13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────DinAzərbaycanda dini tolerantlıqHabil HƏMİDOV,AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutununaparıcı elmi işçisi, pedaqoji elmlər namizədiAzərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən din dövlətdən ayrıdır. Bütün dinietiqadlar qanun qarşısında bərabərdir. Lakin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə ziddolan dinlərin yayılması və təbliği qadağan sayılır.İslam dininin bilicilərinin qənaətinə görə etiqad, ələlxüsus dini etiqad ona görə etiqad sayılır ki, o,insana inam gətirir. Etiqadın yaxşılığı-pisliyi onun insanpərvərlik dərəcəsi, insana nə kimi dəyər verməsi iləölçülür. Odur ki, etiqad məsələlərinin izahında olduqca ehtiyatlı və dəqiq olmaq gərəkdir, hər bir şəxsininamına, vicdan azadlığı hüququna hörmət etmək lazımdır.Məlumdur ki, son bir neçə onillik ərzində islam gerilik meyli ilə əlaqələndirilir, onun ümummədəni vəəxlaqi dəyərlərini heçə endirməyə cəhd göstərilir. Unudulurdu ki, uzun əsrlər boyu xalqın ictimai fikrini, mədəniənənələrini, yüksəlişini, birliyini din müəyyən etmişdir, elmin, maarifin, təhsilin ziyası dini mədrəsələrdən işıqsaçmışdır. Dində baş verən donuqluğa, durğunluğa qarşı mübarizə heç də dinə qarşı mübarizə demək deyildir.Dində ehkamçılığa, ölgünlüyə qarşı Peyğəmbər Əleyhissəlam özü də mübarizə aparmışdır. Mədəniyyəttarixində dinin yerini danmaq isə özünü danmaq deməkdir.Reallıq sübut edir ki, çeşidli dini etiqadlar müəyyən müddətdə formalaşma dövrü keçir. Yəni hər bir dinmüəyyən zaman kəsiyində, tarixi-coğrafi şəraitdə, insanların dünyagörüşündə gedən formalaşma prosesininmüəyyən mərhələsində meydana gəlir və həmin şəraitə, zamana və proseslərə uyğun olaraq, özünün"nizamnamə"sini, "məramnamə"sini və ya belə demək mümkündürsə, "proqramı"nı hazırlayır. Deməli, dinlərinümumi cəhətləri ilə bərabər xüsusi, fərqli özünəməxsus spesifikliyi də vardır. Hər bir din özünə görə mənficəhətlərlə yanaşı, müsbət dəyərlərə də malikdir. Dinləri cəmiyyətə, insanlara düşmən kimi qələmə vermək,onlara etinasız yanaşmaq da, sadəlövhlükdən irəli gəlir və bunun zərərli təsiri sonralar özünü göstərir. Dinlərbəşəriyyətə düşmən deyil, onlardan öz mənafeləri üçün sui-istifadə edərək fanat, şou səviyyəsinə gətiribçıxaranlar, başqalarına zərər vuranlar düşməndirlər. Məhz bu baxımdan Azərbaycan RespublikasıKonstitusiyasının 18-ci maddəsinin II bəndində həmin məsələ qanunla tənzimlənir ki, bu da beynəlxalq hüquqnormalarına uyğundur.Ölkəmizdə sağlam, mütərəqqi, bəşəri ideyalara əsaslanan dini etiqadlar qanunda təsbit olunmuş qaydadatənzimlənir. Əgər Azərbaycanda dini tolerantlıq mövzusunda araşdırma aparırıqsa, zənnimcə, tolerantlıqməfhumuna da bir qədər aydınlıq gətirməliyik. Tolerantlıq latınca Tolerantia sözündən götürülüb - "dözüm"mənasını verir. Ümumilikdə tolerantlıq başqa fikirliyə, əks baxışlara, digər ideya və ideologiyayadözümlülükdür. Daha doğrusu, tolerantlıq - şəxsin müxtəlif, o cümlədən, ziddiyyətli xarakterə malik hadisələritərəfkeşlik etmədən qiymətləndirməsidir. Yəni tolerantlıq qiymətləndirilən etiqadların həm müsbət, həm dəmənfi xüsusiyyətlərini qeyd etməklə onlara öz münasibətlərini bildirmək və bu zaman özünün maraqlarınöqteyi-nəzərindən şəxsi münasibətə üstünlük verməməklə səciyyələnir. Açıq etiraf etmək lazımdır ki, bəşərixarakterli dünyəvi dini etiqadları yüksək qiymətləndirən sivil dövlətlər Azərbaycanda dini tolerantlığı həmişətəqdir edir.Zənnimcə, məsələyə fundamental şəkildə aydınlıq gətirmək üçün problemə müxtəlif aspektlərdənyanaşmaq zəruridir. Əvvəla, Azərbaycan müstəqilliyinin bərpasından sonra demokratik quruculuq yolunuseçərək bu istiqamətdə inamla irəliləyir. Demokratiyanın bir mühüm və zəruri amili də insan hüquqlarınınqorunmasıdır. Təbii ki, dünyanın digər dövlətlərində olduğu kimi, Azərbaycanda da insan cəmiyyətinqurucusudur. Əvvəllər ailədə birləşən, sonradan qəbilə-tayfa şəklinə düşən, tədricən inkişaf edərək böyükcəmiyyətlər yaradan insanlar çox vaxt dini inamlarına görə də bir-birindən fərqlənirlər. Dini baxışlarda fərqlərolduğu kimi, adət-ənənələrdə, ailə-məişət, dil baxımından da fərqlər hər bir dövlətdə mövcuddur. Bu fərqlərəsivil münasibət olmazsa, yəni dini tolerantlıq nümayiş etdirilməzsə, təbii ki, tez-tez münaqişələrin baş verməsiistisnalıq təşkil etmir. Fikrimizi aydınlaşdırmaq üçün diqqətimizi statistik faktlara yönəldək və ümumən dünyamənzərəsini seyr edək. Mənbələrə istinadən demək olar ki, bu gün dünyada 6 mindən çox etnik qrup var. Rusiya482

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!