13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Flora XƏLİLZADƏDilə münasibət Vətən sevgisidirYUNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında qərar 1999-cuildə verilib. Dünyanın ana dili uğrunda mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir dahatəsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilimizin tələblərinə tabe olmaq, onun qaydaqanunlarınaəməl etmək hər birimizin vətəndaşlıq borcudur. Bu faktdır ki, Azərbaycan dili öz şirinliyini ilknövbədə anamızın laylalarından alıb. Hələ körpəlikdən sözün nə olduğunu bilmədiyimiz çağlarda qulağımızıoxşayan səsin ahəngindəki qeyri-adi şirinlik ruhumuza axaraq bütün varlığımıza hopur. Bəlkə də buna görədirki, insanlar arasında ünsiyyət yaradan bu vasitəyə Ana dili deyirik. Elə qucağında böyüdüyümüz, boya-başaçatdığımız, daşına, torpağına vurğun kəsildiyimiz, yolunda hər cür fədakarlığa hazır olduğumuz məmləkətimizədə Ana Vətən deyirik. Anaya məhəbbət dilə münasibəti formalaşdırır, dilə məhəbbət isə Vətən sevgisideməkdir. Gərəkdir ki, hər kəs öz doğma dilində mükəmməl və səlis danışmağı bacarsın. Bu, tamam ayrıməsələdir ki, insan nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır.Hələ sovet dönəmində ziyalılarımız, xüsusilə də şair və yazıçılar Azərbaycan dilinin saflığı uğrundaqətiyyətlə mübarizə aparırdılar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədənixalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələniəsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk,Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədədövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, ammaəqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovetdövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinəçevrilməsində böyük rol oynamışdır. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman vəsərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddiproblemlərin həlli vacib sayılırdı. Sovet dövründə qəbul edilmiş Konstitusiyada dilimizlə bağlı ayrıca bir maddədə var idi.Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaşolaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtiləəcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı belə, özlərinə ar bilirdilər. Hətta elə bir məqamyaranmışdı ki, Azərbaycanın rəsmi <strong>dair</strong>ələrində, iş yerlərində özgə dildə danışmağa üstünlük verilirdi.Quruluşun sərt rejimi bir sıra məmurlar arasında ögey münasibət yaratmışdı. O ziddiyyətli dövrdə yenə dəAzərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar anadilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni dəmillətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider HeydərƏliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq vəçıxışlarında çatmaq istədikləri arzularını yenə də ulu öndər reallaşdırdı.Sovet dövründə Şüvəlanda yaradıcılıq evində yazıçılarla olan görüşündə Heydər Əliyev belə bir cümləişlətmişdir: "Sizə nə olub? Niyə doğma dilinizdə danışmırsınız?" Əlbəttə, cəmiyyətə ünvanlanan bu mesajınməna çaları çoxdur. Heydər Əliyevin Azərbaycan yazıçılarını, yaradıcılarını ana dili uğrunda mübarizəyəsəsləməsi bütün vətəndaşların diqqətini bu yönə çəkmək idi.Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan dilinin tədqiqi və işlədilməsi ilə bağlı müxtəliftədbirlər görüldü. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun respublikamızda tətbiq edilməsibarədə 2003-cü il tarixdə fərman imzalandı. Konstitusiyamıza uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimihüquqi statusu nizamlandı. Bir daha həm öz vətəndaşlarımıza, həm də respublikamızda müəyyən işlər görənxarici iş adamlarına bəlli oldu ki, Azərbaycan dili ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatınınbütün sahələrində işlədilməlidir. Bununla bərabər onun qorunması və inkişafı da əsas məsələlərdən biridir.Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında (2001-ci il) dəyərli nitq söyləyən ümummillilider Heydər Əliyev planetin müxtəlif guşələrindən paytaxtımıza toplaşmış soydaşlarımıza üz tutaraq birməsələni dəfələrlə vurğulayırdı ki, hər bir azərbaycanlı öz ana dilində təmiz danışmağa, həm də onu qorumağaborcludur. Unudulmaz Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini- Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir".415

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!