13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycanda intellekt sahiblərinin sayı əvvəlkilərə nisbətən müqayisəyə gəlməz dərəcədə çoxdur. Belə birvəziyyətdə ziyalıların süstlüyü, qeyri-fəallığı anlaşılmazdır. Sözün əsl mənasında, istiqlaldan az qala iyirmi ilkeçməsinə baxmayaraq, əsaslı surətdə təşkilatlanmamışıq. Görüləcək işlər isə kifayət qədərdir: Qarabağındüşmən tapdağından qurtarması üçün əlbir iş; erməni faşistlərinin indiyədək əsirlikdə olanları qul kimi işlətməsivə zillət verməsi haqqında dünya ictimaiyyətini həyəcanlandıra bilməməyimiz; Ana dilimizin get-gedəşirinliyini itirməsi ilə bağlı həqiqətin təsdiqi və əncam çəkilməsi (gizli deyildir ki, iri bir roman bir bayatınınoyatdığı hissi coşdura bilmir); əxlaq pozğuntularının sel kimi cəmiyyəti bürüməsi; insanlar arasında pakünsiyyətin mal-pul marağı ilə əvəz olunması; bəlkə də ən əsasi - latın əlifbasına hazırlıqsız keçildiyinə görəsavadsızlığın baş alıb getməsi, insanların öz konstitusiya hüquqlarını anlamaması ucbatından əzab-əziyyətlərləüzləşməsi və s. və i.a.Təhsildən söz düşmüşkən, məktəblərdə tariximizin öyrənilməsi sahəsində sistemsizlik (tarix kimi maraqlıfənnə yaşlılar cavanlardan daha çox kütləvi maraq göstərirlər), tarix dərsliklərinin quru, lazımsız rəqəmlərləyüklənməsi uşağı bezdirir və bir çox hallarda o məcburən yazılanları əzbərləyib qiymət almaq istəyir. Sonra hərşey unudulur. Çünki dərslikdə tarixin ibrət dərsləri vurğulanmır. O biri tərəfdən də, tarixçilərimizinaraşdırmaları ilə bağlı hadisələrə əvvəlki anlamın dəyişdirilməsi olmazın qarma-qarışıqlıqlar yaradır. Cəmilmüəllimin Azərbaycan tarixinin yeddinci cildi haqqında yazdıqları yeganə hal deyildir. Nəzərə almaq lazımdırki, uşağın zehnindəki bir fikri ordan çıxarmaq, onu təzələmək - yeni fikir təlqin etməkdən qat-qat çətindir.Bu yaxınlarda "İstoriki sporyat" adlı bir kitab əlimə düşmüşdü. Moskva tarixçilərinin Oktyabr inqilabı,sosialist qurumu haqqında keçirdikləri müzakirənin mətni verilmişdir. Xoşa gələn odur ki, tarixçilər hər şeyhaqqında tələm-tələsik hökm verməkdən çəkinirlər. Təkcə Bakının tarixi ilə bağlı neçə mövqedən kitab, məqaləyazılmışdır. İstərdik ki, tarixçilərimiz teleekrana çıxmazdan mübahisəli məsələləri öz aralarında diqqətəçəksinlər və geniş müzakirə etsinlər, tam əsaslanmış fikirlər kütləyə çatdırılsın.Məlumat üçün onu da deyək ki, italiyalılar Roma tarixini XVIII əsrdə tam-kamil şəkildə oxucuya təqdimedə bilmişlər. Tələsmək olmaz, ləngimək də!Tarixə tarix kimi deyil, müasir dövrün siyasi mövqeyindən yanaşmağın altını, itki nisgilini xalq sonralarçəkir. Bir misal.Səksəninci ilin əvvəlində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tapşırığı ilə "Mosfilm"ləbirlikdə Azərbaycan kinostudiyası Böyük Vətən müharibəsində Bakının oynadığı böyük roldan film çəkməliydi.Ssenari hazırlandı, MK-nın ideoloji şöbəsində müzakirəyə çıxarıldı. Ancaq ordan keçmədi. O zamanAzərbaycana başçılıq etmiş şəxsin - Bağırovun obrazı ilə bağlı mübahisəni qısaca təqdim edirəm.Katib: Bağırov xalq düşmənidir!Ssenarist: Xalq nə vaxt deyib ki, o mənim düşmənimdir?!Katib: Qəzetlərdə yazılıb.Ssenarist: Stalin Bakı nefti ilə bağlı kimlə danışmalıydı?! Neftçi fəhlə ilə! Absurd!Beləliklə, Bakının qəhrəman şəhərlər sırasında rəsmi şərafətlənməsi baş tutmadı. O zaman H.ƏliyeviMoskvaya aparmışdılar, hökumətdə ikinci məsul şəxs idi. 87-ci ildə Moskvada keçirilən Beynəlxalq kitabsərgisində görüşdük. Əvvəlcə məni təbrik etdi ki, nəhayət, istədiyin peşəyə qayıtdın. Sonra tənbeh elədi ki, Bakıhaqqında filmin çəkilişini yarımçıq qoydunuz. Gərək mənə xəbər çatdıraydınız.Yeri gəlmişkən, telekanalların tariximizin maarifçiliyi ilə bağlı faydalı işlər gördüyünü deməliyik, ammaehtiyatlı olmaq lazımdır. Dahiləri müğənnilər simasında ulduz axtarışı forması ilə seçmək olmaz! Məzmunluverilişə uyğun üslub tapılmalıydı. Dahiləri sıraya düzmək, onlara xal yığmaq və milyonlara demək ki, baxınbirinci kimdir... Və kimlərsə xal yığmayıbsa, demək dahi deyil?!Bu da absurddur!Kitabı konseptual baxımdan dəyərləndirərkən belə bir faktı da nəzərə alırıq ki, C.Həsənlinin kitabları qısabir vaxt ərzində əcnəbi dillərə tərcümə edilib yayılmışdır. ABŞ-da, Rusiyada, Türkiyədə nəşr edilmiş kitab elmiictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sual olunur: nəyə görə? İlk növbədə ona görə ki, müəllif şəxsimövqeyinə görə deyil, tarixin fəlsəfəsinə riayət edərək, olmuş həqiqəti elmə və geniş oxucu kütləsinəgerçəkliklə çatdırmışdır. Dünya tarixi mövqeyindən bu kitabda təhkiyə edilənlər məhz ona görə qiymətlidir ki,hələ də planetimizdə bütün xalqlar öz haqlarına qovuşmamışlar, hələ də kiçik xalqlar böyük dövlətlərin onlarındaxili işlərinə müdaxiləsindən, zabitəsindən, hədə-qorxusundan həyəcan keçirməkdədirlər, milli kimliyinə, millidilinə, mədəniyyətinə tamamilə qovuşmaq heç də bütün xalqlara müyəssər olmayıb. Və Azərbaycan timsalıonlar üçün cəzbedici ola bilər, bu mənada ki, istəyinə qovuşmaq üçün mübariz olmaq, milli birlik yaratmaq,milli ənənələrə sədaqətli olmaq gərəkdir!413

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!