13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! - dedikdə bütün məclis ayağaqalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu".Qeyd edim ki, dövlət bayrağımızdakı səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır.Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalıyanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. "Təqvimlər keçmişdə vəbu gün". "Elm", 1998, N 1). Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Od Yurdu"nun səkkiz hərflə yazılışınaişarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu".Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlımüxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqlarda göy rəng həm də simvolikməna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini əks etdirir.Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəyHüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını vermişdir.Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrinsonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişbaş verdi. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi.Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Ayparabir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklər 1453-cü ildə şəhərialdıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmindində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. "Qobustan"jurnalı, 1989, N 3).Böyük yazıçı C. Cabbarlı şeirlərinin birində deyirdi:Bu ay, ulduz boyaların qurultayı nə demək,Bizcə belə söyləmək.Bu göy boya, göy moğoldan qalmaBir türk nişanıBir türk oğlu olmalı.Yaşıl boya islamlığın sarsılmayanİnamını ürəklərə dolmalıŞu al boya azadlığın təcəddüdür, fərmanı,Mədəniyyət bulmalı.Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə AzərbaycanParlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin,müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra, başda Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağıTürkiyədə və Avropa ölkələrində mühacirət həyatlarında qorudular, yaşatdılar.Qeyd edim ki, Sovetlər Birliyi dövründə Üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda"şəxsiyyətə pərəstiş" məsələsi qoyulduqdan sonra Qız qalası üzərində üç azərbaycanlı vətəndaşımız (birinin adıCahid, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox dalğalandırılıb. Həmin şəxsləri (onların sayıümumilikdə 15-ə qədər olub) sonradan oğurluq adı ilə 12-13 ilə qədər həbsə məhkum ediblər. 1988-ci ildən isəbaşlanan Azərbaycan Xalq Hərəkatı yenidən Üçrəngli bayrağımızı meydanlarda dalğalandırdı.“Ayna”.-2012.-9 noyabr.-№43.-S.19.112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!