13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qafqaz müxtəlif dini konfessiyaların, milli mənəvidəyərlərin qovuşduğu unikal region kimiİRADƏ HÜSEYNOVA,Azərbaycan Respublikası Təhsil nazirinin müavini, tarix elmləri doktoru, professorQafqaz regionunda dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcud olmuşdur. Bunu arxeolojitapıntılar, tarixi ibadətgahlar və sair dini ehtiyacların ödənilməsi məqsədi ilə inşa edilmiş dini obyektlər təsdiqetməkdədir. Belə ki, Qafqaz regionunda Mezolit dövrünə aid olan qəbirlər həmin dövrdə artıq dini təsəvvürlərindaha da dərinləşməsini göstərir. Çoxallahlılıqla bağlı inancların məcmusu kimi, Qafqazda da bütpərəstlik ibtidaidinlərin zəminində yaranmışdır. Qafqaz əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxırvə Animizm, Fetişizm, Totemizm, Şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif inancları ehtiva edir. Filolojivə etnoqrafik araşdırmalar və arxeoloji qazıntılar Qafqazda bütpərəstliyin geniş şəkildə yayılması haqqındaməlumat verir. Qafqazın bir çox yerlərində qədim tarixə malik iri daş bütlər, antropomorf fiqurlar, gil heykəlləraşkar edilmişdir.Strabon Qafqaz albanlarının günəşə, aya, göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilətanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Erkən orta əsrlərdə alban hökmdarlarının Xristianlığıyaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə də məlumat mövcuddur.Bir çox Şərq xalqları kimi Qafqazın qədim xalqları arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava,su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdır. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclarzəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşmış əhalinin böyük bir qismi odumüqəddəsləşdirmiş, ona sitayiş etmişdir.Tunc və Dəmir dövrlərindən etibarən Qafqazda «mağ» və ya «muğ» adlanan kahinlərin təbliğ etdikləri«Məcusilik»-Atəşpərəstliк əqidələri yaranmışdır. Bu barədə «Avesta»da müfəssəl məlumat verilmişdir.Mağların əqidələrinin əsasında Zərdüştilik-Mazdaizm dururdu. Zərdüştilik Qafqazda yaranmış, daha sonra isəİrana və Mərkəzi Asiyaya yayılmışdır. Tarixin sonrakı mərhələlərində Zərdüştilik Yəhudilik, Xristianlıq vəyunan fəlsəfi təfəkkürünün formalaşmasına müəyyən təsir göstərmişdir.Yəhudilik Qafqazda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Bir sıra tarixçilər dağ yəhudilərininQafqaza gəlişini e.ə. I əsrə aid edirlər. Tədqiqatçıların başqa bir qrupunun fikrincə, dağ yəhudiləri Şərqi QafqazaSasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. O, Qafqazda qalalar tikdirir,şəhərlər saldırır, bu şəhərlərdə Mesopotamiyadan köçürdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağyəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.Qafqaz ərazisinə Xristianlıq yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə QafqazAlbaniyası vasitəsilə daxil olmuşdur. Bizim eranın 70-ci ilində, yəni Yerusəlimin (Qüdsün) süqutundan sonrayəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər Xristianlıq haqqında geniş şəkildə təbliğat aparmağabaşlayırlar. Bu cür təbliğatın təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada Xristianlığınyayılması dövrü həvari (sirofil) dövrü adlanır. Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə Faddeyinşagirdlərindən olan Yelisey yeni dini təbliğ edə-edə Alban diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsətikmişdir. Qeyd edək ki, bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən əvvəl tikilmişdir. Sonra YeliseyÇoqaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib, dinin təbliğini davam etdirmiş, Helmeskəndində bütpərəstlər tərəfindən öldürülərək bir quyuya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişiilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, quyunun üzərində isə kiçik bir məbədtikilmişdir.313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərində qadağanı götürəndə Albanhökmdarı Urnayr Xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Qafqazda Xristianlığın yayılmasınınqrekofil dövrü adlanan yeni dövrü başlanır. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunandillərindən Alban dilinə tərcümə edilirdi.552-ci ildə Alban katolikosunun iqamətgahı Çoqa şəhərindən Bərdəyə köçürülmüşdür. İslamfütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə Xristianlığın rolu zəifləmiş, kilsələrdəibadət erməni dilində aparılmış, Alban dili aradan çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisindəmüstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdəbölgədə Şərq Xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimibeləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün509

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!