13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Tarixçi alim Nəsib Nəsibli isə APA-ya deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindənüçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara vəsəkkizguşəli ulduzun mənaları açıqlanmayıb: “Türk qanlı, islam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rənginaçmasıdır. Bu açmanı ilk dəfə Əli bəy Hüseynzadə 1895-ci ildə verib. Ay isə orta əsrlərdən bir sıra müsəlmandövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla-ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır”. N.Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə bağlı da müxtəlif versiyalar var: “Səkkizguşəli ulduz“cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycanəhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddi ulduzluidi”.N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəlietdiklərini demək çox çətindir və risk tələb edir: “Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı,altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isəbəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm.Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam”.Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur: “Bu məsələyə münasibətdəvahid fikir yoxdur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır.Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”. C. Həsənlinin sözlərinəgörə, Xalq Cümhuriyyəti dövründə bayraq qəbul olunarkən üç rəngin mənası göstərilsə də, ay-ulduzla bağlı izahverilməyib.AMEA-nın dissertantı Akif Məmmədli isə APA-ya bildirib ki, aypara Qafqaz Albaniyasından qalmadır.Qafqaz Albaniyasında ay insanların inanc gətirdiyi varlıq hesab olunub. Albaniyada hökmdardan sonra ənmüqəddəs varlıq ay məbədinin kahinləri sayılırdı. Səkkizguşəli ulduzun mənasını isə Akif Məmmədli beləaşıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük,islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.“Təzadlar”. -2008.- 8 noyabr.-№79.-S.8.39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!