13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bununla belə, SSRİ - də hökm sürən totalitar rejimin bütün qadağalarına baxmayaraq, həm sovetlərbirliyində yaşayan, həm də xaricdə mühacir həyatı keçirən soydaşlarımızda xalqın yaddaşına köçən üçrənglibayrağa inam azalmamışdır.1956-cı ildə Azərbaycan vətəndaşı Cahid Hilaloğlu sovet quruluşuna etiraz əlaməti olaraq üçrənglibayrağı Qız qalası üzərinə qaldırmışdı. Bu cəsarətinə görə o, 4 il azadlıqdan məhrum edilmiş, onun həmfikiriolan Çingiz Abdullayev adlı şəxs isə ruhi xəstəliklər dispanserinə salınmışdı.1988-ci ildə başlayan azadlıq hərəkatı zamanı xalq üçrəngli bayrağı meydana gətirmişdir.Bayrağa ilk hüquqi statusu isə Ümummilli Lider Heydər Əliyev vermişdir. Belə ki, 1990-cı il noyabrın17- də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağı MuxtarRespublikanın dövlət bayrağı kimi qəbul etmiş və Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağınAzərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdı. Nəhayət, 1991-ci il fevralın 5-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Resupublikasının Qanunu”nuqəbul etmiş, az sonra - 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktı” qəbul olunmuşdur.Azərbaycan bayrağına əsl diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərmişvə bu qayğı bu gün də davam edir. 2007-ci il noyabrın 17-də cənab İlham Əliyev Bakıda Dövlət BayrağıMeydanının yaradılması haqqında Sərəncam imzalamışdı. Həmin ilin dekabrında Bakının Bayıl qəsəbəsində -Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdu. Sərəncama görəucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün ölçüsü isə 35x70 metr, sahəsi2.450 kvadratmetr, çəkisi 350 kiloqram müəyyənləşdirilmişdi. Məlumdur ki, cari ilin sentyabr ayının 1-dəDövlət Bayrağı Meydanının təntənəli açılışı olmuş və açılış mərasimində Prezident İlham Əliyev iştiraketmişdir.Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağınamus və qeyrət emblemi olub dövlətimizin mənəvi - siyasi pasportu, vizit vərəqəsidir. Azərbaycan bayrağı bugün dünya dövlətlərinin bayraqları ilə yanaşı, BMT qarşısında dalğalanır. Azərbaycan bayrağı bu gün təkcəBakıda deyil, Azərbaycanın hər bir guşəsində dalğalanır. Azərbaycan bayrağı yüksələndə və AzərbaycanRespublikasının himni səslənəndə hər vətən övladı duyğulanır, başqa sözlə, Ümummilli Lider Heydər Əliyevindediyi kimi, azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir azərbaycanlı onu qorumalı, sevməli,əməlləri ilə onu ucaltmalıdır. Şübhə etmirik ki, tarixin bütün dönəmlərindən qalib çıxmış Azərbaycan bayrağıtezliklə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda dalğalanacaq.Mais Əmrahov,Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru,Nazir Əsədov,ADPU-nun dosenti“Səs”.-2011.-5 noyabr.-№205.-S.8-9.94

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!