırmışdır.Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biriisə yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Göstərilənistiqamətdə həyata keçirilmiş ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəməsistemi və yeni hakim korpusu formalaşdırılmışdır.Bu gün hakimlərin və ümumiyyətlə, məhkəmə sistemində çalışan dövlət qulluqçularının ən ümdəvəzifələrindən biri vətəndaşlarda ədalət mühakiməsinə olan etimadın yüksəldilməsidir. Çünki sovetlər rejimininmövcud olduğu dövrdə məhkəmə hakimiyyətinin müstəqilliyinin formal xarakter daşıması və hakimlərin bir çoxhallarda sifarişli fəaliyyət göstərməsi əhalinin məhkəmələrə olan inamını xeyli azaltmışdı. İnkişaf etmişdövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətdə demokratiyanın inkişaf səviyyəsi ədalət mühakiməsinə olan inama,hakimlərin müstəqillik səviyyəsinə və sərbəst qərar qəbul edə bilmək imkanlarına əsasən müəyyən edilir. Bugün insanlarda məhkəməyə hörmət, sözün yaxşı mənasında, məhkəmənin nüfuzundan çəkinmək hissiformalaşdırılmalıdır. Hər kəs başa düşməlidir ki, son anda müstəqil məhkəməyə müraciət etməklə özhüquqlarının müdafiəsinə, ədalətin təntənəsinə nail olacaqdır. Məhkəmələrin maddi təminatının zəruriliyi iləyanaşı, hakimlərin, hətta məhkəmə aparatında işləyən işçilərin də insani keyfiyyətlərinin səviyyəsi mühümamillərdəndir. Əgər öz hüquqlarının müdafiəsi üçün ədalət mühakiməsinə üz tutan vətəndaş bu orqanınkandarında lazımi insani münasibəti görmürsə, bu, artıq onun məhkəməyə inamını, probleminin burada həllediləcəyinə əminliyini şübhə altına alır.Bu gün ölkəmizdə hüquqi dövlətin vacib atributu olan müstəqil məhkəmə hakimiyyətinin tam bərqəraredilməsinə yönəlmiş köklü islahatlar aparılır. Ölkədə hakimlərin nisbətən yüksək əməkhaqqı almaları, peşəfəaliyyəti ilə əlaqədar zəruri vasitələrlə təchizatı, onların sosial təminatının gücləndirilməsi ilə bağlı normativbazanın yaradılması belə mühüm elementlərdəndir.Onu da əminliklə qeyd etmək olar ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və ədalətmühakiməsinin lazımi qaydada həyata keçirilməsi prosesində cəmiyyətin bütün təbəqələri iştirak etməlidir,çünki məhz cəmiyyətin özü məhkəmənin qərəzsizliyində maraqlı olmalıdır. Vətəndaşların hüquq düşüncəsininvə hüquq mədəniyyətinin inkişaf səviyyəsi də hakimlərin müstəqilliklərinin təmin edilməsi və məhkəməyəetimadın formalaşması işində mühüm rola malikdir.Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının beynəlxalq birliyə inteqrasiyasının gücləndiyi vəhüququn müasir inkişafı şəraitində konstitusiya islahatlarının aparılması, Konstitusiyanın özünün dətəkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi zərurəti ortaya çıxdı. Bu tədbirlər, ilk növbədə,Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın reallaşdırılması, Azərbaycan hüquq sisteminin inkişafetmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədlərinə xidmətetmişdir. Sözsüz ki, əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressivnəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas gətirərək konstitusiya islahatlarındanimtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz.Bu mənada 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində Azərbaycan RespublikasınınKonstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktlarına uyğun olaraq Konstitusiyaya bir sıraəlavə və dəyişikliklər edilməsi ciddi əhəmiyyətə malikdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə,cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi,demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsizərurətindən irəli gəlmişdir. Bütövlükdə isə dəyişikliklər ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqlarınınmüdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyatakeçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminintəkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqanlarıarasında fəaliyyətin və qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədinə xidmət etmişdir.262

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!