13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ana dilimiz müqəddəsdirİlham ABBASOV,Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru,Baş ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisi.“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar2013-cü il tarixli Sərəncamında deyilir: “Anadilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyüksərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin vəzəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir”.Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişafetdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraqhamının və hər kəsin vətəndaşlıq borcudur. Xalqın mədəniyyəti və dili də məhz bu qəbildən olan millisərvətlərimizdəndir.Vaxtilə Azərbaycan xalqının başına gətirilən növbəti tarixi ədalətsizlik Azərbaycan əlifbasının latından kiriləlifbasına keçirilməsi kimi ədalətsizlik Azərbaycan Respublikası öz tarixi müstəqilliyini bərpa etdikdən sonraaradan qaldırılmış, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli qərarı ilədilimizə və mədəniyyətimizin inkişafına köklü zərbə vurmuş “Azərbaycan əlifbasının latından rus əlifbasınakeçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Qanunu qüvvədən salınmış, latın qrafikalı Azərbaycanəlifbasının bərpa edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.Təəssüflər olsun ki, latın qrafikasının bərpa olunması barədə qeyd edilən Qanunun icra mexanizmi müəyyənedilmədiyindən bu Qanunun icrası tam təmin edilməmiş, qanun əslində uzun müddət icrasız qalmışdır.Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövr-1969-1982-ci illər ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən sənayedə, kəndtəsərrüfatında, mədəniyyətimizdə, təhsilimizdə, incəsənətimizdə yüksəliş illəri olmuşdur. Ulu öndərHeydər Əliyev, Sovet rejiminin qadağalarına baxmayaraq ana dilinin qorunması və onun tətbiqi yolundaöz prinsipial mövqeyinə həmişə sadiq olmuşdur.O dövrdə, bütün rəsmi tədbirlər, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da yalnızrus dilində aparılırdı. Lakin ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə respublika partiyatəşkilatının rəhbəri seçildikdən sonra o, bu sahədə də öz müstəqil, prinsipial mövqeyini nümayiş etdirdi.Respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969-cu il tarixdə Azərbaycan DövlətUniversitetinin (hazırkı BDU-nun-İ.A.) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən HeydərƏliyev o dövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejimininməhdudiyyətlərini pozaraq Azərbaycan dilində çıxış etdi və bu çıxış universitet ziyalılarının uzun illərdənbəri gözlədiyi milli oyanış istiqamətində həlledici addım oldu. Bu gün böyük qürur hissi keçirirəm ki,həmin yığıncaqda iştirak edərək bir qrup dərs əlaçısı və ictimaiyyətçi tələbə ilə birlikdə yığıncağın rəyasətheyətində qoyulmuş universitet bayrağının fəxri qaravulunda dayanmışdım, o bayrağın ki, ulu öndərhəmin yığıncaqda ona “Qırmızı Əmək Bayrağı” ordenini sancdı. Yığıncağın sonunda respublika rəhbərisəhnədən düşərkən fəxri qaravulda dayanmış tələbələrlə də səmimi görüşdü.Azərbaycan Respublikasının 21 aprel 1978-ci il tarixli Konstitusiyası layihəsini hazırlayan komissiyanınsədri olmuş Heydər Əliyevin ana dilinə olan sonsuz məhəbbəti və prinsipiallığı nəticəsində Konstitusiyanın 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə müddəa daxil edilmişdi. Nəzərə almaq lazımdır ki,həmin dövrdə milli dilin yalnız üç müttəfiq respublikada dövlət dili olması nəzərdə tutulmuşdu.Müstəqil dövlətimizin ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalq səsverməsi)yolu ilə qəbul edilərkən, məhz ümummilli lider Heydər Əliyevin ana dilinə olan dəyişməz mövqeyi vəprinsipiallığı nəticəsində Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili olmasıbarədə müddəa qanunvericilik qaydasında bir daha öz əksini tapdı.Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilir: “AzərbaycanRespublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təminedir”. Həmin maddənin II hissəsində isə göstərilir: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərinsərbəst işlədilməsini və inkişafını təmin edir”.457

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!