13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bir kərə yüksələn bayraq bir daha enməzBu gün ilk dəfə olaraq Azərbaycanda "Dövlət Bayrağı Günü" bayram günü kimi qeyd olunacaq.Bayrağın hər bir dövlətin tarixində statusu önəmlidir. Azərbaycan tarixində mövcud olan dövlətlərin hər birininbayrağı olsa da, bu gün üçün hüquqi baxımdan varisi olduğumuz Azərbaycan Cümhuriyyətinin bayrağının tarixidaha önəmlidir.1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Cümhuriyyəti ilk bayrağına 1918-ci ilin 24 iyunundaqovuşdu. Həmin gün, Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin qərarı iləüzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Cümhuriyyətinin dövlətbayrağı kimi qəbul edilir. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə NazirlərKabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənildikdən sonra, "yaşıl, qırmızıvə mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq" Dövlət bayrağı kimi qəbul edilib.Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milliyaşam fəlsəfəsi kimi irəli sürdüyü "Türkləşmək, müasirləşmək, islamlaşmaq" devizinə əsaslanıb. Türkləşmək -milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamdamilli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq isə - avropa elm və texnikasınınnailiyyətlərinin öyrənilib nəticələrinin milli elm və mədəniyyətin inkişafına istiqamətləndirilməsi, qərbdemokratiyası ənənələrindən istifadə edilməsi deməkdir. Əfsuslar olsun ki, 1920-ci ilin 28 aprelindərespublikanın bolşevik Rusiyası tərəfindən işğalından dərhal sonra - mayın 3-də üçrəngli bayrağımızAzərbaycan parlamentinin binası üzərindən endirildi. Əvəzində bolşevik ideologiyasının məhsulu kimi, əsashissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraq və çəkic şəkli olan qondarma bayraq uzunillər xalqa sırındı.Bayrağımızın qeyri-rəsmi bərpası70 il həsrətdən sonra üçrəngli bayrağımız 1988-ci il 17 noyabrda başlayan meydan hərəkatında yenidənqaldırıldı. Bu isə "bayraqdar" kimi tanıdığımız Elman Türkoğluna qismət olub. E. Türkoğlu deyir ki, bayraqhərəkat başlayandan 2 gün sonra, noyabrın 19-da qaldırıldı. "Bayraq meydana gətirildi. Həmin vaxt göy və yaşılrəngin yeri barədə mübahisə oldu. Dedilər ki, bunu Əbülfəz Elçibəydən başqa heç kim bilməz. Əbülfəz bəy dədedi ki, göy yuxarıdadır. O gündən indiyənəcən bayrağı qaldırıram və son damla qanıma qədər də qaldıracam.Demişəm ki, bayraq mənim kəfənimdir", - deyə E. Türkoğlu o günləri belə xatırlayır.Bayrağın qaldırılmasının meydana böyük sevinc gətirdiyini deyən həmsöhbətimizin sözlərinə görə,həmin vaxt mülki geyimli insanlar yaxınlaşıb deyirmişlər ki, "hamınızı güllələyəcəklər". Türkoğlu daha sonrabayrağın 1990-cu ilin 28 mayında Azərbaycan parlamentinə Əbülfəz Elçibəy tərəfindən sancıldığını deyir.O, bayraqların tikilməsində Gültəkin ananın xüsusi rol oynadığını da vurğuladı. Hazırda bayrağa olanmünasibətin o qədər də ürəkaçan olmadığını deyən "bayraqdar"a görə, dövlət rəmzimizi təbliğ etmək üçüntoylarda bayraq hədiyyə edir: "Toylarda 107 bayraq hədiyyə etmişəm".Dediyinə görə, dünyanın ən ağır bayrağını da o qaldırıb: "Dünyanın ən güclü bayraqdarı mənəm. Ənağır bayrağı qaldırmışam. 87 kq. 703 qramlıq bayrağı 4 saat 43 dəqiqə əldə saxlamışam. Azərbaycan, Türkiyə,Kipr bayraqlarını bir yerdə gəzdirirəm. Türk bayraqlarını bir ağacın başında iki-iki, üç-üç qaldırmışam".Bayrağımızın rəsmi bərpasıBu istiqamətdə ilk addım Naxçıvanda atıldı. Belə ki, Naxçıvan Ali Sovetinin 1990-cı il 19 yanvar tarixliqərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı. Həminqərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edildi. Nəhayət, muxtar respublikanın aliorqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesininhəyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləriçıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdi. Sessiyada eynizamanda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun NaxçıvanMuxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edildi. Muxtarrespublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınmasıhaqqında Azərbaycanın Ali Soveti qarşısında vəsatət də qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!