13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────təxminən 100 kvadrat metr, 9x11 metr nisbətində, çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınmış nəhəng bürüncgerb hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onungörünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət BayrağıMuzeyinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Təqdirəlayiq faktdır ki, "Ginnes" dünyarekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraqdirəyi olduğunu təsdiq etmişdir.Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev bumöhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: "Bu gün bugözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyüksərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusuilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrumolmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildəverilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycanxalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir.Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl,möhkəm ölkə yaratmışıq".Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatiknümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərləyanaşı, ictimai-siyasi toplantılarda, kütləvi mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraqmilli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hərbir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.Azərbaycanın Dövlət bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdədalğalanması da xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. DövlətBayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlarasöykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzminigöstərir.Dövlət Bayrağı Meydanının açılış mərasimində dövlət başçısının da vurğuladığı kimi, əzəmətli bayraqdanqürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var. Üçrəngli bayrağımızı Azərbaycanın işğalaltında olan yaşayış məntəqələri üzərində ucaltmaq! Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqlahəyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədingerçəkləşəcəyinə birmənalı əminlik yaradır.Rafael CƏBRAYILOV,Milli Məclisin deputatı“Xalq qəzeti”.-2010.-9 sentyabr.-N 198.-S.4.60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!