13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Gerbimizin əlamətləri Azərbaycan deməkdirİnsan öz vətənini, ana dilini, dövlət atributlarını yalnız sözlə sevməməlidir, eyni zamanda əməldəsevməli, onlara böyük sayğı göstərməlidir. Elə anlayışlar var ki, onların qorunması, dəyərləndirilməsi hərbir vətəndaşın üzərinə düşür. Hətta uşaqlar da bu məsələdə böyüklərdən geri qalmamalıdır. Ailələrdə,uşaq bağçalarında, məktəblərdə dövlət atributlarımızı bayrağımızı, gerbimizi, himnimizi təbliğ etmək,onu sevdirmək lazımdır.Gerbimiz Azərbaycançılıq ideologiyasının uşaq və gənclər arasında yayılmasına, bu müqəddəs duyğununürəklərdə və şüurlarda özünə yer tutmasına səbəb olan amillərdən biridir.İctimai yerlərdə, idarə və müəssislərin qarşısında Azərbaycan dövlətinin atributlarını canlandıran lövhələrinqurulması bu işin daha sürətlə həyata keçirilməsinə təkan verə bilər. Sevindirici haldır ki, bəzi müəssisələrinqarşısında bu cür lövhələr quraşdırılıb. Bu lövhələrdə ayrıca olaraq Azərbaycan Respublikasının bayrağı, gerbivə xəritəsi əks olunub. Bu, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birinin qarşısında dahaəzəmətli görsənir. Bu müəssisənin adını ona görə qeyd etmirik ki, binanın üstündə onun adı yazılmayıb.Ənənələrə sadiq olmağı bacaran Azərbaycan xalqı və Azərbaycan dövləti varisi olduğu Azərbaycan XalqCümhuriyyətinin gerbini müstəqil ölkəmizin atributlarından biri olaraq seçib.Xatırladaq ki, Azərbaycan gerbi 1919-cu ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin gerbinin təsviriüçün elan edilən müsabiqə təyin edilib. Müsabiqəyə 1920-ci il mayın 30-da yekun vurulmalı idi, lakin həminilin 27 aprelində Azərbaycan işğal edildiyindən bu iş yarımçıq qalıb.Gerbimizn üzə çıxarılması uzun illərdən sonra baş verib. 70 ildən çox bağlı qapı arxasında gözləməmövqeyində olan gerbimiz, nəhayət ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra yaşamaqhüququ qazanıb. Tarixi sənədlərdə bildirilir ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının AliMəclisi Dövlət gerbi ilə bağlı məsələni gündəmə gətirərək müzakirə edib. Bildirildiyinə görə, Azərbaycan SSRAli Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunmasıhaqqında vəsatət qaldırılıb. Gerblə bağlı müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası AliSovetinin qərarı ilə elan olunub. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdimolunub, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanan layihələrdən birinin qəbul edilməsi ilə bağlıtəkliflər də səsləndirilib. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyiKonstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanan Dövlət gerbi layihələrindən birini müəyyəndəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edib. Azərbaycan Respublikasının Dövlətgerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarətqövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan RespublikasınınDövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Hərazərbaycanlının qürur mənbəyi olan gerbimizdə təsvir olunan elementlərin mənasını yada salmaq yerinədüşərdi. İnsan yaşadığı yurdun, havasını udub, suyunu içdiyi məmləkətin təbiətinə, onun insanlara verdiyimənəvi əzəmətə də bələd olmalıdır.Səkkiz guşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçılar bu məsələyə dini aspektdən yanaşır.Onlara görə, səkkiz guşə cənnət sferasının rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfideyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecədavam edib və 8-ci gün Günəş Allahı Utu Torpağa istilik göndərib.Gerbdəki səkkiz guşə ilə bağlı başqa bir izahda isə bildirilir ki, ay (qəməri) təqvimi İslam ölkələrində genişistifadə olunurdu: «Ay təqvimində tarixdə «Türk dövrü» kimi qalan bir təqvim yaradılıb. Ay fazalarınıntəkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayıolan Zülhəccəyə 30-cu gün əlavə edilirdi. Beləliklə, «Türk dövrü» kimi tanınan bu təqvim dəqiqliyinə görəfərqlənirdi. Sonralar «Türk dövrü» təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizillik dövrünaxırıncı dövründəki 7-ci il zamanı Zülhəccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırıb vəbu təqvimdən XVI əsrdən Türkiyədə istifadə edilib». Araşdırmaçıların irəli sürdüyü versiyalara Ə. Ətayinin«Təqvimlər keçmişdə və bu gün» kitabında da aydınlıq gətirilir: «Çox güman ki, əsası Osman Qazi tərəfindənqoyulan türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinərəmzi işarədir» . Bəzi izahlarda isə səkkiz guşəli ulduz «Odlar Yurdu»nun səkkiz hərflə yazılışına işarədir.Böyük ədibimiz Cəfər Cabbarlı yazırdı: «Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu». Bir çox mənbələrdəisə belə məlumat verilir ki, səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir.164

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!