13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Belə bir ağa-nökər münasibəti təsadüfi idimi? Əlbəttə, yox! "Burjua millətçiliyi girdabına yuvarlananlar"ona görə qəzəbə düçar olmuşdular ki, Kreml hiss edirdi ki, böyük millət şovinizmi bundan zədə ala bilər. Neçəki, aldı və Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi.Hələ 1978-ci ilin aprel ayının 20-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasının təsdiqetdiyi yeni konstitusiyanın 73-cü maddəsində yazıldı: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət diliAzərbaycan dilidir. Azərbaycan SSR Azərbaycan dilinin dövlət və ictimai orqanlarda, mədəniyyət, maarif vədigər orqanlarda işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət tərəfindən qayğı göstərir".Haşiyə.Həmin maddə ilə bağlı Moskva və digər respublika başçıları ilə necə gərgin mübahisələr aparıldığınıntəfərrüatını Heydər Əliyevin dilindən eşitmək mənə müyəssər olub. Brejnevin Bakıya son səfəri ilə əlaqədarfilm hazırlamışdıq. Kadrları Nazirlər Sovetinin kino zalında Birinci katibə göstərir, məsləhət alırdıq. Birməsələdə biz inadkarlıq elədik. H.Əliyev konstitusiyanın qəbulu ilə əlaqədar çıxışında "Azərbaycan" şeirindənbir bəndi çox hərarətlə oxumuşdu. Kadr çox canlı çıxmışdı. Ancaq H.Əliyev təklif etdi ki, onu çıxarın...Nəhayət, inadımızı görüb, aydınlaşdırdı: yaradıcı adam kimi sizi başa düşürəm, ancaq bu incə mətləbdir, filməbütün ölkə baxacaq... Bizə lazım olan işi görüb qurtarmışıq, təzədən tərifə özümüzdən başlamayaq.Filmə Brejnevin ailəsi ilə birlikdə baxmışdılar. Moskvadan qayıdandan sonra kinostudiyaya telefon zəngioldu. Brejnevin və özünün təbriklərini çatdırdıqdan sonra H.Əliyev gülə-gülə dedi: o kadr məsələsində siz dəhaqlıydınız, mən də... filmin yüksək səviyyədə qəbul edilməsi uğurumuzdur. Bizə bu lazım idi... Leonid İliçdedi ki, bu, mənim haqqımda ən yaxşı filmdir. Qazaxların çəkdiyi film əsasən öz təsərrüfatlarındandı...Demək istəyirəm ki, bu, dünya səviyyəli siyasi rəhbərliyə incə bir nümunədir!Burada nöqtə qoymaq istəməzdim və tariximizi olduğu kimi mənimsəmək meylində olanlara bir həqiqətiçatdırmağı özümə borc bilirəm.Sovet sosialist qurumuna başdan ayağa qara yaxmaq, yetmiş ilimizi heç-puç kimi qiymətləndirməkdüzgün olmazdı. Bu, tərəzinin bir gözünə suni surətdə pərsəng - barmaq qoymağa bənzərdi. Əvvəla, onu deyəkki, kommunist olmaqla milyonlarla adam öz insanlıq simasını itirməmişdi. Bizlər cibimizdə kommunist biletigəzdirməklə heç də xalqımızın milli marağına arxa çevirməmişdik. Kitabda bu əyani surətdə təsbit olunub -sübutlu - sənədli! İkinci, sovet qurumu dövründə Azərbaycan yüksək iqtisadi, mədəni-mənəvi inkişaf yolukeçmişdir. Bu gün qısa müddətdə Avropa ölkələri ilə tarazlaşa bilməyimizin bünövrəsi o vaxt qoyulmuşdur.Azərbaycan xalqı bu və ya digər zərərli, yanlış siyasi istiqaməti ehkam kimi qəbul etmirdi, o, xislətinə,əqidəsinə uyğun, zəmanənin tələblərinə münasib həyatını yaşayırdı, inkişaf etdirirdi. çox da ki Xruşşov deyirdidonuz ferması saxlayın və ya sarı buğda əvəzinə qarğıdalı əkin və bir addım da atın, ərzaq istehsalındaAmerikanı ötüb keçəcəksiniz və s. və i.a. Xruşşovun Azərbaycana, təkcə bizim respublikamıza deyil,başqalarına da gətirdiyi mikrob - rəqəmlərin şişirdilməsi cəmiyyəti yalançılığa yönəltdi, indiyə qədər saxtalıqbir çox məmurları tərk etməyib. Və ya imperiyanın başqa bir başçısı Qorbaçov tamahının xatirinə xalqımızı hələdə sağalmayan bəlaya salmışdır və utanmaz-utanmaz öz memuarında sübut etməyə çalışır ki, münaqişənin baisibizik, milli məsələni düz həll etməmişik. Bu sərsəm hərəkəti ilə Xruşşova elə çoban xislətində olsa da, rəhmətlikbəxş edilə bilər. O da var ki, başqa bir rəhbər Leonid Brejnev Bakının, respublikamızın tərifini göylərə qaldırdı.Onun "Azərbaycan iri addımlarla irəliləyir!" qanadlı sözləri həqiqəti əks etdirdiyi kimi, başçının insaniyyətmeylini də önə gətirirdi.Hakim millətin şovinizminə gəldikdə isə bu, Pyotrun məlum vəsiyyətlərindən su içirdi, böyük rus xalqınınxislətində biz bunu görmürdük. Bu sətirlərin müəllifinin iki romanı Azərbaycan-rus qarşılıqlı münasibətinə həsredilmişdir. Bunlar Rusiyanın içindən yazılmışdı, canlı müşahidələr əsasında... Odur ki, xalqla siyasi rəhbərlərieyniləşdirməyə meyli düzgün hesab etmirik!çağdaş günlərdə bütün bunlarda yəqinlik hasil olsun deyə, bir daha kitabın əsas obyektinin - milli dilindövlət statusu almasının üzərinə qayıtmalı oluruq."Sözün əsl mənasında, Moskvanı hövsələdən çıxaran hansı addımlar" atıldığının təhkiyəsinə müraciətedək."M.İbrahimov 1956-cı ilin dekabr ayının 29-da "Respublikanın bəzi nazirliklərində Azərbaycan dilininişlədilməsi haqqında" məsələni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müzakirəsinə çıxardı... Dekabrayının birinci yarısında komissiyalar yoxlamaları başa çatdırıb M.İbrahimovun adına məlumatlarhazırlamışdılar. Kənd təsərrüfatı nazirliyinə göndərilən komissiya üzvləri - Azərbaycan SSR Ali Soveti RəyasətHeyətinin referenti M.Abdullayev və "Azərbaycan gəncləri" qəzetinin məsul katibi Cəmil Əlibəyov yoxlamanın406

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!