13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bizim bayrağımız qürur mənbəyimizdir.Dünyanın ən uca dövlət bayrağıİlham ƏLİYEVAzərbaycan Respublikasının PrezidentiHər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyinin real mahiyyəti vəməzmunu onun dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağabaşlayan ilk şəhər-dövlətlər xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağaçalışmışlar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mübadilələrdən sonra ucaltdığı bayrağa həm dəqalibiyyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur.Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünüqabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli eksponatlarısırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərintarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik,milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimimövcudluğunu dövlətçilik rəmzlərindən olan Dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdənyaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milliideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.Xatırlatmaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması,müqəddəs tutulması hələ 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüfedir. Məhz bu tarixdə Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyayabəyan etmişdir. Həmin dövrdə Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan ibarət Bakı Xalq KomissarlarıSovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti vəMilli Şurası Gəncədə yerləşdirilmişdir. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də AzərbaycanMilli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin AzərbaycanınMüvəqqəti Hökumətinə verilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhz Fətəli Xan Xoyskinin rəhbərliketdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara vəsəkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimiqəbul edilir. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetininiclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra "yaşıl,qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq" Dövlət bayrağı kimi qəbuledilmişdir.Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərindəmilli yaşam fəlsəfəsi kimi irəli sürdüyü "Türkləşmək, müasirləşmək, islamlaşmaq" devizinə əsaslanmışdır.Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi;islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq isə -Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrinin milli elm və mədəniyyətin inkişafınaistiqamətləndirmək, qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.Əfsuslar olsun ki, 1920-ci ilin 28 aprelində respublikanın bolşevik Rusiyası tərəfindən işğalından dərhalsonra - mayın 3-də üçrəngli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Əvəzindəbolşevik ideologiyasının məhsulu kimi, əsas hissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraqvə çəkic şəkli olan qondarma bayraq 70 il dövlət atributu kimi cəmiyyətə sırınmışdır.Yalnız ötən əsrin sonlarına doğru Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması, imperiyanınsüquta uğraması zəminində üçrəngli bayrağımız qeyri-rəsmi şəkildə mitinqlərdə dalğalanmağa başlamış, xalqınistiqlala qovuşmaq niyyətinin ali təzahürünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, üçrəngli bayrağımızındövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər HeydərƏliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəcərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider HeydərƏliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlətmüstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir.Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!