13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────kimi 2007-ci ilin yayında Naxçıvani küçəsində bina çökdü. Həmin binanı tikən şəxs daşıdığı məsuliyyəti vəbinada yaşayacaq sakinlərin təhlükəsizliyini düşünməliydi. Keyfiyyət bu gün Fövqəladə Hallar Nazirliyi, DövlətArxitektura və Şəhərsalma Komitəsinin ciddi nəzarətindədir. Bu nəzarət dövlət tərəfindən həyata keçirilir.Fikrimcə, bu nəzarət daha da artırılmalıdır. Rəhbəri olduğum "El&En" şirkəti də həyata keçirdiyi layihələrinkeyfiyyətinə ciddi nəzarət edir.- Yaşayış binalarının tikintisində zəruri ekoloji tələblərə nə dərəcədə riayət olunur?- Hər bir layihə ekoloji baxımdan standartlara cavab verməlidir. Ətrafda abadlıq, tikintidə istifadəolunan materialların ekoloji cəhətdən zərərsizləşməsi, ətraf mühitə onun təsiri kimi vacib məsələlər tikinti işləriaparılarkən ciddi şəkildə .nəzarətdə olmalıdır. Dar küçə və məhəllələrdə, kiçik binalarla yanaşı 18 mərtəbəlibina tikilərkən antropogen yüklər artır. Bu ekoloji cəhətdən düzgün deyil. Bir çox hallarda yaşıllıqlar məhvedilir və məntiqsiz addımlar atılır. Əliağa Vahidin heykəlinin onun adını daşıdığı bağdan götürülərək İçəriŞəhərin digər bir yerinə yerləşdirilməsini başa düşmək çətindir. Ölkənin iqtisadi inkişafı, yeni infrastrukturlayihələrin reallaşdırılması çox mütərəqqi haldır. Amma hər bir yerinə yetirilən iş düşüncə ilə olmalıdır. KeçmişMusabəyov bağında eldar şamı ağaclarının qırılmasına da haqq qazandıra bilmirəm.- Bakı durmadan inkişaf edir. Bəs, paytaxtımızın kommunikasiya sistemləri, yolları və digərinfrastruktur obyektləri bu inkişafla ayaqlaşa bilirmi?- Bakının yeni Baş Planının tərtibi üçün hazırlıq işləri görülür. Dünya Bankı bu işin reallaşdırılmasıüçün kredit də ayırmalıdır. Bunun nə vaxt reallaşdırılması isə hələ sual altındadır. Yeni Baş Plan tərtibolunarkən mütləq bütün yeni infrastruktur layihələri, nəqliyyat şəbəkəsi və kommunikasiya məsələləri nəzərəalınmalı, bütün mühəndis-texniki qurğular öz əksini tapmalıdır. Şəhərimizdə nəqliyyat infrastrukturu üzrə işlərçox aktiv aparılır. Doğrusu, bu sahədə də müəyyən nöqsanlar var. Bəzi yeni tikilən körpü və ötürücülərtıxacların aradan qaldırılmasına yardımçı ola bilmir. Layihə icraçıları tikinti işləri aparılarkən istiqamətləri vəorada yaranmış şəraiti mütləq nəzərə almalıdırlar. Məni daha çox iqtisadi böhranla əlaqədar olaraq büdcədənmaliyyələşdiriləcək işlərin həcminin mümkün azaldılması daha çox narahat edir.- Bir memar kimi son dövr tikilən binalardan hansının şəhərimizin yeni qürur mənbəyinəçevrildiyini deyə bilərsinizmi?- Bakı 2000 ildən artıq tarixi olan şəhərdir. Bakının simvolu һəг birimizin qürur duyduğu Qız Qalasıdırvə təsəvvür etmirəm ki, paytaxtımızın digər bir simvolu ola bilər. Bu barədə müzakirələr aparılırdı və bir neçəlayihə təbliğ olunurdu. Mətbuatda da yayılan bəzi informasiyalara görə Dənizkənarı Parkda, Sadko kafesininyerində, layihəyə əsasən Bakının gələcək simvoluna çevriləcək Gənclər Mərkəzi tikmək planlaşdırılırdı.Fikrimcə, Bakının bir simvolu ola bilər ki, bu da İçəri Şəhərdə tikilmiş, təxminən 2000 il yaşı olan QızQalasıdır.- Müasir tikililərinin inşasında Sizi ən çox nə qane etmir?- Bu gün tikilən binaların simasında məni daha çox düşüncəsizlik qane etmir. Memarlar sonucda nəyiyaradacaqları, hansı dekor elementlərindən istifadə edəcəkləri barədə düşünmürlər. Binalar standart olaraqdördbucaqlı formasında tikilir. Memarlıq bununla tamamlanmır. Memarlığın bir çox metodları var. Bu günBakıda tikilən binaların əksəriyyətində memarlar sifarişçi tərəfindən qarşılarına qoyulan məqsədi yerinəyetirirlər. Memarlar bir çox hallarda işi itirəcəklərindən çəkinərək sifarişçiyə layihəni monoton etməmək üçüntəkliflər vermirlər. Çünki sifarişçi kiçik bir ərazidə hündür mərtəbəli və yaşayış sahəsi daha geniş olan binatikdirmək istəyir. Ancaq rəhbəri olduğum şirkət belə məsələlərə çox sərt yanaşır. Əgər sifarişçi bizdən tələbetdiyi bizi qane etmirsə və tikiləcək binanın yerində əvvəllər memarlıq abidəsi olubsa, şirkətimiz həmin yerüçün layihə işləməkdən imtina edir. Bizim peşəkar prinsipimiz məhz belədir.Seymur«Consulting & Business».-2009.-№1.-С.60-61.515

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!