13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────1937-ci il Azərbaycan SSR Konstitusiyasında vətəndaşların vicdan azadlığı, söz, mətbuat, yığıncaqlar vəmitinqlər keçirmək hüquqları təsbit edilirdi (mad. 131-132). 133-cü maddəyə görə, əməkçilərin mənafelərinəmüvafiq olaraq və xalq kütlələrinin təşkilatca öz fəaliyyətini və siyasi aktivliyini inkişaf etdirmək məqsədiləAzərbaycan SSR vətəndaşlarının ictimai təşkilatlarda: həmkarlar ittifaqlarında, kooperativ birləşmələrində,gənclər təşkilatlarında, idman və müdafiə təşkilatlarında, mədəni, texniki və elmi cəmiyyətlərdə birləşməkhüququ təmin edilir; işçi sinfinin və əməkçilərin başqa təbəqələri sıralarından olan ən aktiv və şüurluvətəndaşlar isə əməkçilərin sosialist quruluşunu möhkəmlətmək və inkişaf etdirmək uğurundakımübarizələrində onların qabaqcıl dəstəsi və əməkçilərin bütün istər ictimai, istərsə də dövlət təşkilatlarınınrəhbər əsası olan Ümumittifaq Kommunist Partiyasında birləşirlər.Konstitusiyanın 134, 135-ci maddələrində vətəndaşların şəxsiyyət toxunulmazlığı, mənzil toxunulmazlığıgöstərilirdi.Lakin bu Konstitusiyada əks olunmuş hüquq və azadlıqlar formal xarakter daşıyırdı. Belə ki, liberalhüquqlar inkar edilirdi, bəzi hüquq və azadlıqların həyata keçirilməsi mexanizmi yox idi, digər qrup hüquq vəazadlıqların hətta həyata keçirilməsi mexanizmi mövcud olduğu halda belə, onların realizə olunması siyasihakimiyyət tərəfindən kəskin şəkildə məhdudlaşdırırdı.1977-ci ilin oktyabr ayında SSRİ Ali Soveti növbədənkənar IX sessiyasında yeni Konstitusiya qəbul etdi.SSRİ-nin sonuncu Konstitusiyası qəbul edildikdən sonra, 1978-ci il aprel ayının 21-də Azərbaycan SSR AliSoveti də yeni konstitusiya qəbul etdi.SSRİ Konstitusiyasında olduğu kimi Azərbaycan SSR Konstitusiyasında da hüquq və azadlıqlara <strong>dair</strong>normalar "Dövlət və şəxsiyyət" adlı ikinci bölmədə öz əksini tapır. Bu bölmədə şəxsiyyətin hüquqi vəziyyətinitənzimləyən əsas normalar əks olunmuşdur. 1978-ci il Konstitusiyasının ikinci bölməsi vətəndaşların hüquq vəazadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi. hüquqi və siyasi təminatlarlazənginləşdirilməsi ilə səciyyələnir. Bu bölmə iki fəsildən ibarətdir: V fəsil - Azərbaycan SSR vətəndaşlığı,vətəndaşların hüquq bərabərliyi (mad. 31-36) və VI fəsil - Azərbaycan SSR vətəndaşlarının əsas hüquqları,azadlıqları və vəzifələri (mad. 37-67). Əvvəlki qanunlara nisbətən 1978-ci il Konstitusiyasının V fəslindədiqqəti belə bir cəhət cəlb edir, burada SSRİ vətəndaşları ilə yanaşı əcnəbi vətəndaşların və vətəndaşlığıolmayan şəxslərin də hüquqi vəziyyəti ümumi şəkildə müəyyən edilmişdir.1978-ci il Konstitusiyasına Sovet Azərbaycanında əvvəllər qüvvədə olmuş konstitusiyalarda nəzərdətutulmamış yeni hüquqlar, azadlıqlar və vəzifələr daxil edilmişdir. Məsələn, Azərbaycan SSR vətəndaşlarıdövlət işlərinin və ictimai işlərin idarə olunmasında ümum-dövlət və yerli əhəmiyyətli qanun və qərarlarınmüzakirə və qəbul olunmasında iştirak etmək hüququna (mad. 46), tənqid etmək hüququna (mad. 47)malikdirlər. Burada vətəndaşların əmək, istirahət, sağlamlığın mühafizəsi, mənzil, təhsil, mədəniyyətnailiyyətlərindən istifadə etmək, söz, mətbuat, vicdan azadlığı və s. hüquqları təsbit edilirdi.Bununla belə, şəxsiyyətin hüquqi statusu baxımından Azərbaycanın 1978-ci il KonstitusiyasıAzərbaycanın əvvəllər mövcud olmuş konstitusiyalarından nə qədər təkmil olsa da, liberal hüquqları inkaredirdi.Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə milli konstitusiyaquruculuğuna başlanıldı və 1995-ci il noyabrın 12-də xalqımızın həyatında əlamətdar hadisəyə çevrilən ilk millikonstitusiyamız referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasıvə qəbul edilməsinin zəruriliyini Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra yaranmış daxili siyasivəziyyətlə əlaqələndirmək lazımdır. Azərbaycan Respublikasının Konstitusiyası özündən əvvəlki Azərbaycankonstitusiyalarının ideya və prinsiplərinin varisi deyil, o, Azərbaycanın yeni sosial-iqtisadi və dövlətquruculuğunun əsas bünövrəsini qoymuşdur.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqları sahəsindəbeynəlxalq-hüquqi aktların və beynəlxalq standartların təsiri altında formalaşmış insan hüquq və azadlıqlarınıngeniş siyahısını özündə əks etdirən hüquqi sənəddir. O, BMT Nizamnaməsi, İnsan Hüquqlarının ÜmumiBəyannaməsi, "İqtisadi, sosial və mədəni hüquqlar barədə" beynəlxalq pakt, "Vətəndaş və siyasi hüquqlarbarədə" beynəlxalq pakt və s. kimi ümumi qəbul olunmuş beynəlxalq-hüquqi aktların əsas müddəalarmı özündəəks etdirir.Yeni Konstitusiya Azərbaycan xalqının inkişafının müasir mərhələsinin şərtləri və tələbləri baxımındancəmiyyətimizin sivilizasiyalı yollarla inkişaf etməsini stimullaşdırır. Bu Konstitusiyada hər bir şəxsin vəvətəndaşın hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan olunmuşdur (AzərbaycanRespublikasının Konstitusiyası, 12-ci maddə).178

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!