13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────göstərir. Dövlət rəmzlərinin mahiyyəti və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslinAzərbaycanın gerbinə hörmət və ehtiram ruhunda tərbiyə edilməsi ümdə vəzifələrdən biri olmalıdır. Ümumənhər bir Azərbaycan vətəndaşına dövlət rəmzlərinə - bayrağa, gerbə və himnə hörmət etməyi təlqin etməklazımdır. Çünki hazırda bütün dünya azərbaycanlılarının vahid vətəni Azərbaycan sayılır. Ona görə ki, bu adıdaşıyan bir dövlət var. Dünya azərbaycanlılarını öz ətrafında birləşdirən dəyər isə azərbaycançılıqdır. Dövlətinali atributlarından biri də Azərbaycan gerbidir ki, bu da ölkə vətəndaşları ilə yanaşı, dünyadakı bütünsoydaşlarımızın qürur simvoludur. Bütün bu deyilənlərin fonunda azərbaycançılıq dövlətin kökündə dayananəsas ideyalardan biridir. Yaxşı olardı ki, sözügedən məfhum daim milli ideologiyanın kökündə dayansın və hərzaman cəmiyyətə öz töhfəsini versin. Ümumilikdə, Azərbaycanın Dövlət Gerbi azərbaycançılığın təbliğində nəkimi rol oynayır? Bu ideologiyanın timsalında özünü necə ehtiva edir?İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, hər bir dövlətinmilli ideologiyasının təbliğində dövlət rəmzləri mühüm rol oynayır: "Birinci növbədə dövlətin bayrağı və gerbibu işdə başlıca missiyaya sahibdir. Ona görə də adıçəkilən atributların birinci öz vətəndaşlarımız arasında, dahasonra beynəlxalq aləmdə təbliğini təşkil etmək lazımdır. Yəni hər bir millətin nümayəndəsi, dövlətin vətəndaşıöz bayrağı və gerbi ilə fəxr etməlidir. Eyni zamanda, bununla qürur duymalıdır. Yəni başlıca olaraq sözügedənatributlardakı rənglərin mənası, gerbdə olan səkkizguşəli ulduzun mahiyyəti barədə insanlara məlumat verməklazımdır. Bununla bağlı bağçada, məktəbdə uşaqlar arasında təbliğat işi aparılmalıdır. Hətta atributlarınmahiyyətini bilməyən yaşlı nəslin nümayəndələri varsa, onlar arasında da təbliğat işi aparılmalıdır. Bu ona görəvacib məsələdir ki, həmin insanlara da milli iftixar hissini aşılamaq mümkün olsun. Onlar bu iftixar hissindənbəhrələnə bilsin. Başqa bir tərəfdən, bütün bu sadalananların təbliğində başlıca olaraq jurnalistlərin üzərinəböyük iş düşür. Daha sonra bağça müəllimlərinin, orta və ali məktəb müəllimlərinin üzərinə iş düşür. Bununlayanaşı, rəmzlərin mahiyyətinin təbliğində mədəniyyət işçilərinin də üzərinə iş düşür. Bu sırada muzeylər, turizmşirkətləri, ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyi strukturunda olan bütün qurumlar fəal iştirak etməli vəkömək göstərməlidir. Həmçinin, reklam agentlikləri də buna qoşulmalıdır ki, arzuolunan nəticəni əldə etməkmümkün olsun. Çünki sözügedən işlərin düzgün təşkil olunması və onun əsasında təbliğatın aparılmasıazərbaycançılığın inkişafına xidmət edir. Bu sahədə ortaya çıxan çətinliklərin aradan qaldırılmasına yardımedir"."Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycanın istərgerbi, istərsə də bayrağı milli ideologiyanın elementlərini özündə təcəssüm etdirir: "İstər Dövlət Gerbimizdəkialovun özü, istərsə də digər atributlardaki elementlər bizim həm milli-mənəvi dəyərlərimizi, həm də millikimliyimizdən doğan müəyyən elementləri özündə tam şəkildə təcəssüm etdirir. Bunu tam məsuliyyətlə deyəbilərik və burda heç bir problem görmürəm. Aydın məsələdir ki, hər bir dövlətin özünün milli ideologiyası olur.Təbii ki, bizim də belə bir milli ideologiyamız var və onun adı azərbaycançılıqdır. Simvollar da həmin bu milliideologiyanı bir növ nümayiş etdirən elementlərdir. Məsələn, qədim zamanlarda geraldika elmi olub. Adıçəkilənelm də simvolların dili, müəyyən ideoloji baxışların, istiqamətlərin rəmzlərdə inikası timsalında özünü göstərib.Necə deyərlər, işarələrin simvollarda təcəssüm etməsi elmi kimi xarakterizə olunub və uzun əsrlər boyu inkişafedib. Müxtəlif dövlətlərin gerblərinə, digər rəmzlərinə baxanda görürük ki, həmin simvollar millətinformalaşmasından tutmuş, keçmiş olduğu müəyyən tarixi mərhələləri, epoxaları özündə təcəssüm etdirir.Bununla bağlı müəyyən paralellər də aparmaq olar. Eyni zamanda, sözügedən simvolların timsalında yaxınvə uzağı göstərən hədəflər də öz əksini tapıb. Məsələn, XX əsrin əvvəllərində Azərbaycanın gələcəyi ilə bağlıdüşünən ziyalılarımızın konkret hədəfləri olub, türkləşmək, müasirləşmək və islamlaşmaq. Bu hədəflərigöstərən elementlər də bayrağımızda öz əksini tapıb. Bu da bizim millətə məxsus olan müəyyən mifolojitəsəvvürləri, qaynaqları özündə təcəssüm etdirən işarədir.Bütün bunlardan çıxış edərək, dövlət rəmzlərimizin mahiyyətini gənclərə aşılamalıyıq. Bunu nə qədərdoğru-düzgün aşılaya bilsək, bir o qədər azərbaycançılığın təbliği istiqamətində ciddi uğurlar əldə edəcəyik. Buhəm də öz milli ideologiyamıza sahib çıxmağımız, onu qorumağımız deməkdir. Ona görə də hər zamançalışmalıyıq ki, kimliyindən asılı olmayaraq, bütün ölkə vətəndaşları dövlət rəmzlərinin mənasını bilsin vərəmzlərə hörmət etsin. Bu istiqamətdə müəyyən işlərin görülməsinə ehtiyac var".Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiyaVasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıbVidadi ORDAHALLI“Bakı Xəbər”.-2012.-3-5 avqust.-N 135.-S.15.163

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!