13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────PaytaxtBakı Azərbaycanı bütün dünyada bir daha tanıdacaq"Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi Azərbaycanıbütün dünyada bir daha tanıdacaqdır.Bu fikir "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin başlanması münasibətilə fevralın17-də M.F.Axundov adına Milli Kitabxanada keçirilən mətbuat konfransında səslənmişdir.Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, İslam Konfransı Təşkilatının üzvü olandövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində "İslam dünyasındamədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda keçirilmiş Vkonfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmişdir."İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edən qətnamə İSESKO-nun təklifi ilə həmin ölkələrinmədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbuledilmişdir. Bu sənədə əsasən islam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrinşəhərləri arasından seçilməlidir. Elə həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəriislam mədəniyyətinin ilk paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarınıtəmsil edən daha 30 şəhər islam mədəniyyəti paytaxtları olmalıdır.Nazir vurğulamışdır ki, bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı,elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam mədəniyyətinə, həm də bütövlükdədünya mədəniyyətinə xüsusi münasibətilə seçilməlidir. Bundan əlavə, islam mədəniyyətinin paytaxtı seçilməyənamizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvimədənitədbirlər təşkil edən təsisatları olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi iləbütün bu qayda və prinsiplərə cavab verdiyindən "İslam Mədəniyyətinin növbəti paytaxtı" elan edilmişdir.Ə.Qarayev demişdir ki, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışmərasimi fevralın 18-də Heydər Əliyev sarayında olacaqdır. Tədbirə Avropa və islam ölkələrinin mədəniyyətnazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslərqatılacaqlar. İki gün davam edəcək mərasim çərçivəsində Azərbaycana həsr olunmuş sənədli filmlərin nümayişi,"Qədim Bakı" kitabının təqdimatı, Azərbaycan Dövlət Rəqs ansamblının, incəsənət ustalarının iştirakı iləkonsert proqramlarının və atəşfəşanlığın təşkili nəzərdə tutulmuşdur. "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" internet saytının açılışı isə bu möhtəşəm tədbirin bütün dünyaya çatdırılmasına xidmət edəcəkdir.Mədəniyyət və turizm naziri vurğulamışdır ki, fevralın 18-dən 22-dək paytaxtda fəaliyyət göstərən bütünmuzeylər, qoruqlar, mədəniyyət ocaqları pulsuz xidmət göstərəcəkdir. Ümumilikdə isə il ərzində yüzlərlətədbirin keçirilməsi planlaşdırılır. Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günləri keçiriləcəkdir.Eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələrinhəyata keçirilməsi planlaşdırılır.Tədbirdə Azərbaycanın turizm sahəsindəki uğurlarından, cari ildə əsaslı təmirdən sonra istifadəyəveriləcək mədəniyyət ocaqlarından geniş söhbət açılmışdır.Sonda Əbülfəs Qarayev jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.AzərTAc17 fevral 2009-cu il513

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!