13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────AYGÜN MƏMMƏDOVA,Milli Azərbaycan Tarixi Muzeyinin aspirantıBərdə zərbxanasında kəsilmiş VI-IX əsr sikkələriAçar sözlər: numizmatika, Bərdə, fəls, dirhəm, Sasanilər, Əməvilər, Abbasilər.Ключевые слова: нумизматика, Барда, фельс, дирхем, Сасаниды, Омейады, Аббасиды.Key words: numismatics, Barda, fels, dirham, Sassanids, Umayyads, Abbasids.Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar və təsadüfi tapıntılar nəticəsində aşkarlanan VIII-IXəsr sikkələrinin təyinatı, onların elmi əsərlərdə müqayisəli təhlili milli numizmatikanın və tariximizinaraşdırılmamış problemlərini açıqlamaqla yanaşı, orta əsr dünya tarixi ilə bağlı mövzulara da müəyyən aydınlıqgətirməkdədir.Azərbaycanın orta əsr şəhərlərinin tədqiqinə <strong>dair</strong> bir sıra elmi əsərlər yazılsa da, onların numizmatiktəhlili yetərincə işlənilməmişdir. Belə orta əsr şəhərlərindən biri də mənbələrdə "Partav", "Вərdəə" və b. adlarlaqeyd edilmiş Bərdədir. Şəhərin salınmasının hansı dövrə təsadiif etməsi ilə əlaqədar məsələləri kənara qoyaraqnumizmatik faktlara istinad etsək, Bərdə əhalisinin sikkə dövriyyəsi ilə çox erkən tanış olduğunu görərik.Respublikamızda tapılmış Makedoniyalı İsgəndərin (е. э. 336-323) tetradraxmaları, е. э. II əsrdə torpağagömülmüş Selevki sikkə dəfinələri, daha sonrakı dövrlərə aid Ərsaki draxmaları və e. ə. I əsrə aid Romadenariləri söylədiklərimizi sübut edən faktiki mənbələrdir.Bərdə zərbxanasının sikkələrinin ətraflı təhlili ilk dəfə professor Y.Paxomovun 1943-ci ildə nəşr edilmiş"Bərdə sikkələri" məqaləsində təqdim edilmişdir. Onun tədqiqatlarının nəticələrindən məlum olur ki, V əsrdənetibarən Sasani mərzbanının iqamətgahının yerləşdiyi Bərdə şəhərində yerli sikkə zərbi həyata keçirilməmişdir(1, 67).Sasani sikkələri tədqiqatçıları əsərlərində göstərmişlər ki, PR monoqramlı sikkələr I Qubadın (488-496;498-531) dövründən kəsilmişdir (2, 407) (şəkil 1).Bərdə zərbxanasında zərb edilmiş 4,11 qram çəkisi olan Sasani sikkələrindən biri Milli Azərbaycan TarixiMuzeyinin Numizmatika Fondunda qorunur (NF 13277, şəkil 2).Bu monoqramın tədqiqatçıları (3) onu, əsasən, Şərqi Xorasandakı Zuzen (və ya Zuzun), Furat, Firuzabadvə digər şəhərlərlə əlaqələndirsələr də, professor Ə.Rəcəbli belə draxmaların topoqrafik özəlliklərinə və oxunuşmexanizminə əsaslanaraq onların Bərdə zərbxanasında kəsildiyini müəyyən etmişdir (4, 35-36).Beləliklə, güman etmək olar ki, Alban dövlətinin siyasi və dini mərkəzi olan Bərdədə sikkə zərbi Vəsrdən də həyata keçirilə bilərdi. Azərbaycan ərazisində Sasani hakimlərinin qızıl və mis sikkə zərbi həyatakeçirməsi halları istisna olunmasa da, belə sikkələr respublikanın ərazisində tapılmamışdır.VII əsrin 30-cu illərindən Azərbaycan uğrunda aparılan ərəb yürüşləri pul-sikkə təsərrüfatına müəyyənziyan yetirsə də, onun tamamilə məhv olması ilə nəticələnməmişdir.Xəlifə Osman (644-656) dövründə Bərdə şəhəri ərəblərin tabeçiliyinə keçmişdir. İran-Bizans müharibəsizamanı xəzərlər tərəfindən dağıdıldığı üçün Əməvilərin Arrandakı ilk hakimi Əbdüləziz ibn Xatim şəhərinyenidən qurulması haqqında əmr vermişdir (5, 85).Azərbaycan əhalisi YII əsrdə pul dövriyyəsində istifadə edilən və xəzinədə qorunan Sasani sikkələri iləyanaşı, "islamiləşdirilmiş" Sasani sikkələrindən də istifadə etmişdir. İngiltərə numizmatlarının təyinatına görə,Bərdə, yaxud əl-Bab (Dərbənd) zərbxanasında kəsildiyi ehtimal olunan nadir sikkələrdən biri də İngiltərəninKembric Universiteti nəzdindəki Fitzvilyam Muzeyində qorunur (6).3,02 qramlıq bu ərəb-sasani draxmasının təyinatını vermiş ingilis numizmatları onun 671-672-ci illərdəIV Hörmüz (579-590) sikkəsinə bənzər zərb edibn çox nadir tiplərdən olduğu, ilk Əməvi xəlifəsi I Müaviyəninqardaşı, canişin Mahammed ibn Mərvanın hakimiyyəti dövründə Əməvilərin şimal vilayətlərində (ya Bərdə, yada əl-Bab (Dərbənd) şəhərində) kəsildiyini qeyd etmişlər (7, 24).Professor Y.Paxomov monoqramı ilə işarələnmiş bu tipli sikkələrdən ibarət dəfinələrin Abşeronyarımadasında daha çox aşkarlandığını yazmış və onların "Qurqan və ya Dvində" kəsildiyini ehtimal etmişdir(8,33,35). Professor Ə.Rəcəbli isə belə sikkələrin atəşpərəstlərin ziyarət məqsədilə gəldiyi Abşeronyarımadasında daha çox tapıldığını qeyd etmişdir. Onları fərqli oxunuşa əsaslanaraq təhlil etmiş və Bakıdakəsildiyini yazmışdır (9, 153).Beşinci əməvi xəlifəsi Əbd əl-Məlik ibn Mərvanın (685-705) 696-cı ildə təsis etdiyi "İslami sikkə"zərbindən sonra bütün xilafət ərazisində olduğu kimi, Azərbaycanda da zərb edilən sikkələrdə yalnız İslamiifadələr həkk edilmişdir.360

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!