13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────tərtib edilmiş butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir. Bayrağın açıq qəhvəyi rəngli saya parçadan olanastar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla yanaşı, sonradan ərəb və fars dillərində əlavələredilmiş, Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin ayələrin başlanğıcında mənası, məqsədi vəmahiyyəti bu gün də alimlər üçün anlaşılmaz olaraq qalan, “Allahın sirri” hesab edilən bir və ya bir neçə hərfverilmişdir. Böyük kvadratın aşağı haşiyələrində və bütövlükdə bayrağın kənarlarında da Quran ayələriverilmişdir. Bayraq qumaşı üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlardayerləşən iki düzbucağa bölür. Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadratxanalara (100x100) bölünüb. Düzbucaqlı üçbucaqlarda da içərisində Quran ayələri olan kvadrat xanalar,müxtəlif ayə və kiçik surələr yerləşdirilmiş, Allah vəsf edilmiş, sağ düzbucaqlıda, həmçinin döyüşdə qələbəyəinam və ümid yaradan “Kömək Allahdandır və qələbə yaxındır” yazılmışdır.Bayrağın sapı 297 sm-dir. Qara və yaşıl rənglərlə boyanmışdır. Mis ucluq üç hissədən ibarətdir.Konusvari borunun başına əzilmiş alma formasında olan “alma” taxılmışdır. Üst hissə ortası qabarıq, yarpaqformasında kəsilmiş içi boş ucluqdan ibarətdir. Bütün ucluq qızıl suyuna salınmışdır. Yarpağın uzunluğu 26 sm,eni 16 sm, qalınlığı 16 sm-dir.Üçüncü bayraq düzbucaqlı üçbucaq formasında olub ikiqat parçadan əl ilə tikilmişdir. Ölçüləri224x178x137 sm-dir. Naxışlı cəhrayı qanovuzdan olan, bir üzündə mavi və qızılı saplarla gül budağı üstündədimdik-dimdiyə oturan quş və balıq təsvirləri toxunmuşdur. Bayrağın göy xara ipəkdən olan o biri üzünə, qızılıipək saplarla toxunmuş uzunsov yarpaqvari damaların içinə qızılı və yaşıl saplarla gül ornamenti salınmışdır.Bayrağın iki tərəfdən kənarlarına saçaq çevrilmiş, nazik zərxara köbə üzərində quş, dovşan, gül və yarpaqtəsvirlərindən ibarət ornament salınmış, köbənin qırağına güləbətin saplardan saçağı olan ensiz qızılı lenttikilmişdir. Qumaşın bayraq ağacına taxılması üçün qara, altı sarı qəhvəyi rəngdə olan nazik ipək torbacıqtikilmişdir. Bayraq ağacının uzunluğu 228 sm-dir. Qara boya ilə örtülmüşdür. Qızıl suyuna salınmış üç hissəlimis ucluq (uzunluğu 52 sm, eni 12 sm) konusvari borudan, ona taxılmış içi boş “alma”dan və “alma”nın üsthissəsinə birləşdirilmiş ortası qabarıq, kənarları qırçınlı içi boş yarpaqdan ibarətdir.Bakı xanlığının bayrağı dördkünc qumaşı (uzunu 220 sm, eni 127 sm) dörd parça açıq moruğu və birparça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilən yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızıatlas köbə (eni 6 sm) vasitəsilə taxılmışdır. Birinci zolaqda yan-yana baş-ayaq yerləşdirilmiş biri tünd, o biriaçıq rəngli zanbağa oxşar butaların içində altışəkilli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlarsalınmışdır.İkinci zolaq daha enlidir. Zolağın içində uclar birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki ayparaçəkilmişdir. Bu ayparaların birləşməsindən yaranmış çevrənin içərisində altı və səkkizguşəli güllər tikilmişdir.Bayrağın digər hissəsində də müxtəlif ornamentlər salınmışdır.Ümumiyyətlə, xanlıqların bayraqları ölçüləri, tikilişi, üzərindəki ornamentlər bəzəkləri ilə seçilir.Bayraqların hazırlanmasında müxtəlif rəngli ipək saplardan istifadə olunmuşdur.Məlumdur ki, Türkmənçay müqaviləsindən az sonra davam edən rus-türk müharibələrində iştirak etməküçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət altımüsəlman alayı və Kəngərli süvari dəstəsi formalaşdırılmışdır. Üzərindəki naxışlara və siyasi mənasına görəseçilən alayların döyüş bayraqları müxtəlif rəngli ipək parçalardan hazırlanmış, üzərində Rusiya dövlətiningerbindəki ikibaşlı qartal təsvir olunmuşdur. Bayraqların üzərində ərəb əlifbası ilə yazılar vardır.Zaqafqaziya qeyri-müsəlman atlı-müsəlman alaylarının bayraqları da parçanın növünə, tərtibatına vəbəzədilməsinə görə fərqlənmişdir.Bayraqlar içərisində XIX əsrin sonu, XX əsrin əvvəllərində hazırlanmış dini bayraqlar da diqqəti cəlbedir. Bunlardan müxtəlif dini mərasimlərdə istifadə olunurdu.Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründədövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilib. Həmin qərara əsasən qırmızırəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu bayraq cüzifərqlə Osmanlı imperiyasının bayrağına oxşayırdı. Qeyd edək ki, bu bayraq Osmanlı imperatorluğunun XVIIIəsrin sonundan XIX əsrin 50-ci illərinədək (Sultan Əbdülməcid hakimiyyətinin son illərində səkkizguşəli ulduzbeşguşəli ulduzla əvəz edilmişdir) mövcud olmuş qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara vəsəkkizguşəli ulduz təsvir olunmuşdur. Bu qərar qəbul ediləndə Azərbaycan hökuməti Gəncədə yerləşirdi.Əlbəttə, o vaxtlar bu qərarı düzgün başa düşməyərək Azərbaycanı Türkiyənin bir parçası hesab edənlər dətapılmışdı. Lakin sonralar məlum olduğu kimi, AXC hökuməti 1918-ci il noyabrın 9-da dövlət bayrağınıntəsvirini dəyişməyi qərara almışdır. Nazirlər Şurasının bu haqda qərarında oxuyuruq: “Yaşıl, qırmızı və göy133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!