13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla, onun inkişafı, zənginləşməsi vəsaflaşması, habelə gənclər tərəfindən mükəmməl mənimsənilməsi naminə xüsusi tədbirlər həyata keçirmişdir.Bu istiqamətdə atılmış ilk mühüm addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Həmin fərmanda Azərbaycan Prezidenti yanındaDövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan beləbir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha effektli şəkildə nəzarət etmək vəbu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşımışdır. Fərmanda, həmçinin,Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş,on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Dilimizin qədim tarixinə obyektiv elmi-tarixiqiymət verən, habelə türk köklü bir dil olmasını təsdiqləyən, onun əsas təkamül mərhələlərini, inkişaf yollarınıdahiyanə bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək son söz deyən, rəsmi dövlət münasibəti bildirən bufundamental tarixi sənəd Heydər Əliyevin ana dilimizin inkişafına göstərdiyi qayğının əyani təcəssümü kimitarixiləşmişdir.2001-ci il avqustun 9-da ulu öndər "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsihaqqında" fərman imzalamış, beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid reallaşmış, respublikadabütün yazılı sənədləşmələrin heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılması təmin edilmişdir. Uluöndər Heydər Əliyevin 2003-cü ilin 2 yanvar tarixli fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dilihaqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu qanunda təhsil sahəsində başqa dillərüçün də geniş imkanlar açılmışdır. Lakin bu o demək deyil ki, sözügedən qanun digər dillərin tətbiqinəməhdudiyyət qoymamaqla Azərbaycan dilinin imkanlarını azaldır. Əksinə, qanuna görə, başqa dillərdə tədrisaparan təhsil müəssisələrinin hər birində Azərbaycan dilinin tədrisi məcburi xarakter daşıyır. Qanunda,həmçinin, kütləvi informasiya vasitələrinin yazı üslubunda, televiziya və radio aparıcılarının nitqində, dublyajvə tərcümələrdə ana dilimizin normalarına əməl olunmasına <strong>dair</strong> bir sıra məcburi tələblər var və bu daAzərbaycan dilinin qorunmasına dövlət səviyyəsində ciddi önəm verildiyinin bariz göstəricisidir.Hər bir dil cəmiyyətin, dövlətin inkişaf xüsusiyyətlərinə adekvat olaraq təkmilləşir, zənginləşir, ictimai həyatreallıqlarını daha dolğun ifadə etmək imkanı qazanır. Bu reallıqdan çıxış edən möhtərəm Prezident İlham Əliyevson 10 ildə ulu öndərin əsasını qoyduğu dil siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirir.Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12yanvar 2004-cü il tarixli sərəncamı öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər vacib sənəd olmuşdur.Sərəncama əsasən, 2004-cü ildən etibarən Azərbaycanda hər il bədii və elmi əsərlərin latın qrafikalı Azərbaycanəlifbası ilə çapı üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Şübhəsiz, elm və mədəniyyətin, ədəbiyyatın əndəyərli nümunələrinin yeni əlifbada nəşri cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə həssasmünasibətinin ifadəsidir.İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdillərdəndir. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zənginsöz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Düşüncələrdəkidərinliyi, hisslərdəki incəlikləri bütünluklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçəminillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi isə göstərir ki, Azərbaycanxalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biriolduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərindəbu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfindəişlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsiolan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlifxalqların istifadə elədikləri ümumi bir dil olmuşdur. Bu mənada dünyanın ən şirin, mükəmməl, zəngin və poetikdillərindən olan Azərbaycan dilinin saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, milli sərvətimizinkeşiyində ayıq-sayıq dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur. Unutmamalıyıq ki, milli varlığımızın,birliyimizin, mədəniyyətimizin ən davamlı daşıyıcısı ana dilimizdir.Bütün bunlarla yanaşı, son 20 illik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, anadilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta, orta ixtisas və aliməktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinəcavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmiyazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilməməsi də450

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!