13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────3.1 Azərbaycanda müsəlman ənənəsinin qısa tarixiİslam ilk dəfə yeddinci və səkkizinci əsrlərdə ərəb işğalları ərzində Azərbaycana gəlib çatmışdır. İranda köksalmış On iki imamət şiəlik budağına qarşı müasir Azərbaycanda üstünlük təşkil edən səmtləşmə ondoqquzuncu əsrin əvvəlində rus müstəmləkələşdirmədən min il əvvəl fars imperiyasına daxil olan əraziyə gedibçıxır. Tarixçilər hesab edir ki, Şiəlik ənənəsi on yeddinci əsrdə Şah Abbasın dövründə Azərbaycandagüclənmişdir.Azərbaycanın Sünnü-Şiə dünyaviliçiliyi (ekumenilalizmi) qismən müsəlman periferiyasında tutduğucoğrafi mövqeyindən irəli gəlir . Belə bir mövqeləşmə ərazini rəqib xarici basqılara və ideyalara təkrar-təkrarməruz etmişdir. Ekumenikalizm, on doqquzuncu və iyirminci əsrlərdə bu iki etiqadın ardıcılları arasında bəzibölgüləri aradan qaldırmadı. Azərilər etnik və linqvistik yaxınlığına baxmayaq sünnülərə və Osmanekspansiyasının təcavüzkar siyasətinin genişlənməsinə qarşı çıxdılar. Bu gün azərilərin şiə talış və sünnü ləzgiazlıqlarla qarşılıqlı əlaqələrin necə qurulmasında həmçinin əhəmiyyətli fərqlər var.Dini parçalanma ruslara Azərbaycanda dayaq nöqtəsini əldə etmək və saxlamağa tarixən kömək etmişdir.Rus çarı sonralar Sovetlər tərəfindən həm müsəlman icması daxilində, həm də müsəlman və xristianlararasında qarşı-qarşıya qoyma siyasətləri yürütməklə dini bölgüləri gücləndirirdi. Rusların və ermənilərinAzərbaycana köçürülmələri bu ərazinin xristianlaşdırılmasını əks etdirdi. Belə ki, rus imperiyasındamüsəlmanlara nəzarət etmək məqsədilə yeni islam qurumları yaradılmışdı. 1823-cü ildə Qafqazda Rusiyaadministrasiyasının paytaxtı Tiflis şəhərində Axund M.F.Hüseynzadə yenicə yaradılmış Zaqafqaziya müsəlmandini şurasının Şeyxül-İslam vəzifəsinə təyin olundu. Sonra 1872-ci ildə, ruslar şiələr və sünnülər üçün ayrıŞuralar yaratdılar. Bu Şuralar ruhaniləri dövlət qulluqçularına çevirdi və Şəriət məhkəmələrinə son qoydu. Birimüfti və o birisi Şeyxül-İslam tərəfindən idarə olunan bu iki dini şura sünnü və şiələr arasında delimitasiyanınmənbəyi idi. Mədrəsələrdə şiə və sünnülər üçün ayrı qaydalar mövcud idi.Azərbaycanda mollalar kənarlaşdırılan vaxtdan onların antikolonial hərəkatına təsirli rolu İrandakıruhanilərdən fərqli olaraq iflasa uğradı. On doqquzuncu əsrin axırlarında və iyirminci əsrin əvvəlində böyükmütəfəkkirlər mollaların geriliyini tənqid ediblər. Faktiki olaraq, islam xadimlərini tənqid praktikası Azərbaycanifeoloji irsinin bir hissəsidir. Əsasən, dünyəvi ziyalılar ruhaniləri tənqid etməklə Azərbaycanda millətçiliyətəkan verirdilər. Rusiyanın dövlət, mədəniyyət və təhsil sistemi də dünyəvi ziyalılara təsir edirdi. Fəqətziyalıların rus müstəmləkəçiləri ilə münasibəti dəyişkən idi və on doqquzuncu əsrdə rus hakimiyyətinə sadiqolan və ilk öncə Azərbaycan xalqının irəliləməsi üçün Rusiyanın öhdəliyinə inanan Axundov kimi ziyalılar əsrinaxırına yaxın ruslara olan inamının buxarlandığını gördülər. Müstəmləkə münasibətləri pisləşdiyinə görəmillətçilik və mütərəqqi İslam ideologiyası inkişaf etdi.3.2 Azərbaycan ziyalıları və millətçilik - dini və etnik əsaslarİyirminci əsrin əvvəlində Azərbaycanda rus hakimiyyətinin zəifləməsi tatarlar, türklər və azərbaycanlılar -həm sünnü, həm də şiələr - arasında ideoloji və etnik əlaqələrin daha da güclənməsilə nəticələndi. İradə azadlığıhaqqında liberal ideyalar və müqəddəs kitab haqqında fərdi şərhlərə icazə verən ittihad onları birləşdirdi.İslamda ittihad barədə cürbəcür rəylər var, lakin ənənəvi etiqadlara sadiq qalan nəzəriyyəçi və hüquqşünaslaronuncu əsrdən bəri müqəddəs kitabın müstəqil şərhlərini tənqid və qadağan ediblər. İslam qanunu şərh edərkəniradə, məntiq və rasional fikir azadlığını birləşdirən Mütəzilit mütəffəkirləri onuncu əsrin sonunda qadağanolunmuşdu. Ənənəvi rəyə görə bütün müsəlmanlar qanun toplusunun qoyduğu normalara riayət etməli və ona özmüstəqil şərhlərini əlavə etməməlidir. Mədrəsələrdə və dini məktəblərdə müasir müsəlman məktəblərindəolduğu kimi qəbul edilmiş şərhlərin təqlid olunması belə sədaqətliyi xarakterizə edirdi.On dördüncü əsrdə Hanbali məktəbindən İbn Tənbiyyənin doktrinası (nəzəriyyəsi) və sonrakı əsrlərdəSələfiyyənin, Vahabiliyin və Cədidciliyin nümayəndələri İttihat haqqında qadağanı başqa cür fikirləşənləritəmsil edirlər. İyirminci əsrin əvvəlinə yaxın ittihat haqqında bir sıra məqamlar aydınlaşdı. Sələfiyyəni misalkimi götürsək, o, həmişə modernləşdirici ideyaları təmsil etmir. Milli inkişafında ittihatın modernləşdiricirolunu tanımış cədicilik, millətçi islamı dəstələməkdə sələflərindən fərqləndi.Cədidçilər xristian Avropası ilə müqayisədə müsəlman cəmiyyətinin tənəzzülə uğramasına görə narahatidilər. Bəzi cədidçilər müsəlman cəmiyyətini yenidən dirçəltmək üçün qərb nailiyyətlərindən istifadə etməyinvacib olduğuna inansalar da, başqaları hesab edirdilər ki, müsəlman ənənələri və pan-islamizm müsəlmancəmiyyətlərində inkişafı oyandıracaq, lakin , yalnız müsəlman dünyasının qərb müstəmləkəçiliyindən azadlığanail olandan sonra. Lakin bu qrupların ikisi də razılaşırdı ki, yeni məsələlərə cavabın Quranda tapılmasıvacibdir, və təəssüf edirdilər ki, hüquqşünas və teoloqlar belə sualları cavabsız qoyublar.498

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!