13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabitözülün yaradılması işində mühüm addım olmuşdur.Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlamış komissiyanın 1995-ci il noyabrın 24-dəkeçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Konstitusiya Azərbaycanınmüstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız buKonstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. YeniKonstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətininyaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan,Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlətyaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünüqorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqəraredilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını təmin edən hüquqi, dünyəvidövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilmişdir. Əsas Qanun Azərbaycan dövlətininhakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublikaolduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləriəks etdirir. Konstitusion quruluşun vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan edən vəAzərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edən Konstitusiya xalqın öz suveren hüququnubilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizlivə şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməsini nəzərdə tutur. Əsas QanunAzərbaycan dövlətini hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi,unitar respublika olduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zərurixüsusiyyətləri göstərir.Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasihəyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühümprinsipləri təsbit edir. Eyni zamanda, konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyətazadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir.Azərbaycan Respublikasının Konstitusiyasında həmçinin BMT-nin 1948-ci il 10 dekabr tarixliÜmumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insanhüquq və azadlıqları tam, əhatəli şəkildə təsbit olunmuşdur. Belə normalar bu və ya digər şəkildə, lakintamamilə fərqli doktrinada ölkədə qüvvədə olmuş sovet konstitusiyalarında da əksini tapmışdı. Həmin dövrdəbu konstitusion hüquqları vətəndaşlara dövlət verirdisə, müstəqil Azərbaycan Respublikası Konstitusiyasınınəsas və prinsipial fərqi odur ki, insan hüquq və azadlıqlarının üstünlüyünü birmənalı bəyan etməsidir.Konstitusiyanın 7-ci maddəsinin III bəndində göstərilir ki, Azərbaycan Respublikasında dövləthakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyəti AzərbaycanRespublikasının Milli Məclisinə, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə, məhkəməhakimiyyəti isə Azərbaycan Respublikasının məhkəmələrinə mənsubdur. Bu, Əsas Qanunumuzda tamamiləyeni, beynəlxalq təcrübəyə uyğun prinsiplərdən biridir. Qarşılıqlı fəaliyyət göstərən bu hakimiyyətlər özsəlahiyyətləri çərçivəsində müstəqildirlər. Lakin hansısa biri səlahiyyətini aşarsa, digərləri onu durdurmaqsəlahiyyətinə malikdir.Əsas Qanunun 147-ci maddəsinə görə, Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşahüquqi qüvvəyə malik qanunvericilik sənədidir. Bu, o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz vəkonstitusion müddəalar birbaşa təcrübədə tətbiq edilir. Yəni, hər hansı qanunun olub-olmamasından asılıolmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.İnsan hüquq və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütünbeynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini204

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!