13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Milli qürur və fəxarət rəmzimizDünyanın bütün dövlətlərində özünəməxsus atributlar, rəmzlər mövcuddur və bu rəmzlər onların tarixikeçmişlərindən tutmuş, işıqlı gələcəklərinə doğru olan prinsipləri özündə əks etdirir.Hər bir xalqın fərqli düşüncəsi onun milli atributlarında və milli düşüncəsində təmsil olunur. Atributölkənin mayakı, xalqın vizit vərəqəsidir.Azərbaycan xalqının da öz fikrini, düşüncəsini əks etdirən siyasi müstəqilliyi və bu müstəqilliyi əksetdirən bayraqdan, gerbdən, himndən ibarət dövlət rəmzləri mövcuddur. Ana qanunumuzda yazıldığı kimi,“Azərbaycan Respublikasının dövlət rəmzləri-Azərbaycan Respublikasının Dövlət bayrağı, AzərbaycanRespublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.”Vətənimizin atributları bizim üçün müqəddəsdir. Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımızınparlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən,nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkün deyil. Vətən gerbi dövlətimizin, xalqımızınazadlığının, müstəqilliyimizin şanlı simvoludur. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızınköksünü qabardan iman gücü və qüdrət əsəridir. Dövlət Gerbində qalxan- azərbaycanlıların şərq xalqlarındanbiri, Azərbaycanın isə Şərq dövləti olması ilə yanaşı hər cür hücuma mətinliklə sinə gərən, əzəmətli, dözümlümənalarını verir. Qalxanın üzərindəki üçrəng-təbii ki, milli ideoloji düsturumuz olan türklük, müasirlik,müsəlmanlığı tərənnüm edir. Səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, Alov- Odlar yurdunu, palıdbudaqları- milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül- vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olandoğma münasibətini, günəşin ağ rəngdə olması xalqımızın və dövlətimizin sülhsevərliyini, sülh, stabilliktərəfdarı olduğunu təcəssüm edir. Milli gerb hər bir xalqın,dövlətin, şəhərin milli və dini, mifik görüşlərini, eynizamanda tarixi, siyasi-ideoloji və mədəni baxışlarını əks etdirir. Bu baxımdan dövlət gerbimiz həm simvollarınzəngin ahəngdarlığı, həm də dövlətçiliyimizin, xalqımızın tarixi və mədəniyyətini hərtərəfli əks etdirməsi ilədigər ölkələrin gerblərindən fərqlənir.Himnimiz-bu mahninin sədaları qəlbimizi fərəh və iftixar hissi ilə doldurur.Qanımızı cosdurur, biziilhama, mubarizəyə səsləyir. Himn dedikdə təntənəli marş başa düşülür. Vətən himni gözlərimizi yaşardıb,qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və qüdrət nərəsidir.Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəlməsi qəhrəman ata-babalarımızınbizə misli-bərabəri olmayan əmanətidir. Dövlət himni sırf dövlət anlayışı ilə əlaqədardır, dövlətə məxsusdur,dövlətin rəmzi, simvolu kimi onun əsas atributlarından biridir. Dünyanın BMT tərəfindən tanınmış bütündövlətlərinin öz himnləri vardır.Dövlət himni dövlət tərəfindən, onun qanunverici orqanı tərəfindən qəbul olunur. O cümlədən,Azərbaycan Respublikasının daim qürur hissi ilə qarşıladığımız, səsi qulaqlarımıza çatar-çatmaz ayağa duraraqdərin ehtiramla dinlədiyimiz, ucadan, bir səslə oxuduğumuz Dövlət himnimiz 27 may 1992-ci il tarixdəAzərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.Milli himn əsas dövlətçilik atributlarımızdan biri olmaqla yanaşı, milli birliyimizin sözlə və musiqi iləifadə olunan müqəddəs şah əsərimizdir. Himnimiz, milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmimərasimlərdə yerli və beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində mövcud qanunvericilikdə göstərilən şəkildəhər zaman ayaq üstə, böyük coşqu və ehtiramla oxunur. Bu da milli himnə olan sevgi və sayqımızı, vətənimizəson dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Bu şanlı nəğmənin musiqisi dahi bəstəkarımız ÜzeyirHacıbəyliyə, sözləri isə böyük şairimiz Əhməd Cavada məxsusdurTarixi mənbələr, maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdəAzərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş vəheyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olub.Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə dəgeniş yayılıb. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba,Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlarmaddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoyublar.Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı-Dövlət bayrağıdır. Milli bayraq- siyasi-ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətinmövcudluğunu təsdiqləyən rəmzdir. “Bayraq”- sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Hələ 1000-ilbundan əvvəl böyük türk dilçisi, dahi filoloq alim Mahmud Kaşğarlı özünün məşhur “Divanü-lüğət-it-türk”əsərində müasir dilimizdəki mənada və bayrak-batrak fonetik variantlarında qeydə almışdır. Eyni zamanda105

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!