13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bunu da gizlətmək istəmirəm ki, bizi birləşdirən məhz milli hisslərimizin bənzərliyidir. Cənub mövzusuvə ana dilinə məhəbbət sizin iki əsərinizdə - XX əsrin ağır sınaq illərində Cənubi Azərbaycan hadisələrindən vəəllinci illərdə Azərbaycanda milli oyanışdan yazdığınız əsərlərdə çox bitkin səciyyə daşıyır. Və mən tələbəlikillərində yazdığım elmi referatlarda, tələbə elmi cəmiyyətlərində məruzələrdə niyə bu dərinliyə gedəbilməməyimin xəcalətini yaşamalı oluram.Gümanım odur ki, Sizin xalqa bəxş etdiklərinizi yeni zəmanə diktə eləyib, bir də o səbəbkar olub ki, Sizkamil tarixçi olmaqla yanaşı, özünüz milli mənlik şüurunun oyanışı dövrünün, keçmişimizə, taleyimizə hədsizmaraq göstərən nəslin nümayəndəsisiniz, önəmli təmsilçisisiniz!Və birinci əsərinizdən fərqli olaraq, "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959"monoqrafiyasında birbaşa məlumdan - dərinlikləri qavradıqlarınızdan - məchula doğru yaradıcılıq istiqamətigötürmüsünüz və yeni tədqiqat sənədləri ilə dövrün təkmil mənzərəsini yaratmaq əzmi göstərmisiniz.Fikrimə kitabın adından başlamaq istərdim: siyasi rəhbərlik və ziyalılar! Biz köhnə oxucular cəmiyyətiniki qütbünün - rəhbərlərin və xalqın münasibəti çərçivəsində zəmanəyə qiymət verməyə alışmışıq. Sizfikirlərimizə təzəlik gətirmisiniz, daha doğrusu, tarix elmimizə də. Ziyalıları təkcə xalqı maarifləndirən yaradıcıbir qüvvə kimi deyil, cəmiyyətin siyasi sükanı arxasında dayanan güclü, mübariz bir qüvvə kimi göstərmisiniz.Siyasi rəhbərliyi də başqa cür, yəni o zaman olduğu kimi qiymətləndirmisiniz - Azərbaycan rəhbərləri xalqıtəmsil edir və ziyalı mövqeyində dayanırlar.Söz düşmüşkən, ziyalılara münasibətiniz üzərinə gələk və həm də ona görə ki, kitabda bu, aparıcımövqedədir, onlara münasibətinizi əsər boyu diqqətə çəkirsiniz.Ən ümdəsi xalqı - ziyalı simasında, ziyalını xalq təmsilçisi kimi görürsünüz. Bu dövr - ziyalı-xalqbirliyinin, hətta siyasi rəhbərlər və xalq birliyinin təcəssümü, həmişə arzu ediləcək təəssübkeş vətəndaşlıqqovuşuğunun yaratdığı bir dövr idi.Kitabınızda ziyalı sifəti, məramı, sədaqəti əvvəlcə Azərbaycan Yazıçılar İttifaqının ikinci qurultayınıngeniş təsvirində gündəmə gətirilir: "Azərbaycan Yazıçılar İttifaqının ikinci qurultayı və eləcə də digəryaradıcılıq birliklərinin respublika toplantıları 50-ci illərin ortasında bütünlüklə ziyalı mühitində ağırlıqmərkəzinin azərbaycanlıların üzərinə keçməsinin açıq təzahürü idi".Onu da unutmamısınız ki, Azərbaycanın azadlıq mücahidliyinin rəmzi olan ulu Nəriman Nərimanovunuzun illər sükutdan sonra ziyalılaşmış Azərbaycan mühitində ümummilli sevgi qazanması, xalqın"nərimanlaşması" azadlıq naminə cəsarətli addımlar atılmasına güclü təpər olmuşdur.Kitabda Yazıçılar İttifaqının qurultayında idarə heyətinin sədri Süleyman Rəhimovun və katibi MehdiHüseynin məruzələri, çıxışlar ədəbiyyatda xəlqilik üzərində qurulduğu kimi, mədəniyyət sahəsində də bununöncül qayə olduğu geniş şərh edilmişdir. 1957-ci ildə keçirilən respublika fəallar yığıncağında mədəniyyətnazirinin müavini İsrafil Nəzərovun əsas məruzəsi, Yazıçılar İttifaqının sədri Süleyman Rəhimovun, Bəstəkarlarİttifaqının sədri Qara Qarayevin, Rəssamlar İttifaqının sədri M.Tərlanovun əlavə məruzələri daha dəqiqbəyanatla - "Ədəbiyyat və incəsənətin xalqın həyatı ilə sıx əlaqəsi uğrunda" - ana xətt kimi şərh edilmişdir.Bizcə, bu baza - ziyalıların cəmiyyətin həyatında, milli oyanışda təşkil olunmuş toplu halında iştirakı Sizə, haqlıolaraq, intellekt sahiblərini müstəqim, aparıcı siyasi qüvvə kimi üzə çıxarmaq imkanı verib və siz tariximizdə ilkdəfə belə cəsarətli bir addım atmısınız!Kitabınız bədii əsər kimi, mədəniyyət, mənəviyyat romanı kimi oxunur. Xalqın şüurununformalaşmasında aparıcı ziyalıların müstəqil rolu aydın göstərilir və oxucuları əmin edirəm ki, heç bir ziyalıunudulmayıb. Hətta bədii əsərlər ədəbiyyatşünas dəqiqliyi ilə şərh edilib. Bununla da həmin dövr ziyalılarınınsiyasi işinin, zəhmətinin bəhrəsini həm onların ruhuna, həm bilavasitə varislərinə, ümumən xalqa qaytarmısınız.Mövzunu kamil bildiyinizdən kitabın əvvəlində suallar qoymuş və yeni aşkarlanmış sənədlərdənfaydalanaraq onlara cavab verməyə çalışmısınız.Suallar belədir.1954-1959-cu illərdə Azərbaycanda nə baş vermişdir? Bəziləri üçün qaranlıq, bəziləri üçün müəmmalı,bəziləri üçün də şirin bir xatirəyə çevrilən bu illərdə, sözün əsl mənasında, Moskvanı hövsələdən çıxaran hansıaddımlar atıldı? 1954-cü ilin əvvəllərindən başlayaraq 1959-cu ilin ortalarına qədər respublikada siyasi həyatıncanlanmasına, millətin və onun mənəvi dəyərlərinin dirçəlməsinə səbəb olan hansı hadisələr cərəyan etdi?Bütövlükdə respublika rəhbərliyində Azərbaycanın taleyinə münasibətdə güclü təəssübkeşlik hissininformalaşması nə ilə bağlı idi? Doğrudanmı o dövrdə Azərbaycanda millətçilik ideyası gücləndi, milli özünüdərkprosesi dərinləşdi? Azərbaycan ədəbiyyatında, tarix elmində və mədəniyyətində hansı yeniliklər baş verdi? Niyə402

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!