13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Sikkə dövlətçilik rəmzidirƏLİ RəcəbliHansı dövlətin sikkəsi yoxdursa, onun dövlətçiliyindən danışmağa dəyməzNumizmatika yaşına görə nisbətən cavan elmdir. Azərbaycanda bu elmin yaranması ötən əsrin əvvəlbrinətəsadüf edir. Demokratik Cümhuriyyət dövründə inkişaf tempini artırmaq məqsədilə xaricdən mütəxəssisləri,alimləri dəvət edirdilər. Bunlardan biri də o dövrdə tanınmış arxeoloq-numizmatik Paxomov olub. O, 1919-cuildə Azərbaycana gəlib, İstiqlal muzeyində işləyib, universitetdə dərs deyib, Azərbaycanın tarixi, o cümlədən,numizmatika və arxeologiyası ilə məşğul olub. Azərbaycanda numizmatikanın əsasını o qoyub. Ancaq vaxtiləXIX əsrdə almanlar burada arxeoloji işlər aparıblar.Numizmatika ilə məşğul olmaq tədqiqatçınm zəngin kolleksiyaya malik olmasmdan çox asılıdır. Kolleksiyaolmasa, numizmatika da olmaz. O, özü də kolleksiya toplamağa başlayıb, məşhur kolleksioner olub. Buragəlməzdən qabaq Gürcüstan pullarının tarixini araşdırıb kitab yazmışdı. Rusiya Arxeologiya Cəmiyyətinin1910-cu ildə gümüş medalını da alıb. O, Azərbaycanın sikkə tarixini araşdıraraq "Monetı Azerbaydjana" adlırusca kitab yazıb. Universitetin şərqşünaslıq fakültəsində dövlət imtahanı verdiyim zaman Paxomov məniaspiranturaya dəvət etdi. Sonra bu sahədə ardıcıl tədqiqatlar apardım.Tarixən sikkələr hər bir dövlətin atributunu özündə əks etdirməyə çalışıb. Muzeydə toplanmış sikkələrinəksəriyyəti Azərbaycanın müxtəlif dövrlərinə məxsusdur. O sikkələr bu ərazilərdə kəsilib, burada tapılıb, buradada saxlanıhr. Sikkə dediyimizin latınca adı ""moneta"dır, ruslardan bizə "manat" şəklində dilimizə daxil olub."Sikkə" "döymək" sözündəndir, onu təbii ki, döyərək hazırlayırdılar. "Sikkə" yalnız iqtisadi amil deyil. Hamıdaha çox fıkirləşir ki, sikkə dövriyyədə iştirak etmək, ticarət üçün buraxılır. Pulun 5 funksiyası var, bu amil dəəsasdır. Hər şeydən əvvəl sikkə çox vacib dövlətçilik rəmzidir. Bizə məlum olan tarixin VIII-VII əsrlərindəYunanıstanda, kiçik Asiyada, Midiya çarlığında sikkələr buraxılıb. Tarixən sikkə zərbi ali hakimiyyətə mənsubolub, indiyə kimi də belədir. Əgər hansı dövlətin sikkəsi yoxdursa, onun dövlətçiliyindən danışmağa dəyməz.Tarixin yaşı çox qədimdir, keçmişdən bu günə, sabaha qalan soraqlar isə azdır: dövlətlə bağlı taxt-tac,möhür, bayraq... Ancaq bunların hamısından daha çox sikkələr qalıb. Çünki əvvəla, sikkələr çoxly sayda, yəniminlərlə kəsilib. Nə qədər it-bata düşsə də bizə gəlib çatıb. Digər tərəfdəndə qızıl, gümüş sikkələr həmişəlik qalır, həmin dövlətin tarixi haqqmda aydın təsəvvür yaradır. Ancaq mispulların ömrü çox olmur. Rusiyada sikkə zərbi X əsrdə Kiyev knyazlığında başlayıb. Bundan sonra rusların 300-400 il sikkəsizlik dövrü olub. Bu müddət ərzində onlar Şərq pulları, o cümlədən Azərbaycan pulları ilə tədavüledirdilər. Nəhayət, XV əsrdən sonra bunların öz sikkələri yaranır. M.Ə.Sabir yazır ki, bir vaxt Ağqoyunlu,Qaraqoyunlu olduq, bir-birimizi qırdıq, Teymurləng gəldi Bəyazidi əsir aldı, getdi, Toxtamışın başını əzdi,Moskva padşahının baxtı açıldı. XV əsrin əvvəllərində Moskva Moskva oldu, Rusiya bundan sonra dirçəldi.Bizim sikkə tariximiz qədimdir. Makedoniyalı İsgəndərin yürüşündən sonra burada o sikkələrdən istifadəolunub. Bu dövrə aid qiymətli dəfınələr tapılıb. Numizmatika tarixi baxımdan nə qazanırsa, dəfınələrin hesabınaəldə edir. Bəzən o sikkələr dövrün tamamilə güzgüsü olur. Makedoniyalı İsgəndərin yürüşündən sonraAzərbaycanm ərazisində antik pul dövriyyəsi başladı. Azərbaycanda eradan əvvəl III yüzildən başlayaraq yerlisikkələr ləğv edildi. Eramızın III əsrindən başlayaraq Atropatena, Albaniya ərazisində sikkələr kəsilib.Dövlətçiliyimizin tarixi XIX əsrə qədər davam edir. Sonra Azərbaycanın Rusiyaya ilhaqı baş verir. Xanlıqlardövründə Azərbaycanın xanlıqlarında sikkələr kəsilir. İlhaqdan sonra Azərbaycanın sikkə zərbi hüququ ləğvedilir. Azərbaycan Rusiya pul dövriyyəsi sferasma daxil olur.Hazırda pul vahidimizin adı "manaf”dır. "Lirə" türklərin deyil, Fransadan gəlib. Türk lirəsindən əvvəlməcidiyyə, onluq, beşlik, otuzluq, altmışlıq kimi sikkələr, ondan da əvvəl axça adlı sikkə vardı. "Axça" türksözüdür. Osmanhlar dövründə xırda gümüş sikkələr kəsilib, orta əsrlərdə bu sikkələr "axça" adı ilə məşhur olub."Rubl" ruslarındır. Dövlətsizlik dövründə rusların sikkələri yox idi, onlar gümüş "qrivna"dan istifadəedirdilər. Biz ona "girvənkə" deyirik. I Pyotrun atası öz dövründə istədi ki, "qrivna"nı iki yerə bölüb "rubl"yaratsın. Ancaq bu, keçmədi, "mis üsyanı" qalxdı: rubl gümüşdən, yüz qəpiklər misdən kəsilmişdi. ƏhalininMoskvadakı üsyanından sonra bu, ləğv olundu. I Pyotr isə bunu ustalıqla həyata keçirdi: əwəl başqa nominallar,sonda mis pullar buraxdı. Rusların xırda gümüş sikkələrinin üzərində Müzəffər Qriqorinin təsviri var, əlindəkinizə ilə əjdahanı öldürür. "Nizə" rusca "kapyo"dur. O pullara "kopeyka" dedilər, bu, "kapyo" sözündəndir."Qəpik" bunun dilimizə təhrif olunmuş formasıdır.349

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!